Makrondan Ermənistana TƏRS SİLLƏ Paris Paşinyana


Siyasət 30 Dek 2022 15:28:00 413 0

Makrondan Ermənistana TƏRS SİLLƏ  Paris Paşinyana

"Ermənistan-Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinə 2022-ci il zaman çərçivəsindən baxdığımız zaman aydın şəkildə görürük ki, bu dövlət göstərilən periodda da üzərinə götürdüyü öhdəliklərdən yayındı, sülh prosesini manipulyasiya etdi. Bir sözlə, Xarici işlər naziri Ceyhun Bayramovun da dəqiqliklə ifadə etdiyi kimi ötən il üçün proqress məhduddur. Lakin düşünürəm ki, ən təhlükəli tendensiya odur ki, Ermənistan danışıqlar predmetini, detalları ictimaiyyətə sızdırır".

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistan Laçın yolunda 19 gündür davam edən aksiyanı beynəlxalq gündəmə daşımaqla məsələlərin arealını genişləndirməyə can atır:

"Hələ başqa məsələlər bir kənara qalsın, bu məqamın özü Ermənistanın bir dövlət kimi qeyri-ciddi aktor olduğundan xəbər verir. Bunu sübut edən amil Rusiya tərəfindən də Ermənistana gələn kəskin tənqidlərdir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Paşinyanın yer üzündəki reallıqları anlamadığını bildirdi. Bu, bir tərəfdən Paşinyanın siyasi prosesləri dərk etmək baxımından kifayət qədər kompetent sayılmadığının göstəricidirsə, ikinci tərəfdən də Rusiyanın Ermənistana barmaq sallamasıdır ki, sənin də aqibətin xoş olmaya, uçqunlar altında qala bilər. Peskovun Qriqoryanın bəyanatlarını təxribatçı adlandırması da bura daxil. 

Sözü ilə əməli üst-üstə düşməyən bir dövlətin son məqamda hansı qərar verə biləcəyi və hansı aktoru təhlükə altına sala biləcəyi məlum olmadığından Ermənistana güvənilmir. Bu baxımdan Türkiyə də Laçın yolunda baş verən son hadisələri Ermənistan üçün səmimiyyət sınağı hesab edir. Ermənistan atmış olduğu addımlarla, vermiş olduğu bəyanatlarla bir daha özünün qeyri-ciddi aktor olduğunu təsdiq edir. Çavuşoğlunun bu fikirləri habelə Rusiya və Qərb cəbhəsində Ermənistan haqqında mövcud olan təsəvvürün aydın təzahür formasıdır. 

Bütün bu reallıqlar fonunda, zənnimcə, Ermənistanı məyus edən ən önəmli məsələ isə Makronun Paşinyana Ermənistanı qoruya bilməyəcəyi haqqında xəbərdarlıq etməsidir ki, Makron Paşinyana KTMT-dən çıxmamağı tövsiyə edib. Hər halda bunu biz yox, "kiçik bacının" (Ermənistan) KİV-ləri yazır. Sadəcə Paris deyil, ABŞ da Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürə bilmədiyini bildirir. Bu, bir daha ondan xəbər verir ki, Ermənistan hansısa fövqəl qüvvənin onları xilas etməyəcəyini anlamalıdır. Dövlətlərin hər biri proseslərə öz siyasi və iqtisadi maraqları kontekstindən yanaşır, bu maraqları təmin etmək istiqamətində Ermənistan onlara bəzən lazım olur. Lazım olmayanda, Azərbaycanla təkbətək qalanda da nələr oldu bunu dünya gördü. Yəni, biz onsuz da məlum olanı sübut edirik.

Ermənistanın bir tərəfdən aldığı direktivlər digər cəbhəni məmnun etmədikdə radikal dəyişkənliyə gedir ki, təzyiqlər də paralel olaraq artır. Ermənistan növbəti ildə pozucu əməllərindən çəkinməli, atacağı addımlarda fərqli cəbhələri deyil, öz xalqının aqibətini düşünməlidir.  Bütün bunların əksinə olaraq və Ermənistanın abstrakt davranışları fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyev aydın vizyon ortaya qoyur, müstəqil siyasət yürüdərək məsələlərə öz milli maraqlarımız çərçivəsindən baxır. Düşünürəm ki, dövlətlər də Azərbaycan və Ermənistan arasında ciddi fərqi görür. Ermənistanın vaxt uzatmağa getdiyi bir zamanda istənilən pozucu addımı öz əleyhinə işləyir, legitimliyi ciddi şübhə altına düşür, Ermənistanı protektorat altına almaq səyləri daha da genişlənir.

O ki qaldı BMT sülhməramlı qüvvələrinin regiona gətirməyə dəvətə bu, Ermənistanın ənənəvi taktikasıdır ki, məsələlərin arealını genişləndirsin, bu müddət ərzində də hərədən-bir mədət umsun. Düşünürəm ki, Azərbaycan isə heç bir genişlənməyə yol vermədən qısa zaman çərçivəsində və dar bir rakursda bu məsələri regional səviyyədə həll etmək, zəhərli tendensiyaları elə yerindəcə boğmaq istəyir.

