Siyahıda olmayan plastik cərrahlar məhkəməyə üz tutacaq?
Digərləri 26 Apr 2025 23:08:00 73 0
Azərbaycanda uzun müddətdir plastik cərrahların fəaliyyəti ilə bağlı aparılan rəsmi araşdırma ötən həftə yekunlaşıb. Rəsmi məlumatda bildirilir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Araşdırmanın nəticəsində yalnız 42 nəfər plastik cərrahın fəaliyyətinə rəsmi icazə verilib.
Bu xəbəri də oxu: Sosial media abituriyent üçün həmişə zərərlidir...?
Bu açıqlama plastik cərrahiyyə sahəsində çalışanların sayının əhəmiyyətli dərəcədə azaldığını göstərir. Mütəxəssislər bildirir ki, bu qərar həm pasiyentlərin təhlükəsizliyi baxımından müsbət addımdır, həm də qeyri-leqal və savadsız müdaxilələrin qarşısını almağa yönəlib.
Rəsmi açıqlamada bildirilib ki, Siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər. Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər. Sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər.
Modern.az-a açıqlamasında Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli bildirib ki, Təftiş Komissiyası çox nüansları yoxlayıb, hansı meyarlar lazım idisə onlar dəqiqləşdirilib.
"Adı siyahıda olmayan şəxslərin məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərlərdən məlumatlı deyiləm. Təftiş Komissiyasına daxil olan qurumlardan biri də Elm və Təhsil Nazirliyidir. ETN tərəfindən cərrahların təhsil aldığı təhsil müəssisələrinin qeydləri istənildi. Həmin şəxslərin neçə il, necə təhsil alması ilə bağlı ətraflı məlumat əldə edildi. Digər qurumlar tərəfindən də fəaliyyətləri yoxlanıldı. Bütün bunlardan sonra qərara gəlindi ki, bu sahənin 42 nəfər mütəxəssissi var. Səhiyyə Nazirliyinin səhifəsində də müvafiq açıqlama verilib. Mən də daxil olmaqla bütün plastik cərrahlar yoxlanıldı. Bu prosesdən narazı qalanlar da var. Amma hər kəs öz içində bilir ki, bu sahədə mütəxəssisdir, yoxsa yox. Ona görə də inanmıram ki, kimsə məhkəməyə müraciət etsin. Çünki bu yoxlamalar yüksək səviyyədə aparıldı" - V.Qələndərli qeyd edib. Son.az
Aparıcı Elgiz Əkbər açıqlaması ilə müzakirə yaradıb.

Önümüzdəki günlərdə bürcün üç əlaməti münaqişənin mərkəzində

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerik

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəisi general-leyte

Türkiyəni İstanbul şəhərində aprelin 23-də baş verən 6.2 bal gücünd�

Əgər həyatınızda bəlaya və təhlükəyə yer vermək istəmirsinizsə, bu

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Söz�

"İlk dəfə Hüseyn Dəryanın adını Anar Nağılbazın yaratdığı mə

Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər yenilənmə dövr

Azərbaycanda 2024-cü ildə keçirilmiş qəbul imtahanlarının nəticələrin

Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının mənimsəmədə ittih

Harvard Universitetinin doktorantı Nik Norvits bir ay ərzində hər gün 24 yu

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəb�
