Qiyamət yaxınlaşır? Müqəddəs Malaxiyanın 2027ci il haqqında QORXUNC PROQNOZU


Dünya 22 Apr 2025 16:07:00 62 0

Qiyamət yaxınlaşır?  Müqəddəs Malaxiyanın 2027ci il haqqında QORXUNC PROQNOZU

Aprelin 21-də, 88 yaşında, Vatikanın Santa Marta qonaq evində vəfat edən Roma Papası I Fransiskin ölümü ilə birlikdə qədim bir proqnoz yenidən müzakirə mövzusuna çevrilib.

900 il əvvəl yazıldığı bildirilən və Müqəddəs Malaxiyaya aid edilən bu sənəd, insanlığı qiyamətə aparacaq son dövrlər haqqında xəbərdarlıq edir.

Müqəddəs Malaxiyanın proqnozu nədir?

XIII əsrdə İrlandiyalı Arma yepiskopu Müqəddəs Malaxiya mistik bir vəhy aldığını iddia edir. Bu vəhydə o, Papa II Selestinlə başlayan və sonuncu ilə bitən 112 Roma papasının gələcəyini gördüyünü deyib. Hər bir papa qısa və simvolik latınca ifadələrlə təsvir edilib.

Siyahının sonuncusu "Petrus Romanus" - "Roma Petrusu" adlandırılır.

Proqnoza görə, bu şəxsin pontifikat dövründə belə bir sətir yer alır:

"Müqəddəs Roma Kilsəsinin son təqibi zamanı Petrus Romanus xalqını çoxlu əzablar içində idarə edəcək. Bundan sonra isə yeddi təpə üzərində qurulan şəhər (Roma) məhv ediləcək və Dəhşətli Hakim insanları mühakimə edəcək".

Bu proqnoz sənədi ilk dəfə 1595-ci ildə benedikt monaxı Arnold de Wyon tərəfindən çap edilib. 2024-cü ildə isə Papa Sixtus V (1585-1590) haqqında yayımlanan sənədli filmdə bu mətnə yenidən diqqət çəkilib. İddialara görə, qiyamət bu dövrün 442 il sonra, yəni 2027-ci ildə baş verəcəyi ilə əlaqələndirilir.

Papa Fransisk "Roma Petrusu" idimi?

Fransisk bu siyahıdakı 112-ci papadır. Adı "Petrus" olmasa da, Assisili Müqəddəs Fransiskin adını daşıması və bu şəxsin mistik rəmzlərlə əlaqələndirilməsi bir çox yozumlara səbəb olub.

Papa Fransiskin iqlim dəyişikliyi, kilsənin gələcəyi və mənəvi böhranla bağlı cəsarətli çıxışları da bu narahat fikirləri daha da gücləndirib. Bəziləri hesab edir ki, o, doğrudan da proqnozda qeyd olunan son papadır, digərləri isə onun yerinə gələcək papanın "Petrus Romanus" olacağını düşünür.

Qiyamət, yoxsa bir dövrün sonu?

Müasir tarixçilər və teoloqlar arasında geniş yayılmış fikir ondan ibarətdir ki, proqnoz simvolik xarakter daşıyır və bəşəriyyətin və ya Kilsənin bir dövrünün sonunu ifadə edir. Bu baxımdan Papa Fransiskin ölümü, qiyamət deyil, Katolik Kilsəsinin tarixi bir mərhələsinin başa çatması kimi də yozula bilər.

Proqnozlardaki təsadüflər və şübhələr

Tarixçilər qeyd edirlər ki, ilk 74 papaya aid proqnozlar olduqca dəqiq təsvir olunub. Lakin sonrakı qeydlər daha mücərrəd və qeyri-müəyyən xarakter daşıyır. Bəzi mütəxəssislər sənədin sonradan saxtalaşdırıldığını və ya davam etdirildiyini düşünür.

Buna baxmayaraq, təsadüflər bəzən şübhə doğuracaq qədər diqqətçəkici olur:

"Gloria Olivae" (Zeytun Şöhrəti) - Papa XVI Benediktə aid edilir, çünki Benedikt ordeni zeytun budaqları ilə simvollaşdırılır.

"De labore Solis" (Günəşin zəhmətindən) - Papa II İoann Pavelin günəş tutulmasında doğulması ilə əlaqələndirilir.

"Peregrinus Apostolicus" (Həvari səyyah) - Səfərləri ilə tanınan Papa VI Pavlə aid edilir.

Qeyd edək ki, bu, dünyanın sonunu xəbər verən yeganə mənbə deyil. Bibliyada da Vəhy Kitabı bu haqda bəhs edir. Bəzi təfsirçilər bu kitabda pilotsuz uçan aparatlar, robotlar və nüvə partlayışlarına işarə edildiyini iddia edirlər.

