Siqareti tərgitmək istəyirsiz? Mütəxəssisdən sadə, amma effektiv üsul


Digərləri 22 Apr 2025 15:50:00 72 0

Siqareti tərgitmək istəyirsiz?  Mütəxəssisdən sadə, amma effektiv üsul

Nikotin asılılığı alkoqol və digər psixoaktiv maddələrə asılılıqla oxşardır, lakin ondan qurtulmaq daha asan ola bilər.

Son.az xəbər verir ki, ukraynalı psixiatr və asılılıq üzrə mütəxəssis Yevhen Skrypnyk RBC-Ukraynaya verdiyi müsahibədə siqareti tərgitməyin yollarından danışıb.

Tərgitmək üçün ən güclü motivasiya nədir?

Həkimin sözlərinə görə, siqaretin uzunmüddətli istifadəsinin fəsadlarını göstərən qorxuducu şəkillər insanın siqaret çəkib-çəkməməsi qərarına ciddi təsir göstərmir. Əvəzində maliyyə tərəfi daha güclü motivasiya rolunu oynayır.

"Cibinə təsir etdiyi zaman, insan istədiyini ala bilməyəndə bu, daha təsirli olur. Xaricdə siqaret bizdə olduğundan qat-qat bahadır və orada siqaret çəkənlərin sayı da azdır", - deyə mütəxəssis bildirib.

Əgər siqareti tərgitmək istəyirsiniz, lakin uğur qazana bilməmisinizsə, əvvəlcə bir ayda və bir ildə siqaretə nə qədər pul xərclədiyinizi hesablayın. Sonra çoxdan almaq və ya etmək istədiyiniz bir şeyi düşünün. Siqaretə xərclədiyiniz pul, əslində, bu arzularınızı reallaşdırmağa sərf oluna bilər.

Siqareti necə tərgitmək olar?

Mütəxəssis bildirir ki, siqareti tərgitmək üçün bunu ani şəkildə etmək və dopamin və ya rahatlıq verən alternativlər tapmaq vacibdir.

"Bu, digər asılılıqlarla iş prinsipinə bənzəyir. Fikrimizi başqa fəaliyyətlərə yönəltməliyik. Haradasa işləyirsinizsə - daha çox çalışın. Siqaret istəyəndə, diqqətinizi yayındırın. Məsələn, 20 dəfə jim edin, sevdiklərinizlə danışın - bir sözlə, daha çox zövq verən və sizə fayda gətirəcək başqa şeylər tapın", - deyə o, tövsiyə edir.

Nikotin əvəzedici plastırlar da istifadə edilə bilər. Bundan əlavə, Bupropion adlı dərman, ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiq olunub və nikotin asılılığının müalicəsində istifadə olunur.

Siqareti tərgitdikdən sonrakı ilk iki həftədə əsəbilik, narahatlıq və yuxu pozğunluğu kimi əlamətlər yarana bilər, lakin bu hal müvəqqətidir. Əsas məsələ - təslim olmamaqdır.

"İki həftə keçir, insan dözür və sonra düşünür: 'Bəlkə bir dənə, ya da yarım siqaret çəkim?' - bu artıq psixoloji asılılıqdır. Çünki bir çox insan üçün siqaret meditasiyanın bir formasıdır".

Nikotin istəyi ayda bir dəfə qəfil güclənə bilər, buna görə də iradəli olmaq və təslim olmamaq vacibdir. Zaman keçdikcə orqanizm nikotinsiz həyata alışır və artıq ona ehtiyac duymur.

"Əgər siqaret çəkmə tarixi qısadırsa, tərgitmək daha asandır. Uzun müddət çəkilirsə - daha çətindir. Çünki sadəcə olaraq, alışmış oluruq. Buna görə də nə qədər tez tərgidilsə, bir o qədər yaxşıdır," - deyə Skrypnyk tövsiyə edir.

