İranla sərhəddə insident: hərbçilərimizə atəş açıldı
Digərləri 30 Dek 2022 14:01:00 415 0
Dekabr ayının 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Perimbel kəndi, saat 14:30-da isə Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavalarının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Bu barədə Son.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları hər iki halda odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaratmışlar. "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə etmişdir. Sərhəd pozucuları üzərindəki bağlamaları ataraq geriyə, İran ərazisinə qaçmağa müvəffəq olmuşlar.
Hər iki istiqamət üzrə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitə (20 kq 158 qr "heroin", 142 kq 131 qr "marixuana", 4 kq 792 qr "metamfetamin", 3 kq 025 qr "tiryək" və 81228 ədəd "metadon M-40" həbləri) aşkar olunaraq götürülmüşdür.
Baş vermiş silahlı insidentlərlə əlaqədar İran İslam Respublikasının sərhəd mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirilmiş və məlumat mübadiləsi aparılmışdır.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Paytaxtın Yasamal rayonunda məhəllərdə uşaq meydançalarının əksəriyy�
Daxili İşlər Orqanlarında növbəti kadr dəyişikliyi baş tutub.
Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin ç�
Bir əsrdən çox yaşı olan qəzalı yataqxana binasında yaşamaq həqiqətə
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2023-cü il dövlət büd
Aparıcı Aytən Səfərova Adriana Lima ilə bağlı paylaşım edib.
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il mün
Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk
PAŞA Holding 44 günlük Vətən Müharibəsi və 2022-ci ilin sentyabrındakı
Dekabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo�
Azərbaycanda dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün
Son günlər bəzi kütləvi informasiya vasitələrində guya ki, Heydər Əliy