"OpenAI" "Google Chrome"u almağa hazırdır TƏFƏRRÜATLAR
Digərləri 24 Apr 2025 09:25:00 62 0
"ChatGPT"nin yaradıcısı olan "OpenAI" şirkəti, əgər federal məhkəmə "Google Chrome" brauzerinin məcburi satışına qərar versə, onu almağa hazır olduğunu bildirib.
Bu xəbəri də oxu: İstanbulda zəlzələ oldu
Son.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlum olanlar
ABŞ Ədliyyə Nazirliyi "Google"a qarşı aparılan antitrest işi çərçivəsində "OpenAI"nin məhsul rəhbəri Nik Törlini ifadə verməyə çağırıb. Törli bildirib ki, hazırda "ChatGPT" üçün "Chrome" uzantısı mövcuddur, lakin daha dərin inteqrasiya nəticəsində məhsulun keyfiyyəti əhəmiyyətli dərəcədə arta bilər.
Onun sözlərinə görə, baxmayaraq ki, "ChatGPT" artıq "Apple" "iPhone"larına inteqrasiya olunmaq üçün razılıq əldə edib, "Android" smartfon istehsalçıları ilə danışıqlarda çətinliklərlə üzləşiblər.
"Google"un üstünlüyü və bazar nəzarəti
Törli həmçinin vurğulayıb ki, "Google" yanvar ayından etibarən "Samsung" ilə müqavilə bağlayaraq onun süni intellekt xidməti olan "Gemini"nin smartfonlara əvvəlcədən quraşdırılması üçün ödənişlər etməyə başlayıb. Bu razılaşma formal olaraq digər şirkətlərlə əməkdaşlığı qadağan etməsə də, "OpenAI" bu danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə etməyib.
Onun sözlərinə görə, "Google" kimi böyük texnoloji nəhənglər əsas platformalar - brauzerlər və axtarış sistemləri üzərində nəzarəti ələ almaqla bazarı qapada və istifadəçilərin seçim azadlığını məhdudlaşdıra bilər.
"OpenAI"ın xəbərdarlığı
"OpenAI" hesab edir ki, "Chrome" brauzerinin məcburi satışı ehtimalı istehlakçılara zərər verə və ABŞ-nin qlobal texnologiya yarışında mövqeyini zəiflədə bilər.
Kənan Son.az
Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tər

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

"Amazon"un qurucusu Ceff Bezosun sahibi olduğu "Blue Origin"

"Rusiya tərəfi ilə keçmiş prezident Bəşər Əsədin Suriyaya təhvil

"Biz hər məclisimizi, səfərimizi sosial şəbəkədə paylaşmırıq. B

ABŞ administrasiyası hesab edir ki, Volodimir Zelenski Ukraynada sülhə doğr

Amerikanın texnologiya nəhəngi "Intel" bu həftə əməkdaşların�

Son vaxtlar vətəndaşların adlarına onların xəbəri olmadan onlayn kredit

Türkiyənin Batman vilayətinin Sason rayonunda dağlardan toplanan təbii &quo

İsti havalarda bir çox valideynlər körpələrini günəşdən qorumaq məqs�

Son illərdə fitnes dünyasında ayaqqabısız məşqlər - istər yoqa, istər

Astrologiyada hər bürcün özünəməxsus xüsusiyyətləri var, amma bəzi b�

Market rəflərində asanlıqla tapılan kanola yağı haqqında fikir ayrılıq

"Instagram" video yaradıcıları üçün nəzərdə tutulan yeni mont
