Məktəblərdə YENİLİK
Digərləri 21 Apr 2025 16:34:00 85 0
Elm və Təhsil Nazirliyinin 11 aprel 2025-ci il tarixli əmri əsasında informatika fənni üzrə yeni kurikulum təsdiqlənib. Sənədə göz gəzdirəndə görmək olur ki, fənnin məzmununa köklü dəyişikliklər edilib.
Bu xəbəri də oxu: Ali məktəbə qəbul uğrunda savaş: itirilən uşaqlıq, plansız gələcək
Son.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz bildirib.
Onun sözlərinə görə, sənədin girişində sonuncu kurikulumun 2013-cü ildə təsdiqlənməsi qeyd olunsa da, əslində bundan öncəki kurikulumun əsas tezisləri 20 il öncə, Dünya Bankının dəstəyilə hayata keçirilən layihə çərçivəsində hazırlanmışdı.
"Yuxarı siniflərdə müəyyən dəyişikliklər edilsə də, aşağı siniflərə ümumiyyətlə əl dəyilməmişdi. Dərsliklər də əsasən məhz həmin köhnə kurikulum əsasında yazılırdı.
Hazırda təsdiqlənən proqram yetərincə təkmildir. Demək olar ki, müasir çağırışların tələbləri nəzərə alınıb. İnformatikanın ümumi məsələləri ibtidai və ümumi orta təhsil səviyyəsində, xüsusi məsələlərin (alqoritmlər, proqramlaşdırma, verilənlər, e-hökumət, e-təhsil, e-səhiyyə, rəqəmsal imza, kriptovalyutalar, rəqəmsal pul və s) isə tam orta təhsil səviyyəsində verilməsi nəzərdə tutulub.
Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, süni intellektlə əlaqəli yeni müddəalar daxil edilib. Diqqət çəkən məqam həm də odur ki, informasiya təhlükəsizliyi tam yeni məzmun standartı olaraq qəbul edilib, bu sahə üzrə bilik və bacarıqlara ibtidai siniflərdən başlayaraq 11-ci sinfədək xüsusi yer ayrılıb.
Düşünürəm ki, bununla da informatika fənninin qarşısında duran əsas məqsədin reallaşdırılması, yəni şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini, yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, eləcə də onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları əldə edə bilmələri sahəsində bacarıq və vərdişlərin formalaşması daha da uğurla həyata keçiriləcək.
Son zamanlar bəzi "Bolt" sürücüləri sərnişinlərə şirkətin t

Məşhur müğənni Demet Akalın konserti zamanı siqaret çəkən bir tamaşa�

Bəzi insanlar səbirli, anlayışlı və yumşaq xarakterli olur. Bəzilərinin

Türkiyəli müğənni İbrahim Tatlısəs müğənni Hülya Avşarın "Bir

"Synergy Co" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Məhdud Məsuliyyətli

Bakıda satıcıya saxta əskinas verib soyğunçuluq edən şəxs saxlanılıb.

Xətai rayonu Oksigen küçəsi, ev 1 ünvanında yerləşən istismar müddəti

Aprelin 19-da və 20-də danimarkalı yazıçı Hans Xristian Andersonun 220 ill

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirl�

Roma Papası I Fransisk bu gün, 21 aprel 2025-ci ildə, 88 yaşında vəfat edi

Cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılmış və

Rusiyalı məşhur müğənni və model Xanna (Anna İvanova) çantası ilə gü

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çata
