Xums


Digərləri 01 Yan 2023 21:20:00 376 0

Xums

Müsəlmanların iqtisadi vəzifələrindən biri də xums verməkdir; yəni bəzi hallarda öz malının beşdə birini xüsusi yerlərdə xərclənmək üçün islam hakiminə verməlidir.

Yeddi şeyə xums vacibdir * İllik xərclərdən artıq qalanlar (kəsb mənfəəti); * Mədən; * Xəzinə; * Müharibə qənimətləri; * Dənizin dibinə girməklə əldə edilən cəvahirlər; * Haram mala qarışan halal mal; * Zimmi kafirin müsəlmandan aldığı torpaq sahəsi; Xamsun verilməsi də namaz-oruc kimi vacibdir və qeyd olunan yeddi şeyə malik olan ağıllı və həddi-büluğa çatmış bütün şəxslər ona əməl etməlidir. Hər kəs təklif həddinə çatmaqla eyni zamanda özünün oruc-namazını yerinə yetirmək fikrində olduğu kimi xums və zəkat verməyi də sair vacibləri də əməl etməyin fikrində olmalıdır. Buna görə də şəri məsələləri ehtiyac duyulan qədər öyrənmək və onların nə vaxt vacib olduğunu bilmək lazımdır. Biz bu kitabda xumsun vacib olduğu və cəmiyyət üzvlərinin əksəriyyətinin qarşılaşdığı hallardan birini araşdıracağıq, bu da insanın özünün və ailəsinin illik xərclərindən artıq qalan hissəsinin xumsudur. Bu məsələnin aydın olması üçün iki sual və onun cavabının qeyd edirik: 1-İllik xərclik dedikdə məqsəd nədir? 2-Bir il qəməri aylarla hesablanmalıdır, yoxsa günəş ili ilə və onun əvvəli hansı vaxtdır?

İllik xərclər İslam dini insanların kəsb-ticarət və işinə ehtiram qoyur, onların öz ehtiyaclarının təmin olunmasını xums verməkdən irəli salır. Buna əsasən hər kəs il boyunda öz ehtiyaclarını öz qazancından təmin etsə və ilin axırında bir şey artıq qalmasa onun xumusu vacib deildir. Lakin adi qaydada və ehtiyacları həddində yaşasa, xərclərdə ifrata varmasa və özünü də çətinliyə salmasa, ilin axırında da bir şey artıq qalsa, artıq qalanın beşdə birini müəyyən olunmuş yerlərdə xərclənmək üçün verməli, beşdə dörd hissəsini özü üçün saxlamalıdır. Deməli, xərclər dedikdə insanın özünün və ailəsinin ona ehtiyac duyduğu şeylərdir. O cümlədən: * Yemək və geyim; * Qab-qacaq, xalça, palaz və sair kimi mənzil vəsaitləri; * təkcə ticarət və iş üçün olmayan nəqliyyat vasitəsi; * Qonaqlıq xərcləri; * İzdivac xərcləri; * Ehtiyac duyulan kitablar; * Ziyarət yoluna xərclədikləri; * Bir kəsə verdiyi hədiyyə və mükafatlar; * İnsanın verdiyi sədəqələr, nəzirlər və kəffarələr;

Xums ili İnsan həddi-büluğa çatdığı ilk gündən namaz qılmalı, Ramazan ayının orucunu tutmalıdır. Onun əldə etdiyi ilk qazancdan bir il keçdikdən sonra, keçən ilin xərclərinin artıq qalanının xumsunu verməlidir. Buna əsasən xumsu hesablayarkən ilin əvvəli olaraq qazanc əldə etdiyi gün, onun axırı isə şəmsi il ilə o tarixdən bir il keçənə qədərdir. Deməli aşağıdakı şəxslər üçün ilin əvvəli belədir: * Əkinçi üçün: İlk məhsul tədarükü; * Qulluqçular üçün: Əldə etdikləri ilk maaş; * Fəhlələr üçün: Aldıqları ilk əmək haqqı; * Dükan sahibi üçün: Yerinə yetirdiyi ilk müamilə;

Aşağıdakı yollarla əldə edilən malın xumsu yoxdur 1-İrs yolu ilə əldə olunan mal; 2-İnsana hədiyyə olunan mal; 3-İnsanın aldığı mükafatlar; 4-İnsana bayramlıq kimi verilən şeylər; 5-Bir şəxsə xums, zəkat və ya sədəqə kimi verilən mallar.

Xumsu verməməyin təsirləri 1-Malın xumsunu verməyincə ondan istifadə etmək olmaz. Yəni xumsu verilməmiş yeməyi yeyə bilməz, xumsu verilməmiş pul ilə bir şey ala bilməz. 2-Əgər xumsu verilməmiş pul ilə (şəriət hakiminin icazəsi olmadan)alver edərsə, bu müamilənin beşdə bir hissəsi batildir. 3-Əgər xumsu verilməmiş pulu hamamçıya verib orada qüsl etmək istəsə, qüslü batildir. 4-Əgər xumsu verilməmiş pul ilə ev alsa, o evdə qılınan namaz batildir.