Görünən odur ki, məsələlərdə Rusiya və Azərbaycan yaxın mövqeyə malik olduqları qədər, bu məsələdə isə eyni baxışı bölüşür. Hər halda Ermənistanın görüşə getməməsi, hətta ən son əldə oluna biləcək razılaşmalardan belə kənarda qalması Moskva-Bakı arasında şifahi də olsa müəyyən razılıqların olmasına daha da təkan verdi. 

Ermənistan ayıq-sayıq siyasət yürütsə bölgədə hansısa konkret məqsədli və müxtəlif məramlı qüvvəyə və aktora ehtiyac qalmaz. Ən önəmlisi isə, Azərbaycan ordusu mərhələli olsa belə nəzarət zonalarına qətiyyətlə yerləşir".

Təhməz Əsədov Son.az

Faiq Pərvin barədə: "Adama gəlgəl edir"  VİDEO like
  • 30 Dek 15:20  
Şou-biznes Faiq Pərvin barədə: "Adama gəlgəl edir" VİDEO

"Pərvin Abıyeva çox gözəl aktrisadır. Onun adama gəl-gəl edən ener

arrow Ətraflı
Prezident DSMFnin 2023cü il büdcəsini təsdiqlədi like
  • 30 Dek 15:14  
Siyasət Prezident DSMFnin 2023cü il büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il b�

arrow Ətraflı
"Milli musiqi alətlərimiz  milli sərvətimizdir" like
  • 30 Dek 15:04  
Kriminal "Milli musiqi alətlərimiz milli sərvətimizdir"

Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Milli musiqi alətlərimiz

arrow Ətraflı
Bakı yeni ilə hazırdır like
  • 30 Dek 14:53  
Digərləri Bakı yeni ilə hazırdır

Yolkalar, müxtəlif bəzəklər, şaxta baba və yeni il dekorları.

arrow Ətraflı
Xalq artistindən ƏRİNƏ: "Səni sevirəm Yusif" like
  • 30 Dek 14:42  
Şou-biznes Xalq artistindən ƏRİNƏ: "Səni sevirəm Yusif"

Rusiyanın Xalq artisti Anna Netrebko həyat yoldaşı Azərbaycanın Xalq artis

arrow Ətraflı
Çin yeganə ölkədir ki, buna nail olmaq istəyir like
  • 30 Dek 14:20  
Dünya Çin yeganə ölkədir ki, buna nail olmaq istəyir

ABŞ Çini özünə yeganə rəqib kimi görür.

arrow Ətraflı
Rusiya ermənilərə qadağan olunmuş silahlar verəndə NİYƏ BUNU DÜŞÜNMÜRDÜ? like
  • 30 Dek 14:02  
Siyasət Rusiya ermənilərə qadağan olunmuş silahlar verəndə NİYƏ BUNU DÜŞÜNMÜRDÜ?

"Azərbaycan Şərqi Zəngəzurda hərbi infrastrukturu inkişaf etdirməkl

arrow Ətraflı
İranla sərhəddə insident: hərbçilərimizə atəş açıldı like
  • 30 Dek 14:01  
Digərləri İranla sərhəddə insident: hərbçilərimizə atəş açıldı

Dekabr ayının 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin S�

arrow Ətraflı
Nikol Kremli hədələdi like
  • 30 Dek 13:58  
Digərləri Nikol Kremli hədələdi

Ermənistan-Rusiya münasibətləri yenidən kəskinləşib. Əvvəlcə mövcud

arrow Ətraflı
Laçın yolundakı aksiyaya qoşulanların sayı artır  FOTO like
  • 30 Dek 13:55  
Digərləri Laçın yolundakı aksiyaya qoşulanların sayı artır FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
Uşaq meydançalarının əksəriyyəti baxımsız vəziyyətdədir like
  • 30 Dek 13:29  
Digərləri Uşaq meydançalarının əksəriyyəti baxımsız vəziyyətdədir

Paytaxtın Yasamal rayonunda məhəllərdə uşaq meydançalarının əksəriyy�

arrow Ətraflı
Vilayət Eyvazov polis rəisini nöqsanlarına görə vəzifəsindən azad etdi like
  • 30 Dek 13:27  
Digərləri Vilayət Eyvazov polis rəisini nöqsanlarına görə vəzifəsindən azad etdi

Daxili İşlər Orqanlarında növbəti kadr dəyişikliyi baş tutub.

arrow Ətraflı
Bakıda 15 yaşlı əkiz bacılar itkin düşdü like
  • 30 Dek 13:25  
Digərləri Bakıda 15 yaşlı əkiz bacılar itkin düşdü

Bakıda iki yeniyetmə qız itkin düşüb.

arrow Ətraflı
Xırdalana metro çəkiləcək? like
  • 30 Dek 13:23  
Digərləri Xırdalana metro çəkiləcək?

Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin ç�

arrow Ətraflı