Prezidentin təyin etdiyi yeni sədr kimdir? DOSYE
Digərləri 01 May 2025 17:11:00 68 0
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə İlham Mirzəliyev təyin edilib.
Bu xəbəri də oxu: Sabah Bakıda 22 dərəcə isti olacaq
Son.az yeni sədrin dosyesini təqdim edir:
İlham Mirzəliyev 1960-cı ildə anadan olub. İqtisadçı-mühəndis ixtisasına malik olan İlham Mirzəliyev, eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur. O, istilik təsərrüfatı sahəsində uzun illər boyunca rəhbərlik və idarəçilik təcrübəsi ilə tanınan peşəkar mütəxəssisdir.
Əmək fəaliyyətinə 1982-ci ildə "Azərenerji" Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis olaraq başlayan İlham Mirzəliyev, burada planlaşdırma və əmək üzrə böyük iqtisadçı vəzifələrini icra etmiş, daha sonra direktor müavini kimi fəaliyyət göstərmişdir.
2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin "Bakı İstilik Şəbəkə" İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik İdarəsində rəis müavini, daha sonra isə Bakı şəhər İstilik İdarəsində rəis müavini vəzifələrini yerinə yetirmişdir.
2005-ci ildən başlayaraq "Azəristiliktəchizat" ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən İlham Mirzəliyev, 2022-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu şirkətin sədrinin vəzifələrini müvəqqəti icra etməyə başlamışdır. 2025-ci ildə isə İlham Mirzəliyev "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunub.
2015-ci ilin 9 aprel tarixində İlham Mirzəliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
İlham Mirzəliyev ailəlidir və iki övladı var.
Kənan Son.az
Xəbərə aid video
Paytaxtın Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində nəq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2

Bakıda "Porche" ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qad

Aprelinin sonlarından etibarən Cənubi Asiyada vəziyyət yenidən toqquşma h

Aparıcı və aktyor İlkin Həsəninin videosu marağa səbəb olub.

Nizami və Sabunçu rayonlarının bəzi küçələrin qaz təchizatında müvə

Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin

İlham Ata oğlu Mirzəliyev "Azəristiliktəchizat" Açıq Səhmdar C

Son aylarda Bakı şəhərində kirayə mənzil bazarında qiymətlər sürətl�

Prezident İlham Əliyev "Enerji resurslarından səmərəli istifadə və

Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılı

Türkiyədə qızıl mağazalarının birində oğurluq hadisəsi olub.

Əməkdar artist Sevinc Sarıyeva qonaq olduğu verilişdə sözləri ilə diqq�
