Bartolinit
Digərləri 03 Yan 2023 08:51:00 425 0
Bartolinit uşaqlıq yolunun dəhlizində yerləşən bartolin vəzinin iltihabıdır. Xəstəliyin törədicisi stafilokokk, streptokokk, qonokokk, bağırsaq çöpləri, bəzən isə trixamonozdur. Uşaqlıq yolu dəhlizinin böyük vəzisinin xaricə axan axacağının iltihabı nəticəsində kanalikulit, sonradan isə vəzin absesi inkişaf edir. Bartolin vəzisinin absesi xəstənin aşağıdakı şikayətləri olur: - zəiflik - baş ağrısı - bel ağrısı - hərarət. Yerli olaraq baxış zamanı isə hiperemiya, ödem və ağrının olması meydana çıxır. Bartolinit absesi yetişib öz-özunə açılandan sonra xəstənin vəziyyəti nisbətən yüngülləşir. Müalicəsi: Xəstəliyin müalicəsində törədicini nəzərə alaraq antibiotik təyin edilir. Kəskin fazada fizioterapiya (ultra yüksək tezlikli) istifadə edilir. Yerli müalicə olaraq vəzin nahiyəsinə buz, iltihab əleyhinə olan applikasiya qoyulur. Bartolin vəzin absesində cərrahi müalicə aparılır. Abses kəsilir, irin xaric olunur, yaranın kənarları dəriyə tikilir. Əməliyyatdan sonra tikişlər antiseptik məhlullarla bir neçə gün yuyulmalıdır.
Bu xəbəri də oxu: Yeni il yolkası neçəyə başa gəlir?
Meksikanın Çihuahua ştatının Syudad Xuarez şəhərindəki 3 saylı həbsxa
Türkiyəni daxilindən çökdürməyə can atanların planlarını pozmaqla kif
Britaniya hakimiyyəti yaxın həftələrdə İslam İnqilabı Keşikçiləri Ko
Vyetnamın Donq Thap əyalətində qəribə hadisə baş verib.
Vegener qranulamatozu sistem vaskulitlərin müxtəlifliyini göstərən xəstə
Fransanın GTT (Qaztransport & Technigaz) mühəndislik şirkəti Rusiyanın &qu
Yəmən rəhbərliyi iki ay ərzində Əl-Məhra əyalətinin şərqindəki Kiş
Gizli sifilis xroniki gedişə malik olan xəstəlikdir. Bu zaman seroloji reska
Ankara ilə Dəməşq arasında 11 ildən sonra buzlar əriməyə başlayıb. Bu
16 il fasiləsiz baş nazirlik etdikdən sonra ötən ilin dekabrında vəzifəs
İmmundefisit virus infeksiyası kəskin limfopeniya, orqanizmin şərti pathoge
Misirdən qanunsuz yolla çıxarılaraq ABŞ-dakı muzeylərin birində nümayi�
Sosial mediada paylaşılan bu görüntülər izlənmə rekordları qırır.
Yanvarın 3-də Ukraynaya məxsus mini peyk orbitə qaldırılacaq.