Hindistan Pakistan gərginliyi artır: Azərbaycan necə davranacaq?


Siyasət 02 May 2025 19:45:00 65 0

Hindistan  Pakistan gərginliyi artır: Azərbaycan necə davranacaq?

Azərbaycan Xarici İşlər Nazirliyi mayın 1-də Hindistan-Pakistan gərginliyi barədə bəyanat yayıb. Bildirilib ki, Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlik narahatlıq doğurur. Azərbaycan XİN tərəfləri təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırıb: "Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik".

Bununla yanaşı, bəyanatda münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inam ifadə edilib:

"Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər". Məlum olduğu kimi, Hindistanla Pakistan arasında münasibətlər bir neçə gündür gərgindir. Toqquşma hələ ki, davam edir. Gərginliyin daha genişmiqyaslı müharibəyə çevrilmək ehtimalı az olsa da var.

Son.az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov açıqlama verib:

"Türkiyə kimi Azərbaycan da tərəflər arasında gərginliyin artmasında maraqlı deyil. Çünki bu ssenari ciddi beynəlxalq təsirlər vəd etməklə yanaşı, həm də nüvə müharibəsi riskini artırır. Azərbaycanın bu mövqeyi nazirliyin açıqlamasında da aydın şəkildə göstərilib.

Rəsmi Bakı mövcud vəziyyətin həlli üçün beynəlxalq araşdırmaya ehtiyac olduğunu bildirir. Daha əvvəl Pakistan da beynəlxalq araşdırmaya ehtiyac olduğunu bildirmişdi. Amma Hindistan hələ ki, bu məsələyə isti yanaşmır. Bu, Dehlinin destruktiv mövqeyi kimi də qiymətləndirilə bilər. Azərbaycanın araşdırma tərəfdarı olduğu isə göstərir ki, Bakı İslamabadın mövqeyini dəstəkləyir.

Bəyanatda da göstərildiyi kimi, tərəflər arasında gərginliyin artması regional sabitlik və xalqların rifahı üçün təhlükəlidir. Rəsmi Bakı bunu nəzərə alaraq diplomatik səylərini davam etdirəcək. Amma əgər eskalasiya genişlənərsə, Bakı həm İslam Əmkdaşlıq Təşkilatı (İƏT) daxilindəki müttəfiqi, həm də ikitərəfli münasibətlərdə ciddi bə mühüm tərəfdaş Pakistanın maraqlarını gözdən gəlməyəcək. Əksinə, Bakı lazım gəlsə, İslamabadı dəstəkləməkdən də çəkinməyəcək. Nəzərə almaq lazımdır ki, həm də xalqlar arasında münasibətlər bunu tələb edir".

O qeyd edib ki, Azərbaycan öz mövqeyində Çinin maraqlarını, həmçinin Pekin- Dejhli münasibətlərini də nəzərə alacaq. Rəsmi Bakı Pekinlə inkişaf edən münasibətlərini görməzdən gəlməyəcək. "Azərbaycan ayrı- ayrılıqda həm Pakistanın, həm də Hindistanın Cənubi Qafqaza və Qarabağ məsələsinə mövqeyini nəzərə alacaq. Pakistandan fərqli olarq Hindistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü sual altına atıb. Hətta Hindistanın Ermənistanı silahlandırmasına dair də aydın məlumatlar var. Əlbəttə, rəsmi Bakı gələcək addımlarında bu məqamların hər birini nəzərə alacaq".

Asya Son.az

“Azərsun Holdinq”in yeni rəhbəri o, oldu like
  • 02 May 19:37  
Digərləri “Azərsun Holdinq”in yeni rəhbəri o, oldu

"Azərsun Holdinq"in Müşahidə Şurasının yeni sədri müəyyənl�

arrow Ətraflı
"Verilişdə susur, kənarda deyir ki, yaxşı oxumadı" like
  • 02 May 19:19  
Şou-biznes "Verilişdə susur, kənarda deyir ki, yaxşı oxumadı"

Aparıcı Vüsalə Əlizadə həmkarlarını tənqid edən sənət adamlarına c

arrow Ətraflı
"Gəncə və gəncəlilər" layihəsində Rövşən Behcət yad edilib  FOTO like
  • 02 May 19:03  
Kriminal "Gəncə və gəncəlilər" layihəsində Rövşən Behcət yad edilib FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "

arrow Ətraflı
“Sənətkarın dostu” layihəsinin növbəti  qonağı Xalq artisti Salman Qəmbərov olub  FOTO like
  • 02 May 18:48  
Kriminal “Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artisti Salman Qəmbərov olub FOTO

1 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyy

arrow Ətraflı
Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş  Rəsmi açıqlama like
  • 02 May 18:43  
Kriminal Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş Rəsmi açıqlama

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlar

arrow Ətraflı
Ardarda iki güclü zəlzələ oldu  7,4 bal gücündə like
  • 02 May 18:10  
Dünya Ardarda iki güclü zəlzələ oldu 7,4 bal gücündə

Argentinanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Müğənninin tiktoker oğlu canlı yayım zamanı öldürüldü  FOTO like
  • 02 May 18:00  
Digərləri Müğənninin tiktoker oğlu canlı yayım zamanı öldürüldü FOTO

Yamaykalı TikTok fenomeni Baba Skeng qətlə yetirilib.

arrow Ətraflı
Buna görə pişiklər sahiblərinin üzərində yatırlar like
  • 02 May 18:00  
Digərləri Buna görə pişiklər sahiblərinin üzərində yatırlar

Pişiklərin sahiblərinin qucağında, sinəsində və ya başında yatması bi

arrow Ətraflı
Xocalıda qumbara partladı  17 yaşlı oğlan xəsarət aldı like
  • 02 May 17:52  
Digərləri Xocalıda qumbara partladı 17 yaşlı oğlan xəsarət aldı

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci

arrow Ətraflı
Bu da Putinin Kremldəki mənzili like
  • 02 May 17:50  
Digərləri Bu da Putinin Kremldəki mənzili

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Kremldəki mənzilini göstərib.

arrow Ətraflı
Buna görə 52 ildir sırğa taxır like
  • 02 May 17:41  
Şou-biznes Buna görə 52 ildir sırğa taxır

Məşhur Hollivud ulduzu Morqan Friman illərdir qızıl sırğa taxmasının v�

arrow Ətraflı
Problemi qurumlar birbirinin üstünə atsa da, sonu necə oldu? like
  • 02 May 17:30  
Digərləri Problemi qurumlar birbirinin üstünə atsa da, sonu necə oldu?

Bakı şəhərinin bəzi yaşayış məntəqələrində kommunal problemlərin u

arrow Ətraflı
"Ad günümə 1 kilo meyvə alıb" like
  • 02 May 17:21  
Şou-biznes "Ad günümə 1 kilo meyvə alıb"

"Yığacaqlar ki, 500 manatımı gətir ver"

arrow Ətraflı
"Səhərlər oyanmağa çətinlik çəkirəm"  Putin like
  • 02 May 17:10  
Digərləri "Səhərlər oyanmağa çətinlik çəkirəm" Putin

Rusiya prezidenti Vladimir Putin səhərləri adətən zəngli saatdan istifadə

arrow Ətraflı
Hamımızın etdiyi bu vərdiş dəri xərçəngi yaradırmış  Xəbərdarlıq like
  • 02 May 16:51  
Digərləri Hamımızın etdiyi bu vərdiş dəri xərçəngi yaradırmış Xəbərdarlıq

Yeni araşdırmalar günəş yanığının dəri xərçəngi, xüsusilə də ən

arrow Ətraflı