Rəsmi mövqe nədir?

Vatikan isə Müqəddəs Malaxiyanın proqnozunu rəsmi olaraq qəbul etmir və sənədin XVI əsrdə siyasi məqsədlərlə yazıldığını bildirir. Bununla belə, real papalarla uyğunluq göstərən təsvirlər bu iddianı şübhə altına salır.

Mənbələr: Catholic Encyclopedia, Vatican News, National Catholic Reporter, "Prophecies of St. Malachy" (T. W. Coogan, 1994), Daily Mail

Kənan Son.az

Ramin Şükürov korrupsiya cinayətlərinə görə həbs edildi like
  • 22 Apr 16:03  
Digərləri Ramin Şükürov korrupsiya cinayətlərinə görə həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xə

arrow Ətraflı
Avropanın mərkəzində qalmaqallı görüntü  FOTO like
  • 22 Apr 16:00  
Dünya Avropanın mərkəzində qalmaqallı görüntü FOTO

İsveçin paytaxtı Stokholmda naməlum şəxslər tərəfindən Adolf Hitlerin

arrow Ətraflı
Prezident İlham Əliyev Çinə səfər etdi like
  • 22 Apr 15:52  
Siyasət Prezident İlham Əliyev Çinə səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq

arrow Ətraflı
Siqareti tərgitmək istəyirsiz?  Mütəxəssisdən sadə, amma effektiv üsul like
  • 22 Apr 15:50  
Digərləri Siqareti tərgitmək istəyirsiz? Mütəxəssisdən sadə, amma effektiv üsul

Nikotin asılılığı alkoqol və digər psixoaktiv maddələrə asılılıqla

arrow Ətraflı
Mərdəkanda “Açıq səma altında” adlı plener baş tutdu  FOTO like
  • 22 Apr 15:37  
Kriminal Mərdəkanda “Açıq səma altında” adlı plener baş tutdu FOTO

19 aprel 2025-ci il tarixində Arts Council Azerbaijan təşkilatının Mərdək

arrow Ətraflı
Türkiyədə simit 15 manata satılır  FOTO like
  • 22 Apr 15:30  
Digərləri Türkiyədə simit 15 manata satılır FOTO

Sabiha Gökçen Hava Limanındakı kafelərin birində satılan simit arası pe

arrow Ətraflı
Azərbaycanda repetitorluq dövrü BAŞA ÇATIR like
  • 22 Apr 15:21  
Digərləri Azərbaycanda repetitorluq dövrü BAŞA ÇATIR

Azərbaycanda buraxılış imtahanlarının nəticələri geniş müzakirə olun

arrow Ətraflı
Məşhur aktrisa həmcinsi ilə evləndi like
  • 22 Apr 15:16  
Şou-biznes Məşhur aktrisa həmcinsi ilə evləndi

"Alatoranlıq" (Twilight) film seriyasında Bella rolu ilə tanınan a

arrow Ətraflı
Putin Papanın dəfninə gedəcək? like
  • 22 Apr 15:10  
Dünya Putin Papanın dəfninə gedəcək?

Xəbər verdiyimiz kimi, şənbə günü, aprelin 26-da, Vatikanın Müqəddəs

arrow Ətraflı
Dəm qazına qurban gedən ailə  Artıq heç biri yoxdur like
  • 22 Apr 14:47  
Digərləri Dəm qazına qurban gedən ailə Artıq heç biri yoxdur

Ötən gün Tərtərdə dəm qazının qurbanı olanın ailənin fotoları yayı

arrow Ətraflı
Metroda düyməni basanlar cərimələnəcək  AÇIQLAMA like
  • 22 Apr 14:38  
Digərləri Metroda düyməni basanlar cərimələnəcək AÇIQLAMA

Metro gündəlik olaraq bir çoxumuzun istifadə etdiyi nəqliyyat vasitəsidir.

arrow Ətraflı
Qızıl rekord səviyyədə bahalaşdı like
  • 22 Apr 14:29  
Dünya Qızıl rekord səviyyədə bahalaşdı

Qızıl yeni rekord səviyyəyə çatıb. ABŞ iqtisadiyyatında baş verən son

arrow Ətraflı
Spiker parlamentdəki bu təklifə etiraz etdi  "Siz nə danışırsınız?” like
  • 22 Apr 14:17  
Digərləri Spiker parlamentdəki bu təklifə etiraz etdi "Siz nə danışırsınız?”

Tarixi və mədəni abidələrin bərpasının iş adamlarına həvalə edilməs

arrow Ətraflı
Mina partlayışında xəsarət almış şəxslər Vardanyanın məhkəməsinə gəldilər like
  • 22 Apr 14:10  
Siyasət Mina partlayışında xəsarət almış şəxslər Vardanyanın məhkəməsinə gəldilər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı