Stalinin hədiyyə verdiyi, fahişə kimi tanınan prezident arvadı


Dünya 29 Dek 2022 01:31:00 502 0

Stalinin hədiyyə verdiyi, fahişə kimi tanınan prezident arvadı

Bu qadını nağıllardan real həyata düşmüş Zooluşka da adlandırırlar, müqəddəs fahişə də, kasıbların hamisi də. Çox maraqlı ömür yolu olub Argentinanın keçmiş birinci ledisinin. Hətta ölümündən sona meyitinin də başına macəralar gəlib. 

Bu xəbəri də oxu: Trüdonu əvəz edə bilər

Son.az lent.az-a istinadən Argentinanın keçmiş birinci xanımı Eva Peron barədə məqaləsini təqdim edir.

Mariya Eva İbarquren 7 may 1919-cu ildə Argentinanın kiçik Los Toldos şəhərində anadan olub. O, fermer Xuan Duarte və onun qulluqçusu Xuana İbarqurenin qanunsuz nikahdan doğulmuş övladı idi. Eva doğulduqdan sonra fermer beş uşaqlı məşuqəsini atıb qanuni arvadının yanına döndü və ailəsinə heç bir maddi yardım göstərmədi. 1926-cı ildə Duarte ölərkən onlar atalarının dəfninə getdilər və kilsədən qovuldular. Yerli sakinlər "ərsiz dul qadına" nifrətlə yanaşırdılar. Buna baxmayaraq, o, uşaqlarını yerbəyer eləməyi bacardı.

12 yaşında Eva ehtiyatsızlıqla qaynar zeytun yağı ilə üzünü və əllərini yandırdı. Həkimlər onun ömürlük şikəst və çirkin qalacağını desələr də, qız möcüzəvi şəkildə sağaldı, bədənində yanıq izləri qalmadı. Sonralar haqqında əfsanələr dolaşanda bu əhvalatı da Evanın müqəddəs olması ilə əlaqələndirirdilər.

15 yaşında Maria Eva o zamanlar Cənubi Amerikanın Parisi adlanan Buenos-Ayresə köçdü, teatrda işləməyə başladı. Sabun reklamlarında çəkilmək uğur gətirdi, Eva tezliklə ölkənin ən məşhur radio aparıcılarından birinə çevrildi.

1935-ci ildə 3 dəqiqəlik qulluqçu rolunu oynayaraq aktyorluq karyerasına başlayır. Aktrisa kimi qazancı az idi və o qazanmaq üçün "kişi jurnalları"nda çılpaq şəkillər çəkdirməyə başlayır, model kimi uğur qazanır. Katolik ölkədə pornoşəkillərin çəkilməsi fahişəlik kimi qiymətləndirilirdi. 

1944-cü ildə xeyriyyə gecəsində Eva ölkənin hərbi hökumətinin rəhbərlərindən biri, polkovnik Xuan Peronla görüşür. Eva öz xatirələrində 1944-cü ili real həyatının başlanğıcı adlandırıb. Bu görüşdən sonra onlar sevgili oldular.

1945-ci ilin oktyabr ayına qədər Evanın rəsmi tədbirlərdə polkovnik Peronun "sevgilisi" kimi görünməsi mühafizəkar Argentina cəmiyyətini şoka saldı. 1945-ci il oktyabrın əvvəlində polkovnik Peron həbs edildi və həbsxanada Eva ilə evlənməyə söz verdi. Oktyabrın 17-də xalq üsyanlarından sonra Peron azadlığa buraxıldı, beş gün sonra  Evayla evləndi. O ərinin ikinci arvadı oldu. Hadisələri qabaqlayaraq deyək ki, Peron Evadan sonra üçüncü dəfə də evləndi. Və onun üçüncü xanımı İzabel Evanı ölümündən sonra da qısqanırdı və hətta onun cazibəsi qazanmaq üçün kahinlərə cadu da etdiribmiş. Evadan fərqli olaraq İzabel evlənən kimi özünü ölkənin birinci vitse prezidenti də elan etdirdi, lakin xalqın sevgisini qazana bilmədi.

1946-cı ildə Argentinada keçirilən prezident seçkilərindən əvvəl Eva Peron qadınlar arasında ərinin təşviqatını apardı. O zaman Argentina qadınlarının səsvermə hüququ yox idi, lakin bu "dolayı" təşviqat üsulu işə yaradı - Xuan Peron prezident oldu və 1947-ci ildə o arvadının istəyi ilə qadınlara səsvermə hüququ verdi. 

Birinci xanım Eva Peron ərinin əvəzinə Avropa turnesinə çıxıb və orada Fransa, İtaliya, Portuqaliya, İsveç prezidentləri, ABŞ dövlət katibi və Roma Papası ilə görüşmüşdü.

Evanın portretləri təqvimlərdə, kibrit qutularında, bütün məktəb dərsliklərində idi. O, radio və televiziyada çıxış edirdi. Ölkənin üsyançı, kasıb, özünü "köynəksizlər"  adlandıran təbəqəsi Evanı çox sevirdi, onu əzizləyərək "Evita" çağırırdılar.  Argentina prezidentinin həyat yoldaşı olandan sonra Eva bütün çılpaq fotoşəkillərinin məhv edilməsini əmr etmişdi. 

