Yeni sistem maaşların artmasına, yoxsa azalmasına səbəb olacaq?
Digərləri 01 May 2025 17:39:00 66 0
Xəbər verdiyimiz kimi, cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.
Bu xəbəri də oxu: Tanınmış qiraətçi faciəvi şəkildə öldü
Bəs bu sistem maaşların artmasına, yoxsa azalmasına səbəb olacaq?
Son.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib:
"Əvvəlcə bir məsələni açıq deyim ki, bu, maaş artımı deyil. Bunu kim belə təqdim edirsə, doğru etmir. Yox, əgər kimsə də maaşınız azalacaq deyirsə, o da doğru demir. Minimum əməkhaqqı 350-dən 400 manata qalxıb və mövzu bir müddətlik bağlanıb. Amma indi sadəcə "aylıq yox, saatlıq da hesablayaq" söhbəti gedir".
Bəs onda bu saatlıq sistem niyə ortaya çıxıb?
"Cavab yenə sadədir. Çünki iqtisadiyyat dəyişir. Artıq adamlar təkcə səhər saat 9-dan 6-a qədər işləyən "ştatlı" işçi deyil. Kimisi "freelance" işləyir, kimisi mövsümi. Kimisi evdən çalışır, kimisi həftədə 2-3 gün. Aylıq maaş sistemi isə bu reallığı ədalətli tənzimləmək gücündə deyil. Başqa sözlə bu dəyişiklik əmək bazarının yeni reallıqlarına uyğunlaşdırılmış hüquqi çərçivə yaratmaq üçündür. Əgər əvvəllər maaş yalnız aylıq sistemlə hesablanırdısa, indi həm aylıq, həm də saatlıq yanaşma paralel şəkildə tətbiq olunacaq.
Əslində bununla dünyada olmayan nəsə kəşf edilmir, Dünyada yalnız saatlıq əməkhaqqı tətbiq olunan ölkələr də var, bunu qarışıq tətbiq edənlər də. Hətta bəzi ölkələrdə həftəlik minimum əməkhaqqı sistemi də var. Böyük ehtimal ki Azərbaycan sahədən və xaraktrindən asılı olaraq bəzi istiqamətlərdə saatlıq, bəzi istiqamətlərdə isə aylıq olmaqla qarışıq model olacaq.
Təyyarədə ayaqqabını çıxarmaq olarmı: Ekspertlər və bələdçilər nə

Bakı Bələdiyyə Teatrının Özbəkistan ədəbiyyatının görkəmli nümay�

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azəristiliktəc

Paytaxtın Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində nəq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2

Bakıda "Porche" ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qad

Aprelinin sonlarından etibarən Cənubi Asiyada vəziyyət yenidən toqquşma h

Aparıcı və aktyor İlkin Həsəninin videosu marağa səbəb olub.

Nizami və Sabunçu rayonlarının bəzi küçələrin qaz təchizatında müvə

Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin

İlham Ata oğlu Mirzəliyev "Azəristiliktəchizat" Açıq Səhmdar C

Son aylarda Bakı şəhərində kirayə mənzil bazarında qiymətlər sürətl�

Prezident İlham Əliyev "Enerji resurslarından səmərəli istifadə və

Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılı

Türkiyədə qızıl mağazalarının birində oğurluq hadisəsi olub.
