Bugünkü zəlzələni əvvəlcədən təxmin edən professordan yeni açıqlama
Digərləri 23 Apr 2025 22:00:00 64 0
Bu gün İstanbulun Silivri sahillərində 6,2 bal gücündə baş verən zəlzələ böyük təşvişə səbəb oldu. Hadisədən bir neçə gün əvvəl CGTN Türk YouTube kanalında danışan Prof. Dr. Şener Üşümezsoy, "Kumburqaz və Silivridə 6.0-6.5 bal gücündə zəlzələ ola bilər" sözlərini demişdi.
Bu xəbəri də oxu: Kəlbəcərdə ağır qəza ölən var
Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prof. Dr. Şener Üşümezsoy yeni zəlzələ ehtimalı ilə bağlı danışıb:
"Silivri ilə Kumburqaz arasında uzanan fayın İstanbul içərisində davamı yoxdur. Kumburqaz-Silivri çökəklik zonasında 6,2 bal gücündə zəlzələ riski var. Nə vaxt baş verəcəyi bilinmir, amma Şimal Anadolu Fayı ilə məşğul olanların çoxu qarşıdakı 10 ildə 6,5 bal gücündə zəlzələ gözləyir. Marmara dənizindəki aktiv hissə 150 km-dir, amma bəzi mütəxəssislər 400 km-lik zəlzələ proqnozlaşdırır."
Üşümezsoy həmçinin Elm Şurası üzvlərini sərt tənqid edərək aşağıdakı fikirləri səsləndirib:
"Hamı 6 fevralda 'Marmara dağılacaq' deyə ağlayırdı, mən bunlara fikir vermədim. Deyirdilər ki, '2 il içində Marmara boyunca fay qırılacaq', amma mən dedim ki, 1999-cu ildə bu faylar artıq qırılıb. 'Silivri və Kumburqaz fay çökəklikləri 6,2 bal gücündə zəlzələ verə bilər' - və bu gün məhz həmin ərazidə zəlzələ oldu."
"İstanbuldan çıxın" deyirdilər. 6 fevralda Adanadan keçən bir faydan danışırdılar, halbuki o fay Antakyadan keçir. İstanbul üçün hazırlanmış ssenarilərdə Adalardan başlayan fay xətti göstərirlər - amma bu mexanizmanı bilmədikləri üçün bu cür danışırlar."
Üşümezsoyun sözlərinə görə, İstanbulda tez-tez gündəmə gətirilən "böyük zəlzələ" ssenariləri elmi əsasdan çox uzaqdır və mediyada yer alan bəzi mütəxəssislər cəmiyyətə yanlış mesajlar verir.
Onun fikrincə, bugünkü zəlzələ elmi analiz və müşahidəyə əsaslanaraq əvvəlcədən proqnozlaşdırıla biləcək bir hadisə idi - lakin rəsmi qurumlar bu ehtimalı görməzdən gəldilər. Lalə Qüdrətova Son.az
İrəvandakı Respublika meydanında Osmanlı İmperiyasında qondarma "erm

Quba rayonunun Kardaş kəndində illərdir mövcud olan körpü problemi hələ

Bu gün Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələdən

Məşhur türkiyəli aktrisa və müğənni Hülya Avşar görüntüsü ilə g�

Aprelin 23-də Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin Vitse-

Cəlilabadın Mikayıllı, Xanəgah Türkelli kəndlərini birləşdirən yol b�

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazi

Səudiyyə Ərəbistanı Həcc mövsümündə təhlükəsizliyi təmin etmək m�

Rusiya lideri Putinin sevgilisi olduğu iddia edilən gimnast Alina Kabayevadan

"Bu günlərdə Erməni Apostol Kiləsi və əsas hədəfi guya mədəni ir

Lefkoşadakı İrsen Küçük orta məktəbində hicablı qız şagirdin məktə

Yeni ildən 4 ay keçib, amma "Ford" artıq 40 fərqli geri çağırm