Peron Argentinanın yeganə prezidenti idi ki, rəsmi portretində xanımı ilə birlikdə kameralar önünə çıxır, birgə şəkillər çəkdirirdi.

1948-ci ildə Eva Peron Fondu yaradıldı. Fond xəstəxanaların, sığınacaqların tikintisi ilə məşğul olub, kasıblara, kimsəsizlərə yardım edirdi. Birinci xanım ehtiyacı olanlarla şəxsən görüşürdü. O, hətta sifilis və cüzamlı xəstələri öpməkdən, kasıbların irinli yaralarına əllərini sürtməkdən belə çəkinmirdi. Bu, onun Katolik Argentinadakı şöhrətinə çox təsir etdi. Bəziləri ona bir müqəddəs kimi hörmət etməyə başladılar.

Məktəblər, xəstəxanalar, stadionlar tikməklə yanaşı, Eva 7800 argentinalı uşağın xaç anası oldu və kasıblara 2500 mənzil bağışladı.

Diet saxlamaq istəyənlərə 10 detoks çayı like
  • 29 Dek 01:01  
Digərləri Diet saxlamaq istəyənlərə 10 detoks çayı

1. Xiyar, limon və nanə detoksu. 1 ədəd xiyar, 1 ədəd limon halqa şəkli

arrow Ətraflı
Ən istedadlı bürclər  Bəs, kim bacarıqlarından istifadə edə bilmir? like
  • 29 Dek 00:44  
Digərləri Ən istedadlı bürclər Bəs, kim bacarıqlarından istifadə edə bilmir?

Hər bürcün öyrənmə və düşünmə ilə bağlantısı fərqlilik göstər�

arrow Ətraflı
14 yaşlı uşaq dəhşət yaşadı like
  • 29 Dek 00:31  
Digərləri 14 yaşlı uşaq dəhşət yaşadı

Osmaniyedə çörək almağa gedərkən sahibindən qaçan itin hücumuna məruz

arrow Ətraflı
Günün qoroskopu: Planlaşdırılmamış xərclər ola bilər like
  • 29 Dek 00:01  
Digərləri Günün qoroskopu: Planlaşdırılmamış xərclər ola bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Rusiya bu ölkənin diplomatını qovdu like
  • 28 Dek 23:59  
Dünya Rusiya bu ölkənin diplomatını qovdu

Litva diplomatı beş gün ərzində Rusiya ərazisini tərk etməlidir.

arrow Ətraflı
Türkiyə, Rusiya və Suriyanın müdafiə nazirləri Moskvada görüşür like
  • 28 Dek 23:54  
Dünya Türkiyə, Rusiya və Suriyanın müdafiə nazirləri Moskvada görüşür

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilat

arrow Ətraflı
"Siz İrana hücumda iştirak edə bilərsiniz" like
  • 28 Dek 23:48  
Dünya "Siz İrana hücumda iştirak edə bilərsiniz"

İsrail İrana hücum hazırlığını artırıb.

arrow Ətraflı
İranda “soğan böhranı” yaşanır like
  • 28 Dek 23:43  
Dünya İranda “soğan böhranı” yaşanır

İranda yaşayan əhali son zamanlar ölkədə soğan qiymətlərinin artmasınd

arrow Ətraflı
Narkotik vasitənin təsir altında avtomobil idarə edən like
  • 28 Dek 23:38  
Kriminal Narkotik vasitənin təsir altında avtomobil idarə edən

Narkotik maddənin təsiri altında maşın idarə edən şəxs saxlanılıb.

arrow Ətraflı
Bakıda avtomobillər toqquşub, like
  • 28 Dek 23:28  
Digərləri Bakıda avtomobillər toqquşub,

Bakının Yasamal royonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
46 yaşlı qadın dəm qazından boğulub like
  • 28 Dek 23:23  
Digərləri 46 yaşlı qadın dəm qazından boğulub

Hacıqabulda qadın dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Vəzifə maaşına əlavələr də hesablanacaq like
  • 28 Dek 23:18  
Digərləri Vəzifə maaşına əlavələr də hesablanacaq

Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları i�

arrow Ətraflı
Kim buna qarşı çıxsa, cavabını alacaq  Zelenski like
  • 28 Dek 23:12  
Dünya Kim buna qarşı çıxsa, cavabını alacaq Zelenski

Əgər kimsə Ukraynanın müstəqilliyinə qarşı - siyasi, iqtisadi və ya m�

arrow Ətraflı
Bu ölkə Rusiya və Belarusun 85 milyon avrodan çox aktivlərini dondurur like
  • 28 Dek 23:07  
Dünya Bu ölkə Rusiya və Belarusun 85 milyon avrodan çox aktivlərini dondurur

Ukraynadakı müharibəyə görə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını həy

arrow Ətraflı
Zeynəb Xanlarovanın uzun müddətdən sonra like
  • 28 Dek 23:02  
Şou-biznes Zeynəb Xanlarovanın uzun müddətdən sonra

Azərbaycanın və SSRİ-nin xalq artisti Zeynəb Xanlarova uzun müddətdən so

arrow Ətraflı