Kənan Son.az

Mərdəkanda “Açıq səma altında” adlı plener baş tutdu  FOTO like
  • 22 Apr 15:37  
Kriminal Mərdəkanda “Açıq səma altında” adlı plener baş tutdu FOTO

19 aprel 2025-ci il tarixində Arts Council Azerbaijan təşkilatının Mərdək

arrow Ətraflı
Türkiyədə simit 15 manata satılır  FOTO like
  • 22 Apr 15:30  
Digərləri Türkiyədə simit 15 manata satılır FOTO

Sabiha Gökçen Hava Limanındakı kafelərin birində satılan simit arası pe

arrow Ətraflı
Azərbaycanda repetitorluq dövrü BAŞA ÇATIR like
  • 22 Apr 15:21  
Digərləri Azərbaycanda repetitorluq dövrü BAŞA ÇATIR

Azərbaycanda buraxılış imtahanlarının nəticələri geniş müzakirə olun

arrow Ətraflı
Məşhur aktrisa həmcinsi ilə evləndi like
  • 22 Apr 15:16  
Şou-biznes Məşhur aktrisa həmcinsi ilə evləndi

"Alatoranlıq" (Twilight) film seriyasında Bella rolu ilə tanınan a

arrow Ətraflı
Putin Papanın dəfninə gedəcək? like
  • 22 Apr 15:10  
Dünya Putin Papanın dəfninə gedəcək?

Xəbər verdiyimiz kimi, şənbə günü, aprelin 26-da, Vatikanın Müqəddəs

arrow Ətraflı
Dəm qazına qurban gedən ailə  Artıq heç biri yoxdur like
  • 22 Apr 14:47  
Digərləri Dəm qazına qurban gedən ailə Artıq heç biri yoxdur

Ötən gün Tərtərdə dəm qazının qurbanı olanın ailənin fotoları yayı

arrow Ətraflı
Metroda düyməni basanlar cərimələnəcək  AÇIQLAMA like
  • 22 Apr 14:38  
Digərləri Metroda düyməni basanlar cərimələnəcək AÇIQLAMA

Metro gündəlik olaraq bir çoxumuzun istifadə etdiyi nəqliyyat vasitəsidir.

arrow Ətraflı
Qızıl rekord səviyyədə bahalaşdı like
  • 22 Apr 14:29  
Dünya Qızıl rekord səviyyədə bahalaşdı

Qızıl yeni rekord səviyyəyə çatıb. ABŞ iqtisadiyyatında baş verən son

arrow Ətraflı
Spiker parlamentdəki bu təklifə etiraz etdi  "Siz nə danışırsınız?” like
  • 22 Apr 14:17  
Digərləri Spiker parlamentdəki bu təklifə etiraz etdi "Siz nə danışırsınız?”

Tarixi və mədəni abidələrin bərpasının iş adamlarına həvalə edilməs

arrow Ətraflı
Mina partlayışında xəsarət almış şəxslər Vardanyanın məhkəməsinə gəldilər like
  • 22 Apr 14:10  
Siyasət Mina partlayışında xəsarət almış şəxslər Vardanyanın məhkəməsinə gəldilər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
Gürcüstan artıq sığınacaq yeri deyil like
  • 22 Apr 14:08  
Siyasət Gürcüstan artıq sığınacaq yeri deyil

Gürcüstan hökuməti siyasi sığınacaqla bağlı qanunları sərtləşdirmə

arrow Ətraflı
Evdar qadınlara pensiya veriləcək?  Türkiyədən maraqlı addım like
  • 22 Apr 14:07  
Digərləri Evdar qadınlara pensiya veriləcək? Türkiyədən maraqlı addım

Türkiyədə evdar qadınlara sosial təminat və pensiya hüququ verilməsi il�

arrow Ətraflı
Eyyub Yaqubov "Yalnız mədəniyyət" adlı musiqilibədii proqramı çıxış edəcək like
  • 22 Apr 13:57  
Kriminal Eyyub Yaqubov "Yalnız mədəniyyət" adlı musiqilibədii proqramı çıxış edəcək

29-30 aprel Azərbaycanın Xalq artisti Eyyub Yaqubov "Yalnız mədəniyyə

arrow Ətraflı
Ən qorxulu insanlar bu bürclərdən olur  Qəzəbini cilovlaya bilməyən 4 bürc like
  • 22 Apr 13:41  
Digərləri Ən qorxulu insanlar bu bürclərdən olur Qəzəbini cilovlaya bilməyən 4 bürc

Astrologiya şəxsiyyət xüsusiyyətləri ilə bağlı maraqlı ipuçları təq

arrow Ətraflı