Bu kommunal xidmətin qiyməti dəyişir
Digərləri 23 Apr 2025 23:29:00 47 0
Azərbaycanın istilik təchizatı sektorunda qiymətlər (tariflər) istilik təchizatı subyektlərinin əsaslandırılmış xərclərini tam ödəməklə, həmin sektorun inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır.
Bu xəbəri də oxu: Zaur Kərimov vəzifəsindən getdi
Son.az Report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, istilik təchizatı sektorunda qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların qiymətləri "Tənzimlənən qiymətlər haqqında" Qanuna uyğun olaraq tənzimlənəcək.
Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisna olmaqla istilik təchizatı sektorunda təqdim olunan qiymətləri tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən ediləcək. Tənzimləyici bu qiymətləri monitorinq edəcək.
Təbii inhisar subyektləri tərəfindən təqdim edilən tarifləri tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) Rəqabət Məcəlləsinin 39.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla təbii inhisar subyektinin özü tərəfindən müəyyən olunacaq.
İstilik təchizatı sektorunda qiymətlərin müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu qanunda nəzərdə tutulan qaydaya uyğun olaraq hesablanacaq (Bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək).
İstilik enerjisinin istehsalçıları, paylayıcıları və satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Bu tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum ilə razılaşdırmaqla müvafiq orqan tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun hesabına köçürüləcək.
2028-ci il iyulun 1-dək istilik təchizatı sektorunda qiymətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən tənzimlənəcək. Son.az
"Əgər Krım ona (Zelenskiyə) lazımdırsa, niyə onun uğrunda mübariz�

Mingəçevirdə qadın boşqabla ərinin başını yarıb.

Dünyaca məşhur müğənni Cennifer Lopez Səudiyyə Ərəbistanında keçiril

Ayağına prosedur etdirən paytaxt sakini Zarina Minkovskaya aylardır ki, irin

Astrologiya ekspertləri deyirlər ki, bürcünüz hətta maliyyə vərdişləri

İstanbuldakı zəlzələ zamanı qeyri-adi hal yaşanıb. Son.az xəbər ve

Son illərdə dünya iqtisadiyyatında müşahidə olunan dəyişikliklər fonun

Bu gün İstanbulun Silivri sahillərində 6,2 bal gücündə baş verən zəlz�

İrəvandakı Respublika meydanında Osmanlı İmperiyasında qondarma "erm

Quba rayonunun Kardaş kəndində illərdir mövcud olan körpü problemi hələ

Bu gün Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələdən

Məşhur türkiyəli aktrisa və müğənni Hülya Avşar görüntüsü ilə g�

Aprelin 23-də Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin Vitse-
