2042ci ilə qədər sürücülük hüququ olmayan sürücü şəhərin mərkəzində qəza törətdi
Digərləri 30 Apr 2025 12:50:00 78 0
Türkiyənin Kütahya şəhərində 6 dəfə sərxoş halda avtomobil idarə etdiyi üçün 2042-ci ilə qədər sürücülük hüququ əlindən alınan şəxs bu dəfə park halında olan avtobusa çırpılıb və xəsarət alıb. Hadisə ilə bağlı həm inzibati, həm də cinayət işi açılıb.
Son.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Kütahya şəhərinin Mərkəz rayonundakı Meydan məhəlləsində baş verib.
Belə ki, İ.A. idarə etdiyi avtomobilin sükanına nəzarəti itirərək dayanmış vəziyyətdə olan şəhər avtobusuna çırpılıb.
Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb olunub. İlkin tibbi müdaxilədən sonra İ.A. Kütahya Şəhər Xəstəxanasına aparılıb. Müalicədən sonra isə ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.
2042-ci ilə qədər sürücülük hüququ yox idi
Yoxlama zamanı məlum olub ki, İ.A. bundan əvvəl 6 dəfə sərxoş halda sükan arxasında yaxalanıb və bu səbəbdən sürücülük vəsiqəsi 2042-ci ilə qədər alınıb. O, 2023-cü ildə də polisə "dur" əmrinə tabe olmadığına görə təqib edilərək saxlanılmış və polislərə müqavimət göstərdiyi üçün bir müddət həbsdə qalmışdı.
Son hadisəyə görə İ.A.-ya sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün 18 min TL (təqribən 794 azn) məbləğində inzibati cərimə tətbiq olunub. Bundan əlavə, onun barəsində cinayət işi də açılıb.
Kənan Son.az
Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanları uzun illərdir möv

Meksikada siyasətçi Jose Luis Pereira restoranda şam edərkən güllələnib

Azərbaycanda yaşanan hadisə diqqət çəkib.

2025-ci ilin baharı tarixi dönüş nöqtəsinə çevrilə bilər - bu, ABŞ v�

Azərbaycanda tez-tez rast gəlinən bir sıra avtomobil modelləri yavaş-yava�

Mobil versiyada mövcud olan səsli və video zəng funksiyası artıq "Wha

Məşhur rok qrupu "The Alarm"ın solisti Mayk Peters 66 yaşında v

İranın Bəndər-Əbbas şəhərindəki Şəhid Rəcai limanı üzərində tüs

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayo

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzib

Bakının Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsi kimi tan�

"Hindistan qarşıdakı 24-36 saat ərzində Pakistana qarşı hərbi hücu

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik
