2022ci ilin ən çox danışılan olayları FOTOlar
Digərləri 31 Dek 2022 09:09:00 396 0
2022-ci ili geridə qoymağımıza cəmi 5 gün qalıb. Cari ildə dünyada baş verənlər hadisələr qədər, ölkəmizdə baş verənlər də maraq və təəccüb doğurdu.
Son.az metbuat.az-a istinadən onların bəzilərini təqdim edir:
İlin əvvəlində - fevral ayında Milli Məclisin deputatı Tahir Kərimli oyuncaq əjdaha ilə videosu yayıldı. Deputat əjdaha ilə video çəkərək onu ölümlə hədələyən şəxslərə səslənmişdi: "Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən", - deyə Tahir Kərimli videomüraciət yayılmışdı. "Deputat Tahir Kərimli onu təhdid edənlərə əjdaha ilə cavab verdi" xəbər başlıqları isə qısa zamanda gündəmi zəbt etmişdi.
Aprel ayında Bakıda gecə klubunda baş verən partlayış da çox müzakirə edilən hadisələrdən olmuşdu. Hadisə zamanı 3 nəfər ölmüş, 35 nəfər yaralanmışdı. Hadisə gecə saat 3-ə yaxın saatlarında baş vermişdi. Ramazana ayında baş verən hadisə bir qrup insanlar tərəfindən kəskin təndiq edilmiş, "müqəddəs ayda oruc tutmaq lazımdır" kimi ifadələrə yer verilmişdi.
İlin səs saldığı qədər ən çox tənqid edilən hadisələrindən biri də Fövqəladə Hallar Nazirliyində baş verən hadisələr idi. Belə ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Zaur Mirzəyev cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb.
Oxşar görüntülər qısa zaman önvə Ədliyyə Nazirliyinin işçisinin başına gəlib. Ədliyyə Nazirliyinin Mühafizə Alayının komandiri, ədliyyə mayoru Tural Rəfiyev sosial mediada intim görüntüləri yayılıb. Rəsmi olaraq açıqlanmasa da, yerli mətbuatın məlumatına görə, hadisədən sonra tutduğu vəzifədən azad edilib.
Xalq yazıçısı Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın çoxluğu ilə jurnalistin sualına sərt reaksiyası çox müzakirə edilmişdi. "Necə yəni? Bu qədər adama, qonağa bilet alınıb. Buranın - teatrın icarə haqqı ödənilib. Qonaqlar mehmanxanalara yerləşdirilib, kitablar çap edilib. Bəs sizcə, bunlar xərc deyil? Bu sözü məndən soruşmağa utanmırsınız? Nə danışırsınız, biz daha çox xərcləmişik. Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa? Özün ölmürsən, utanmaqdan?", - Çingiz Abdullayev cavab vermişdi.
Meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirmişdi. Demək olar ki, hadisə baş verən tarixdən - noyabrdan bugünədək hələ də aktual mövzulardandır.
Qeyd edək ki, Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Gədəbəydə isə cütlüklərin nişanlanması səs-küyə səbəb olmuşdu. Belə ki, 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi xəbəri sosial şəbəkələrdə tənqid edilmişdi. Məsələ müzakirə edildikdən sonra isə qızın 17 yaşı tamam olduğu, öz istəyi ilə 50 yaşlı şəxslə ailə həyatı qurmaq istədiyi məlum olmuşdu.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
2010-2013-cü illərdə "Disney" kanalında yayımlanan "Shake it
Əməkdar artist Könül Kərimova bu dəfə geyimi ilə gündəmə gəlib.
"Yəqin ki, sizi də paylaşdığınız videolara gələn şikayətlər bez
Hindistan zooparkında şir onu sığallamaq üçün əlini qəfəsə salan kiş
ABŞ-a yağan güclü qar nəticəsində, ştatların müxtəlif yerləri ağ ö
Bürclərin həyata baxışları fərqləndiyi kimi, pula münasibətləri də s
Artıq iki gün sonra yeni ilə qədəm qoyuruq. Geridə qalan il həm xoş, hə
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabın
ABŞ-da evini "şeytanın tapşırığı ilə" yandıran 45 yaşlı Ma
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.
BMT-nin Təhlükəsizlik Şurasında Fransa və Ermənistan bütün səylərinə
2022-ci ilin 10 ayı ərzində Ukrayna Qərb tərəfdaşlarından 31 milyard dol
Avropada bugünkü hərracda qazın qiyməti fevralın 16-dan bəri ilk dəfə 1