Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK
Digərləri 26 Apr 2025 17:39:00 69 0
Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.
Bu xəbəri də oxu: İnsanların cinsi münasibət zamanı və ya sonra dünyasını dəyişməsinin 6 ümumi səbəbi
2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqına 10%, 17 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Bu il təxminən 27 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb ediləcəyi gözlənilir.
Qeyd edək ki, məktəblərdə fiziki tərbiyə fənninə olan münasibət və müəllimlərin peşəkarlıq səviyyəsi yenidən gündəmə gəlib. Uzun illərdir ki, bu sahəyə barmaqarası yanaşma, dərslərin formal keçirilməsi və müəllimlərin qeyri-peşəkar fəaliyyəti valideyn və şagirdlərin narazılığına səbəb olur. Təhsil ekspertləri dəfələrlə bu məsələyə diqqət çəkib.
Artıq yaxın gələcəkdə fiziki tərbiyə müəllimlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır.
Son.az xəbər verir ki, modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə bildirib ki, zaman-zaman ölkəmizdə pedaqoji fəaliyyətlə məşğul olan işçilər arasında sertifikatlaşmanın həyata keçirilməsi nəzərdə tutulur:
"Qeyd etmək lazımdır ki, sertifikatlaşma dünyanın əksər ölkələrində həyata keçirilir. Müəllimin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi iki mərhələdə (test və müsahibə) həyata keçirilir. Sertifikatlaşma prosesinə hazırlaşan müəllimlər müxtəlif ədəbiyyatlarla tanış olarlar. İnternet resursları müəllimin özünütəhsil imkanlarını artırıb. Öyrəndikləri məsələlərlə bağlı müəllimlər bir-biri ilə fikir mübadiləsinə daxil olurlar. Bunu sertifikatlaşma prosesinə hazırlığın daha mühüm tərkib hissəsi kimi dəyərləndirmək lazımdır. Fikir mübadiləsi həmçinin müəllimlərin müxtəlif təcrübələri bir-birindən öyrənməsi deməkdir. Bu yollarla müəllimlərin öz bilik və bacarıqlarını təkmilləşdirməsi onların daha səriştəli fəaliyyət göstərməsi üçün böyük imkanlar açır".
Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

Bu həftəsonu - 26-27 aprel tarixlərində göy üzü enerjilərlə doludur.

Ağciyər Xəstəlikləri Mərkəzinin Salyan Regional Xəstəxanasına yeni ba�

Zeytun yağı süfrələrimizdə mühüm rol oynayan və bir çox yeməyin hazı

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşl

Metro çıxışlarında, hərəkət intensivliyi olan yerlərdə hisə verilmiş

"Övladlarımla danışanda deyirəm ki, mən olmayanda icazə vermə qarda

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin m

Hesablama Palatasının apardığı audit nəticəsində məlum olub ki, Dövlə

Cənubi Asiya - onsuz da uzunmüddətli münaqişələrlə yadda qalan bir regio

Dünyada milyonlarla insanı təsir edən malyariya xəstəliyi, xüsusilə trop

Dünən Rusiya ərazisində Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatı zərə

Səbinə Seyfullayeva son zamanlar həyat hekayəsi ilə diqqət çəkib. 28 ya�

İzmir şəhərində açıq ərazidə Cümə namazı qılan vətəndaşlarla avt

23 aprel tarixində İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən so
