Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib FOTO


Siyasət 30 Apr 2025 14:11:00 73 0

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, "Kartaş Kimya" MMC-nin tikinti kimyəvilərinin və "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Kartaş Kimya" MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı oldu.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına ölkəmizdəki sənaye zonaları və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.

Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib.

Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır.

Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. Bu gün iki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. İndiyədək Parkın rezidentləri tərəfindən ümumilikdə təxminən 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ilin birinci rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.

Tikinti kimyəvilərinin istehsalı zavodu ilə bağlı bildirildi ki, "Kartaş Kimya" MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb.

Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Məhsul istehsalında istifadə edilən əsas xammal ölkədaxili resurslar hesabına təmin olunur. Yeni zavodun fəaliyyətə başlaması məhsul çeşidinin artırılması ilə yanaşı, daha əvvəl istehsal olunmayan məhsulların istehsalını təmin edərək idxalı əvəzləyəcək. Bununla yanaşı, məhsulların Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur.

Dövlətimizin başçısı zavodu işə saldı.

Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq.

Zavodda hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur.

Layihənin investisiya tutumu 25 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 6 milyon manat güzəştli kredit verilib. Müəssisə rezidentlərə verilən güzəştlərdən də yararlanıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak etdi.

"Az-Tex-İmport" MMC 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu müəssisənin təməli də elə həmin il dövlətimizin başçısı tərəfindən qoyulub.

Müəssisə İtaliyanın "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Zavodda istehsal ediləcək məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici bazara çıxarılması da nəzərdə tutulur. "Az-Tex-İmport" MMC də Sumqayıt Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən faydalanıb.

Ümumi investisiya dəyəri 19,2 milyon manatdan çox olan layihə Sumqayıt Kimya Sənaye Parkında 4 hektar ərazini əhatə edir.

Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək, məşğulluğun artırılmasına mühüm töhfə verəcək.

May ayında həyatı kökündən dəyişəcək 3 BÜRC  Şans qapılarını döyəcək like
  • 30 Apr 13:51  
Digərləri May ayında həyatı kökündən dəyişəcək 3 BÜRC Şans qapılarını döyəcək

Yeni ay, yeni enerjilər və sürprizlərlə gəlir. Astrologiyaya görə, xüsu

arrow Ətraflı
"Həmin insanlara görə utanıram, bu, təkcə azərbaycanlılarda var" like
  • 30 Apr 13:39  
Şou-biznes "Həmin insanlara görə utanıram, bu, təkcə azərbaycanlılarda var"

Əməkdar artist Məlahət Abbasova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
"Papa olmaq istəyərdim" like
  • 30 Apr 13:30  
Dünya "Papa olmaq istəyərdim"

ABŞ prezidenti Donald Tramp yeni Papa ilə bağlı suala yumoristik tonla cavab

arrow Ətraflı
Kino Agentliyinə Baş direktor təyin edilib like
  • 30 Apr 13:22  
Kriminal Kino Agentliyinə Baş direktor təyin edilib

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Resp

arrow Ətraflı
30 aprel  Xüsusi Təyinatlı Qüvvələrin yaranma günüdür like
  • 30 Apr 13:20  
Digərləri 30 aprel Xüsusi Təyinatlı Qüvvələrin yaranma günüdür

Azərbaycan Ordusunun strukturunda xüsusi yeri və funksiyası olan Xüsusi Tə

arrow Ətraflı
Telefonundakı proqrama görə polislər evinə basqın etdi like
  • 30 Apr 13:15  
Digərləri Telefonundakı proqrama görə polislər evinə basqın etdi

Türkiyədə 42 şəhərdə FETÖ-yə qarşı əməliyyat - 169 nəfər saxlanı

arrow Ətraflı
Başqa kişi ilə öpüşmüşdü  aktrisanın yeni sevgilisi görün kimdir? like
  • 30 Apr 13:08  
Şou-biznes Başqa kişi ilə öpüşmüşdü aktrisanın yeni sevgilisi görün kimdir?

Məşhur ukraynalı aktrisa Natalka Denisenko şəxsi həyatında dəyişiklikl�

arrow Ətraflı
Saatlıq iş rejiminə keçid kimlərin maaşını artıracaq? like
  • 30 Apr 12:57  
Digərləri Saatlıq iş rejiminə keçid kimlərin maaşını artıracaq?

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözl�

arrow Ətraflı
2042ci ilə qədər sürücülük hüququ olmayan sürücü şəhərin mərkəzində qəza törətdi like
  • 30 Apr 12:50  
Digərləri 2042ci ilə qədər sürücülük hüququ olmayan sürücü şəhərin mərkəzində qəza törətdi

Türkiyənin Kütahya şəhərində 6 dəfə sərxoş halda avtomobil idarə etd

arrow Ətraflı
Mayın ilk günü Bakıda 20 dərəcə isti olacaq like
  • 30 Apr 12:41  
Digərləri Mayın ilk günü Bakıda 20 dərəcə isti olacaq

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Avtomobil nömrə nişanları 3 hərf və 4 rəqəm kombinasiyasına keçə bilər? – AÇIQLAMA like
  • 30 Apr 12:37  
Digərləri Avtomobil nömrə nişanları 3 hərf və 4 rəqəm kombinasiyasına keçə bilər? – AÇIQLAMA

Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanları uzun illərdir möv

arrow Ətraflı
Siyasətçi restoranda yemək yeyərkən güllələndi  FOTO like
  • 30 Apr 12:28  
Dünya Siyasətçi restoranda yemək yeyərkən güllələndi FOTO

Meksikada siyasətçi Jose Luis Pereira restoranda şam edərkən güllələnib

arrow Ətraflı
İkiqat zərbə: İran hədəfdə like
  • 30 Apr 12:11  
Siyasət İkiqat zərbə: İran hədəfdə

2025-ci ilin baharı tarixi dönüş nöqtəsinə çevrilə bilər - bu, ABŞ v�

arrow Ətraflı
Azərbaycanda bu maşınlar sıradan çıxır  SİYAHI like
  • 30 Apr 12:04  
Digərləri Azərbaycanda bu maşınlar sıradan çıxır SİYAHI

Azərbaycanda tez-tez rast gəlinən bir sıra avtomobil modelləri yavaş-yava�

arrow Ətraflı