“Milli Opera İncilərimiz” adlı layihəyə start verilir
Kriminal 01 May 2025 13:59:00 84 0
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı milli musiqi irsimizin incilərini bir araya gətirən yeni "Milli Opera İncilərimiz" adlı layihəyə start verir.
Bu xəbəri də oxu: Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası keçirildi
Layihə çərçivəsində ilk konsert 17 may tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Konsert proqramında Azərbaycan bəstəkarlarının ən parlaq opera nümunələrindən seçilmiş parçalar səslənəcək.
Layihənin əsas məqsədi milli musiqi sənətimizin zənginliyini nümayiş etdirməklə yanaşı, klassik opera yaradıcılığımızın təbliğini və gələcək nəsillər üçün bu irsin qorunmasına mühüm töhfə verməyi və milli operaənənəsinin qorunub saxlanmasıdır.
Teatrın simfonik orkestrinin müşayiəti və xor kollektivinin iştirakı ilə baş tutacaq konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Qara Qarayev və Cövdət Hacıyev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Pikə Axundova, Siyavuş Kəriminin operalarından səslənəcək nümunələri ölkənin tanınmış vokalçıları - Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Təyyar Bayramov, Arzu Əliyeva, solistlər Mahir Tağızadə, Fəhmin Əhmədli, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov, Atəş Qarayev, Fatimə Cəfərzadə, Səma Həmzayeva ifa edəcəklər.
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində t�

Sevgi həyatlarında əhəmiyyətli inkişaflar yaşayacaqları gözlənilən bu

30.04.2025 tarixində Park Cinemanın Park Bulvar filialında Qazaxıstanın Az�

Prezident İlham Əliyev "Qusar rayonunun Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-

Türkiyədə Siraç Ö. adlı şəxs Mardinin Kızıltəpə rayonunda məsciddə

Xalq artisti Röya Ayxan məclislərin birində görüntülənib.

Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Quba yolunun Abşeron rayonu ərazis

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsind

İran və Azərbaycan arasında Təbriz-Bakı və əks istiqamətdə hava reysl�

Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb.

Bakının Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb.

Sosial şəbəkələrdə "İlanlı qız" ləqəbi ilə tanınan müğ�

Paytaxtın Xətai rayonunda dörd çoxmərtəbəli binadan ibarət yaşayış ko

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə
