Tarif Şurası dərmanlarla bağlı yeni qərarı
Digərləri 28 Dek 2022 18:48:00 387 0
Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının dekabrın 28-də keçirilən iclasında dərman vasitələrinin qiyməti ilə bağlı qərarlar qəbul edilib.
Bu xəbəri də oxu: Trendyol COP29da FOTO
Qurumdan Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
Şuranın dekabrın 28-də keçirilən növbəti iclasında dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq olunub və bununla da qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 13 min 642-yə çatıb.
Dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan qiymətlərin bahalaşmasının qarşısını almaq və optimal qiymətlərin, yəni, əhalinin dərman vasitələri ilə etibarlı təchizatına və sahibkarlıq subyektinin ağlabatan rentabelliyinə imkan verən minimal qiymətlərin tətbiqinə nail olmaqdır.
Bununla yanaşı, son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və ölkəyə dərman vasitələrinin idxalında logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin qiymətinə yenidən baxılması zərurəti yaradıb. Qeyd edilən məsələlər, həmçinin dərman təchizatında fasilələrin yaranmasına səbəb olur.
Dərman qıtlığının qarşısının alınması və əhalinin etibarlı təchizatının təmin olunması məqsədilə idxalçı şirkətlər mövcud qiymətlərə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciət ediblər.
Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təminat məqsədilə Səhiyyə Nazirliyinin rəyi də nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətinə yenidən baxılıb.
Qeyd edək ki, Azərbaycanda əhalinin dərmanla təchizatı əsasən idxal hesabına ödənilir. Bu baxımdan ölkəmizdə dərman istehsalının təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, əczaçılıq sənayesinin inkişafı üçün dövlət tərəfindən zəruri infrastruktura (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) malik Pirallahı Sənaye Parkı yaradılıb. Artıq 5 sahibkarlıq subyekti ixtisaslaşmış Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Artıq bir şirkət tərəfindən göbələk əleyhinə, şəkərli diabet, qan-damar sistemi və digər xəstəliklərin müalicəsində istifadə olunan 11 dərman vasitəsinin ("Fungipar", "Diasmet", "Rosapar" və s.) istehsalına başlanıb və hazırda həmin dərman vasitələri satışdadır. Digər istehsalçı tərəfindən isə şəkərli diabet xəstəliyində istifadə olunan "Diabeton MR" dərman vasitəsinin istehsalına başlanılmış və çeşidinin genişləndirilməsi, yeni istehsal sahələrinin təşkili ilə əlaqədar işlər aparılır.
Ümumilikdə dərman vasitələrinin istehsalının təşkili uzun müddət və maliyyə vəsaiti tələb edən mürəkkəb texnoloji prosesdir. İstehsalın təşkili bu sahədə ixtisaslaşdırılmış şirkətlər tərəfindən həyata keçirilməlidir.
Hazırda yerli dərman istehsalının təşviqi və investorların cəlb edilməsi istiqamətində mütəmadi olaraq danışıqlar aparılır.
Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonları və Şirvan şəhərinin d
Əməkdar artist Vasif Məhərrəmlinin bacısı Leyla Məhərrəmova uzun illə
PAŞA Bank və Türk Hava Yolları "Miles&Smiles" layihəsi çərçiv�
Əməkdar artist Röya Ayxan Naxçıvanda konsert verir, bundan əvvəl isə Bak
2022-ci ildə Moskva sakinləri arasında ən çox toyuq şaurmasının evə ça
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfind
Aparıcı-aktrisa Xuraman Əlizadə TikTok-da yaşanan "beh" qalmaqal�
"Ruben Vardanyanın beynəlxalq axtarışa verilməsi bizim üçün arzuolu
Bakı Ağır Cnayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsir
Yaşayış massivinin yaxınlığında yerləşən göl indi xəstəlik mənbəy
Tarif (qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında yeni döv
"Həmin günü tam xatırlamıram, amma 2-ci və ya 3-cü sinifdə oxuyurdu
Pandemiyanın ilk aylarında bir sıra bazar iştirakçilarının fəaliyyəti m
Dekabrın 28-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövq�
İzyumda (Ukraynanın Xarkov vilayəti) adları Rusiya və SSRİ ilə bağlı ol