"Mənə dedi ki, filankəs, mən İmam Mehdiyəm”
Digərləri 27 Dek 2022 21:22:00 410 0
Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bu xəbəri də oxu: Yağsız məhsullar: İstehsalçılar başımızı belə aldadır
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Etibar Novruzov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslə ədavəti olmayıb.
Son.az musavat.com-a istinadən bildirir ki, zərərçəkmiş qeyd edib ki, Aqil Babayevi 2004-cü ildən tanıyıb. Deyib ki, ibadət edən zaman onların tanışlığı yaranıb: "Mən yeni namaz qılmağa başlamışdım. Görüşlərimiz işdən sonra Əhmədli qəsəbəsində olurdu. Burada zərərçəkmişlərin çoxu da həmin məclisdə olurdular. Aqil Babayevi məclisləri ələ alırdı, əsasən də İmam Mehdinin gəlişi barədə söhbətlər edirdi. Bu və digər dini mövzularda söhbətlər edirdi. Bu söhbətlərdə mən də iştirak edirdim. Hədislərdən, ayələrdə sitatlar gətirirdi. Danışığına qulaq asandan sonra qənaətə gəlmişdim ki, elmli adamdır. Bunun belə qeyri-adi danışıqları, toxunduğu mövzuları eşidəndən məndə fərqli fikirlər forlmalaşdırmışdı. Bir mövzu oldu. Bu şiə təriqətinə məxsus olan "təbəssüm" mövzusudur. Bununla bağlı haradasa oxumuşdum, məndə maraq oyatmışdı. "Təbəssüm" Allahla bəndəsi arasında olan bir vasitədir. Mən də bununla bağlı Aqil Babayevə sual vermişdim. Mənim verdiyim sual da xoşuna gəlmişdi, buna gülmüşdü. "Təbəssüm"lə bağlı demişdi ki, bütün vaxtlarda bu mövzu olub, imamlar da bunun tədqiq ediblər. Mənə dedi ki, filankəs, mən İmam Mehdiyəm".
Zərərçəkmiş qeyd edib ki, 2006-cı ildə Aqil Babayevin yanına gedib və ona biət edib: "Ona biət etdim ki, sən həqiqətən də İmam Mehdisən. Məni təbrik etdi, dedi ki, xeyirli olsun, hiss edirdim ki, sən cəhdinlə, səyinlə bu məqama çatacaqsan. Bundan sonra ona zəkat vermişəm. Deyirdi ki, sənin malından çıxacaqdır, bunu düzgün mövqeyə verməklə, yəni, mənə verməklə həqiqi zəkatı vermiş olursan. Həmin dövrdə zavodda işləyirdim. 2006-cı ildən 2010-cu ilə kimi hər ay 100 manat zəkat verirdim. 2010-cu ildə zavodda işdən çıxdım. Ondan sonra şaurma restoranına işə düzəldim. 2015-ci ilə qədər orada işləmişəm. 2015-ci ildə oradan çıxdım və 2021-ci ilə qədər taksi fəaliyyəti ilə məşğul olmuşam. Bu illərdə də hər ay 30 manat zəkat vermişəm. Ümumilikdə 9 min 750 manat zəkat vermişəm".
Daha sonra zərərçəkmiş prokurorun suallarını cavablandırıb:
-100 manatı kimə veridin?
-100 manat verdiyim müddət ərzində həmin pulları Polada verirdim. Pulları da Polad yığırdı.
-Sonrakı mərhələdə 30 manatı kimə verirdin?
-Sonra Rövşən yığırdı.
-İstər 100 manat, istərsə də 30 manat olsun. Bunları kim müəyyən edirdi ki, Rövşənə, Samirə ver?
-Bunu özü müəyyən edirdi. -Görüşlərdə belə tapşırırdı. -Deyirdi ki, zəkat düzgün mövqeyə verməklə siz təmizlənmiş olursuz. Günahlarınızın bağışlanmasına cəlb olursuz, pak olursuz.
-Bir də özünü 12-ci İmam Mehdi kimi təqdim etmişdi, necə formada deyirdi? Təbii ki, söhbətlərinin məğzində, dolayı yollarla bunu deyirdi.
-Dolayı yollarla necə deyirdi?
Mövzu olmuşdu.
Rusiyada iki yaşlı uşağın damdan üzərinə buz parçası düşməsi nətic
Qünut namazda yeganə əməldir ki, onun sözlərini istənilən dildə söylə
Donuz qripi və kovid oxşar simptomlarla müşayiət olunsa da, birincisində a
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin r�
Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, e
"Ruben Vardanyan Bakı ilə anlaşmaqda maraqlı olan Vitali Balasanyanı &
Qripin N1H1-2009- donuz qripi növü Rusiyanın bütün regionlarında aşkarlan
62 yaşlı Antonio Banderas 2018-ci ildə keçirdiyi ürək infarktından danı�
İranda molla rejiminə qarşı etiraz aksiyaları 3 aydan çoxdur ki, davam edi
Aktrisa Fahriye Evcen yeni hamiləlik fotolarını izləyiciləri ilə bölüş�
Prezident İlham Əliyev "Dövlət-özəl tərəfdaşlığı haqqında"
"Toyda görürsən ki, ansambl olmadan müğənni yarım saat mahnı oxuyur
Dünyanın ən zəhərli ilanı kimi tanınan kobra balaları ilə toyuq yuvası