Avtobus zolağına daxil olan sürücülərə
Digərləri 23 Apr 2025 18:19:00 80 0
Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq edilib.
Bu xəbəri də oxu: Albaniyada tutulan Elşən Salmanov Azərbaycana gətiriləcək
Son.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt ərazisində yerləşən avtobus zolaqlarında ümumi istifadədə olan nəqliyyat vasitələrinin - avtobusların fasiləsiz, intensiv və təhlükəsiz hərəkətinin təşkili məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik işlər davam etdirilir.
"Sərnişinlərin marşrutlar üzrə hərəkətinə maneə yaradan avtomobillər müəyyən olunaraq barələrində inzibati tədbirlər görülür. Zolaqlar üzrə hərəkət üstünlüyünə malik avtobuslarda olan vətəndaşları gecikdirən halların aradan qaldırılması üzrə inzibati tənbeh tədbirləri ilə yanaşı təbliğat-maarifləndirmə işi təşkil olunub.
Tədbirlərdə avtobus zolağına daxil olaraq ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülər saxlanılır, onlarla profilaktik söhbətlər aparılır və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir. Etdikləri qanun pozuntusunun digər vətəndaşlarımıza yaratdığı çətinliklər izah olunmaqla bu halın yüzlərlə vətəndaşın gecikməsinə və hərəkət intensivliyinə təsir etdiyi onların diqqətinə çatdırılır.
Bir daha vurğulayırıq ki, ictimai nəqliyyatdan istifadə edən şəxslərə hörmətlə yanaşılmalıdır. Qaydalara əməl etmək şəhərin nəqliyyat şəbəkəsində hər bir sürücünün əsas vərdişi, davranışı və intizamı olmalıdır",- deyə əlavə edilib. Son.az
Türkiyədəki zəlzələyə görə məktəb və universitetlərdə iki günlük

Xəstəlik, xəsarət, hamiləlik və doğum səbəbilə əmək qabiliyyətinin

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Şirvan Regional Reklam İda

Aaprelin 20-də axşam saatlarında, ABŞ-nin Daxili Təhlükəsizlik Katibi Kri

28 aprel Gürcü çoxsəsli musiqisi Bakıdadır! İlk dəfə Opera Studiyasın�

Sabah saat 09:00-dan Abşeron rayonunun bir hissəsində qaz təchizatı dayand�

Çinin elektrikli avtomobil nəhəngi BYD, artıq elektrikli nəqliyyat vasitəl

Rusiyanın paytaxtında yerləşən "Moskva City" biznes mərkəzində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiy

Xəbər verdiyimiz kimi, aprelin 21-də Roma Papası Fransiski vəfat edib.

Əməkdar artist Nüşabə Ələsgərli toy məclislərində əllərində veril�

1997-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Savlatov Sotim