Xumsun hökmləri 1-Əgər qənaət etməklə illik xərclərdən bir şey artıq qalsa, onun xumsu verilməlidir. 2-Əgər ev üçün aldığı avadanlıqlar və vəsaitlərdən ehtiyacsız olsa, vacib ehtiyata görə onun xumsunu verməlidir. Məsələn daha böyük bir soyuducu alsa və əvvəlki soyuducuya ehtiyacı olmasa. 3-İllik qazanclarından həmin ildə sərf etmək üçün aldığı yeyinti maddələri və azuqə. Məsələn düyü, yağ, çay və sair. Əgər bu kimi şelər ilin axırında artıq gəlsə xumsu verilməlidir. 4-Əgər həddi-buluğa çatmamış uşağın sərmayəsi olsa və ondan qacanc əldə edilsə, vacib ehtiyata görə həddi-büluğa çatdıqdan sonra xumsunu verməlidir.

Xumsun sərf olunma yerləri Malın xumsunu iki yerə bölmək lazımdır, onun bir hissəsi imam Zaman (ə)-ın hissəsidir və cameuş-şərait (insanın təqlid etdiyi) müctehidə, yaxud onun nümayəndəsinə verilməlidir. Digər yarısını isə cameuş-şərait müctehidə verməli, yaxud onun icazəsi ilə müəyyən şərtlərə malik olan seyyidlərə verilməlidir.

Xums verməyin mümkün olduğu seyyidlərin şərtləri: * Fəqir, yaxud səfərdə qalmış olsun, hətta öz şəhərində fəqir olmasa belə; * On iki imamçı şiə olsun; * Açıq-aşkarda günah etməsin (ehtiyat vacibə görə) və xums vermək onun günah işlərinə kömək olmasın; * İllik xərcləri onun öhdəsinə olan həyat yoldaşı və övlad kimi şəxslərdən olmasın (ehtiyat vacibə görə).

Bu 3 TƏRƏVƏZ mədəni xərçəngdən qoruyur like
  • 01 Yan 21:15  
Digərləri Bu 3 TƏRƏVƏZ mədəni xərçəngdən qoruyur

Çin alimlərinin fikrinə görə, kartof, soğan və kələmin tez-tez qəbulu

arrow Ətraflı
Hisslərlə deyil, əqllə seçim edin like
  • 01 Yan 21:10  
Digərləri Hisslərlə deyil, əqllə seçim edin

Hər birimiz çox sayda insanın sevgi bağları ilə evlənib, nifrət bağlar�

arrow Ətraflı
Ərdoğandan növbəti Ukrayna like
  • 01 Yan 21:08  
Siyasət Ərdoğandan növbəti Ukrayna

Ərzaq müqaviləsi çərçivəsində Ukraynadan 16 milyon tondan çox kənd tə

arrow Ətraflı
İnsanı məhv edən xroniki yorğunluq sindromu– Biotənzimləyici like
  • 01 Yan 21:05  
Digərləri İnsanı məhv edən xroniki yorğunluq sindromu– Biotənzimləyici

Xroniki yorğunluq sindromu bu gün dünyada az qala hər insanın diaqnozudur v

arrow Ətraflı
Bir iri şəhəri ələ keçirsək… like
  • 01 Yan 21:04  
Siyasət Bir iri şəhəri ələ keçirsək…

Rusiya ən azı bir iri şəhəri ələ keçirsə, Ukrayna atəşkəs istəyəc�

arrow Ətraflı
Kosova NATOya yenidən like
  • 01 Yan 21:02  
Dünya Kosova NATOya yenidən

Keçən həftə Serbiya ilə Kosova arasında gərginliyin başlamasından sonra

arrow Ətraflı
Damarlarda trombun olduğunu göstərən like
  • 01 Yan 21:01  
Digərləri Damarlarda trombun olduğunu göstərən

Damar içində tromb ciddi təhlükə yarada bilər.

arrow Ətraflı
2023 proqnozu: Qarabağda like
  • 01 Yan 21:00  
Siyasət 2023 proqnozu: Qarabağda

2023-ün gərgin il olacağını indidən söyləmək olar. Hadisələrin builki

arrow Ətraflı
BQXK prezidenti Rusiyaya getmək istəyir like
  • 01 Yan 20:58  
Siyasət BQXK prezidenti Rusiyaya getmək istəyir

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Maryana Spolyariç Eqqer

arrow Ətraflı
Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, like
  • 01 Yan 20:56  
Digərləri Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb,

Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var.

arrow Ətraflı
Kirvəlik nədir və kirvə qızı ilə evlənmək günahdırmı? like
  • 01 Yan 20:55  
Digərləri Kirvəlik nədir və kirvə qızı ilə evlənmək günahdırmı?

Uzun illərdən bəri müsəlmanların bir dəstəsinin arasında kirvəlik adə

arrow Ətraflı
Britaniya Rusiyadan mayeləşdirilmiş təbii like
  • 01 Yan 20:54  
Digərləri Britaniya Rusiyadan mayeləşdirilmiş təbii

Böyük Britaniya yanvarın 1-dən etibarən Rusiyadan mayeləşdirilmiş təbii

arrow Ətraflı
Vasif Talıbovla bağlı mühüm like
  • 01 Yan 20:52  
Siyasət Vasif Talıbovla bağlı mühüm

Naxçıvan MR DİN-in tabeliyindəki idarə, şöbə və bölmələrdən Vasif T

arrow Ətraflı
Avtomobil markaları qiymətlərini like
  • 01 Yan 20:51  
Digərləri Avtomobil markaları qiymətlərini

Yeni ilin başlaması ilə bir sıra avtomobil markası qiymətləri yeniləməy

arrow Ətraflı
Niyə bəzi duaları Allah həyata keçirmir? like
  • 01 Yan 20:50  
Digərləri Niyə bəzi duaları Allah həyata keçirmir?

Hansı duanın qəbul edilməsini, hansının isə qəbul edilməməsini Allah d

arrow Ətraflı