Xocalının Ballıca kəndinə daha 21 ailə köçürülüb
Digərləri 21 Apr 2025 14:19:00 70 0
Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
Bu xəbəri də oxu: İlan kimi sancırlar Pislik etməyə meyilli olan BÜRCLƏR
Trend xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 83 nəfərdən ibarət 21 ailə doğma yurduna qovuşub.
Açarların təqdimetmə mərasimində çıxış edən Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, mərhələli şəkildə doğma torpaqlarına köç edən keçmiş məcburi köçkünlər üçün Ballıca kəndində hər cür şərait yaradılıb. Onların məşğulluq məsələləri diqqət mərkəzində saxlanılır.Ballıca kəndinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.Ailələr açarları təhvil alıb və artıq öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, Ballıca kəndi elektrik enerjisi, təbii qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. Bu gün köçürülənlər də daxil olmaqla Ballıca kəndində 157 ailə (742 nəfər) məskunlaşıb.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbər verir ki, bu gün işğaldan azad edilmiş iki kəndə növbəti köç karvanı yola salınıb.
Tanınmış psixoloq Samirə Bağırova açıqlaması ilə diqqət çəkib.

Xəbər verdiyimiz kimi, bu gün Papa Fransiski 88 yaşında vəfat edib. Katol

"New Balance" ayaqqabı şirkəti cərimələnib.

Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

İngiltərədə yaşayan 19 yaşlı "Instagram" fenomeni Tilli Loki t�

22 apreldə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çər

"Yaşıl layihə"ləri olan sahibkarlar "Startap" şəhadət

Xalq ulduzunun qalibi xanəndə Xəyalə Qafarzadə şəxsi həyatı barədə ma

Xəbər veriyimiz kimi, Regional təhsil idarələrinə yeni müdirlər təyin o

"TikTok"da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı bar

Aşıq Namiq Fərhadoğlu avtomobil qəzası keçirib.
