Sosial media abituriyent üçün həmişə zərərlidir...?
Digərləri 26 Apr 2025 23:47:00 65 0
İllərdir sosial şəbəkələrin və mobil telefonların abituriyentlərə mənfi təsir etdiyi barədə fikirlər səsləndirilir. Bir çox mütəxəssislər hesab edir ki, bu texnologiyalar diqqət dağınıqlığına və vaxt itkisinə səbəb olur.
Bu xəbəri də oxu: Aİ 92 ilə problemsiz işləyən maşınlar SİYAHI
Lakin bəzi ekspertlər düşünür ki, düzgün istifadə olunduqda sosial şəbəkələr və mobil tətbiqlər abituriyentlərin təhsilinə müsbət təsir göstərə bilər. Məsələn, onlayn dərslər, sınaq imtahanları və tədris platformaları abituriyentlər üçün əlavə bilik mənbəyinə çevrilib.
Sosial şəbəkələrdəki təhsil qrupları və müzakirə forumları tələbələrin motivasiyasını artırır. Eyni zamanda, mobil proqramlar vasitəsilə abituriyentlər vaxtlarını daha səmərəli planlaya bilirlər.
Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyevin sözlərinə görə, sosial medianın istifadəsi birbaşa mənfi təsir edir deyə bir şey yoxdur:
"Sosial medianın idrak etmədən, məqsədsiz istifadəsi zərərlidir. Yoxsa sosial medianın məqsədli istifadəsi hətta uşağa müsbət təsir edə bilər. Məsələn onun üçün motivasiya ola bilər. Uşaq hansısa "podcast"lar çəkir, təhsildə aldığı bilikləri bu şəkildə yoldaşları ilə paylaşır və təqdir görürsə, bu onun motivasiyasına səbəb olur. Bu sosial medianın müsbət tərəfidir".
Müsahibimiz qeyd edib ki, sosial medianın əsas zərərli tərəfi "scrolling", yəni sürüşdürmədir:
"Uşaq saatlarla sürüşdürərək paylaşımları izləyirsə, bu zərərlidir, çünki uşağın vaxtı səmərəsiz keçir. Amma sosial mediada hansısa uşaq kontent yaradırsa, digər insanların maariflənməsinə səbəb olursa, özünü reallaşdırırsa, yaxud oradan nəsə öyrənirsə, bu müsbət təsir edir. Bizim valideynlərə dediyimiz odur ki, uşaqlarınız sosial mediadan istifadə etdiyi zaman nədən istifadə etdiyinə baxın. Bunu nəzarətdə saxlamaq lazımdır. Məsələn, 300 bal toplayan bir şagirdimiz deyir ki, ümumiyyətlə sosial mediadan və telefondan istifadə etməyib. Belə nümunələr də var. Məsələni qoymaqla ki, sosial media zərərdir, valideynlər bunu düzgün anlamır".
"Gələcəyin bacarıqlarına baxanda əsas bacarıqlar süni intellektdən istifadədir, proqramlaşdırma və kodlaşdırmanı bilməkdir, avtomatlaşdırmanı anlamaqdır. Bunlar isə virtual dünyaya qoşulmadan mümkün olası bir şey deyil. Bunu hazırda nə məktəbdə öyrədirlər, nə də bir yerdə danışılır. Uşaq bunu haradan öyrənəcək?! Virtual aləmdən, rəqəmsal dünyadan, sosial medidadan öyrənəcək. Ona görə də informasiya ötürəndə ehtiyatlı olmaq lazımdır. Valideynlər ötürülən fikri yanlış anlayıb tamamilə uşaqları bu sistemdən kənaşlaşdıra bilir. ABŞ-də birinci sinifdən uşaqlar virtual aləmlə tanış olur, alqoritm qururlar. Bizim məntiqimizlə baxsaq o uşaqların heç bir uğurlu nəticəsi olmamalıdır. Amma görürük ki, heç də elə deyil" - R.Dünyamalıyev bildirib. Son.az
Xəbərə aid video
Xalq artisti Naibə Allahverdiyeva qardaşı Arifin vəfatından danışıb.

Azərbaycanda uzun müddətdir plastik cərrahların fəaliyyəti ilə bağlı a

Aparıcı Elgiz Əkbər açıqlaması ilə müzakirə yaradıb.

Önümüzdəki günlərdə bürcün üç əlaməti münaqişənin mərkəzində

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerik

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəisi general-leyte

Türkiyəni İstanbul şəhərində aprelin 23-də baş verən 6.2 bal gücünd�

Əgər həyatınızda bəlaya və təhlükəyə yer vermək istəmirsinizsə, bu

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Söz�

"İlk dəfə Hüseyn Dəryanın adını Anar Nağılbazın yaratdığı mə

Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər yenilənmə dövr

Azərbaycanda 2024-cü ildə keçirilmiş qəbul imtahanlarının nəticələrin

Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının mənimsəmədə ittih

Harvard Universitetinin doktorantı Nik Norvits bir ay ərzində hər gün 24 yu
