Fransa və Ermənistan BMTdə necə biabır oldu?
Siyasət 03 Yan 2023 07:15:00 384 0
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Bu xəbəri də oxu: Ermənistanla bağlı 1919cu il planı gerçəkləşir
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, BMT Təhlükəsizlik Şurasının məlum ittihamlara veto qoyması Fransa və Ermənistan cütlüyünü məyus edib. Necə düşünürsünüz öz iddiaları ilə dünyanın Ali Orqanını Fransa senatı və parlamenti ilə səhv salanlar növbəti dəfə hansı mənzərə ilə qarşılaşdılar?
- Biabırçı vəziyyət o dərəcədə təsiredicidir ki, onlar Ermənistanın içərisində BMT Təhlükəsizlik Şurasının rədd etdiyi etdiyi sənədi qəbul olunmuş kimi təqdim etməyə çalışırlar. Sadəcə olaraq reallığı nəinki görmək istəmədiklərinə görə, artıq qəbul etmək imkanında olmadıqlarını sübut etdilər. Ermənistandan olan şərhçilərin fikirlərini izlədikdə ölkələrinin siyasətinin iflasa uğradığını sezmək mümkündür. Bununla yanaşı Fransanın tamamilə biabırçı formada özünü ifşa etməsi müşahidə edildi. Artıq yeni bir reallıq yaranıb. Dünya bu məsələyə başqa cür baxır. BMT TŞ-da baş vermiş hadisələr buna bir daha açıq sübutdur.
- Üzünü Qərbə tutduğu iddia edən Ermənistana verilən adekvat cavab hansı təəssüratı formalaşdırdı?
- Dəfələrlə vurğulayırdıq ki, Azərbaycan elə bir reallıq yaradıb ki, onu qəbul etməyə məhkumdurlar. Çünki beynəlxalq qanun bizim tərəfimizdədir. Ancaq bizə, Fransa və Ermənistan başqa gözlə baxmağa çalışırdı. İddiaları da o idi ki, guya bunların hay-küyü, saxta göz yaşları, uydurma qədim xalq olması, eyni zamanda Qərblə xüsusi münasibətləri, nəhayət guya bunların Qərb istiqamətində getmək niyyəti Ermənistanı bu vəziyyətdən xilas edəcək. Amma daha başa düşmürlər ki, həmin Qərb sözdə hansısa bir fikirlər deyə bilər. Amma reallıqda Qərb çox dərin, düşünülmüş və praqmatik siyasət aparır.
- Fransa erməni lobbisinin diqtəsi ilə özü üçün hansı problemlər yaradıb?
- Hazırda Fransa özü-özünü elə tələyə, biabırçılığa düçar edib ki, bundan çətin qurtula bilsin. Burada söhbət yalnız Ermənistandan getmir. Bu müasir Fransanın "inkişafının" məntiqi nəticəsidir. Çünki bir ölkədən yüz minlərlə yəhudi köçüb gedir, islama qarşı siyasət dövlət səviyyəsində həyata keçirilir, yalana parlament, senat yaşıl işıq yandıraraq onu öz "bayraqları" edir. Bundan artıq nəticəni Fransa üçün görmək mümkün deyil. BMT TŞ-da bunun canlı şahidi olduq.
- Bunu Azərbaycanın II Qarabağ müharibəsindən sonra növbəti siyasi diplomatik qələbəsi hesab etmək olarmı?
- Bu beynəlxaq səviyyədə aparılan siyasətin qələbəsidir. Çünki bu tək Azərbaycanın mövcud olduğu regiondakı qələbəsi hesab edilmir. Bu dünya miqyaslı siyasi bir uğurdur. Dünya yavaş-yavaş başa düşür ki, ikili standartlar elə yalnız özlərini məhv edir. Prezident İlham Əliyev Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə xalqa müraciətində məhz bu məsələlərdən bəhs etdi. Ölkə başçısı konkret olaraq gələcəkdə baş verəcək hadisələrdən bəsh etdi. Dövlətimizin başçısı açıq şəkildə vurğuladı ki, nə düşünmüşük, istəmişiksə, istəsələr də, istəməsələr də bunlar həyata keçiriləcək. Ona görə də, bu addımlar böyük bir siyasi qələbədir. Azərbaycan illər boyu bu mübarizəsini siyasi arenada aparırdı. Bu Azərbaycana bir-birinin mövqeyinə zidd olan ölkələri belə müsbət yanaşma sərgiləməyə vadar edib. Çünki Böyük Britaniya ilə Rusiya Azərbaycanın mövqeyini BMT TŞ-da açıq şəkildə dəstəklədi. Albaniya və Birləmiş Ərəb Əmirlikləri də Azərbaycanın mövqeyinə dəstək ifadə etdi. Bütün bunlar onu göstərir ki, Azərbaycanın apardığı siyasəti regionda olan qüvvələr mütləq nəzərə almalıdır.
- Ölkəmizə qarşı növbəti siyasi-diplomatik hücumun xarakteri necə ola bilər? İndi hansı istiqamətdə dövlətimizin üzərinə gəlmək imkanlarını nəzərdən keçirə bilərlər?
- Bütün bunların fonunda rahatlaşmaq olmaz. Çünki artıq başa düşürlər ki, son günləri yetişib. Ona görə də, əllərindən gələni edəcəklər ki, hansısa bir formada Azərbaycana problemlər yaratsınlar. BMT-də keçmədisə, bunu başqa yerdə etməyə çalışacaqlar. Yanvarın 22-da Avropa Şurasında toplantı olacaq. Orada da bunların iddialarını, hiyləgərliyini gözləyirik. Bundan sonra isə ATƏT-in iclasları olacaq ki, burada da hansısa bir formada nəsə etməyə çalışacaqlar. Amma nə etməyə çalışsalar da son nəticədə Prezident İlham Əliyev siyasəti qalib gələcək.
Tovuzda ova gedən dostlardan biri müəammalı şəkildə yoxa çıxıb.
Kvant terapiyası 200-dən artıq xəstəliklərin müalicəsində, eləcə də
16-18 yanvar tarixlərində İsrailin Avrasiya ölkələrindəki səfirlərinin
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsinin qardaşı o
DENS-terapiyanın (dinamik elektroneyrostimulyasiya) əsasını orqanizmin özə
Azərbaycanda 2023-cü ilin ilk uşağı dünyaya gəlib.
Stafilokokk bakteriyaları hər bir yerdə tapılması mümkün olan bakteriyala
Türkiyənin məşhur cütlüklərindən olan Neslihan Atagüllə həyat yoldaş
Yaponiya "Lexus"un ən son nəsil LX 600-ün eksteryerini təqdim edib
Xroniki B hepatit çox vaxt az simptomlu gedişə malik olur. Diaqnoz əksər ha
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"