Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş Rəsmi açıqlama


Kriminal 02 May 2025 18:43:00 57 0

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş  Rəsmi açıqlama

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin bir hissədə ibtidai istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, istintaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "14 nömrəli Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevin cari ilin fevral ayında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayev tərəfindən rayonun Maqov kəndi ərazisindən keçən yolun üzərindəki 136 min manat dəyərində olan müxtəlif növ ağacların şəxsi məqsədlər üçün ekoloji tələblərə zidd olaraq kəsilməsini təşkil etməsinə, bununla da çoxsaylı ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüstəm Paşayevə Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Muhuma Qudayevə isə həmin Məcəllənin 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə), 32.5, 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşmaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığının törədilməsinə köməkçilik) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, Baş idarədə istintaq edilən digər cinayət işi üzrə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması" MMC-nin direktoru İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çoxsaylı ağacların rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, hər iki halda Zaqatala rayonu Maqov və Lahıc kəndlərində ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Akif Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla qanunsuz rəy verməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən olunub.

İlkin sübutlarla İlham Novruzov Cinayət Məcəlləsinin 32.3,259.4  və 309.2-ci, Akif Məmmədov həmin Məcəllənin 309.2 və 313-cu, Anar Hüseynova isə 259.4 və 32.5, 309.2-ci maddələri ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Hazırda sözügedən cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Son.az


Xəbərə aid fotolar

Ardarda iki güclü zəlzələ oldu  7,4 bal gücündə like
  • 02 May 18:10  
Dünya Ardarda iki güclü zəlzələ oldu 7,4 bal gücündə

Argentinanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Müğənninin tiktoker oğlu canlı yayım zamanı öldürüldü  FOTO like
  • 02 May 18:00  
Digərləri Müğənninin tiktoker oğlu canlı yayım zamanı öldürüldü FOTO

Yamaykalı TikTok fenomeni Baba Skeng qətlə yetirilib.

arrow Ətraflı
Buna görə pişiklər sahiblərinin üzərində yatırlar like
  • 02 May 18:00  
Digərləri Buna görə pişiklər sahiblərinin üzərində yatırlar

Pişiklərin sahiblərinin qucağında, sinəsində və ya başında yatması bi

arrow Ətraflı
Xocalıda qumbara partladı  17 yaşlı oğlan xəsarət aldı like
  • 02 May 17:52  
Digərləri Xocalıda qumbara partladı 17 yaşlı oğlan xəsarət aldı

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci

arrow Ətraflı
Bu da Putinin Kremldəki mənzili like
  • 02 May 17:50  
Digərləri Bu da Putinin Kremldəki mənzili

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Kremldəki mənzilini göstərib.

arrow Ətraflı
Buna görə 52 ildir sırğa taxır like
  • 02 May 17:41  
Şou-biznes Buna görə 52 ildir sırğa taxır

Məşhur Hollivud ulduzu Morqan Friman illərdir qızıl sırğa taxmasının v�

arrow Ətraflı
Problemi qurumlar birbirinin üstünə atsa da, sonu necə oldu? like
  • 02 May 17:30  
Digərləri Problemi qurumlar birbirinin üstünə atsa da, sonu necə oldu?

Bakı şəhərinin bəzi yaşayış məntəqələrində kommunal problemlərin u

arrow Ətraflı
"Ad günümə 1 kilo meyvə alıb" like
  • 02 May 17:21  
Şou-biznes "Ad günümə 1 kilo meyvə alıb"

"Yığacaqlar ki, 500 manatımı gətir ver"

arrow Ətraflı
"Səhərlər oyanmağa çətinlik çəkirəm"  Putin like
  • 02 May 17:10  
Digərləri "Səhərlər oyanmağa çətinlik çəkirəm" Putin

Rusiya prezidenti Vladimir Putin səhərləri adətən zəngli saatdan istifadə

arrow Ətraflı
Hamımızın etdiyi bu vərdiş dəri xərçəngi yaradırmış  Xəbərdarlıq like
  • 02 May 16:51  
Digərləri Hamımızın etdiyi bu vərdiş dəri xərçəngi yaradırmış Xəbərdarlıq

Yeni araşdırmalar günəş yanığının dəri xərçəngi, xüsusilə də ən

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib like
  • 02 May 16:43  
Digərləri Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti mayın 2-4-də Bakıda və Abşeron yarımadas

arrow Ətraflı
Prezident Sərəncam imzaladı like
  • 02 May 16:40  
Siyasət Prezident Sərəncam imzaladı

Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Hə

arrow Ətraflı
Ermənistanda zəlzələ oldu like
  • 02 May 16:24  
Digərləri Ermənistanda zəlzələ oldu

Dünən səhər saatlarında Ermənistan ərazisində yeraltı təkanlar olub.

arrow Ətraflı
Cəmil Quliyevə vəzifə verildi like
  • 02 May 16:16  
Digərləri Cəmil Quliyevə vəzifə verildi

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Resp

arrow Ətraflı