Ziraat Bank Azərbaycan regionlardakı fəaliyyətini genişləndirir FOTO
Digərləri 21 Apr 2025 10:50:00 69 0
Ziraat Bank Azərbaycan müştəri yönümlü strategiyası çərçivəsində regionlardakı fəaliyyətini genişləndirməyə davam edir. Bankın növbəti mühüm addımı - Quba regional "ASAN xidmət" mərkəzində yerləşən yeni şöbəsini müştərilərinin istifadəsinə verməsidir.
Bu xəbəri də oxu: 3 bürcə ŞAD XƏBƏR Zaman lehinizə işləyəcək
Yeni açılan Quba şöbəsi həm fiziki, həm də korporativ müştərilərə gündəlik bank əməliyyatlarının rahat, sürətli və təhlükəsiz şəkildə həyata keçirmək imkanı yaradır.
Şöbə müasir tələblərə cavab verən texnoloji avadanlıqlarla təchiz olunub və aşağıda qeyd edilən bir sıra xidmətləri müştərilərinə təqdim edir:
• Fiziki şəxslərə cari hesabların açılması; • Hüquqi şəxslər və fərdi sahibkarlara hesabların açılması; • Əmanətlərin qəbul edilməsi; • Bankkart sifarişlərinin qəbulu; • Nağdsız valyuta mübadiləsi əməliyyatları; • Ölkədaxili və beynəlxalq pul köçürmələri; • Kredit sifarişlərinin alınması.
Quba regional "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən yeni şöbə müştərilərə sürətli və səmərəli xidmət prinsipləri ilə fəaliyyət göstərir. Əlavə olaraq, rəqəmsal əməliyyatlar üçün xüsusi terminallar quraşdırılıb ki, müştərilər bu avadanlıqlardan istifadə edərək öz hesablarına nağd vəsait yerləşdirə bilirlər.
Quba şöbəsi bazar ertəsi-cümə günlər mərkəzin iş rejiminə uyğun fəaliyyət göstərir. Bu da müştərilərə iş saatları ərzində yüksək keyfiyyətli və operativ bank xidmətlərindən istifadə imkanı yaradır.
Ziraat Bank Azərbaycanın "ASAN xidmət"-lə əməkdaşlığı çərçivəsində istifadəyə verilən bu şöbə, bankın regionda müştəri xidmətlərini daha da əlçatan və rahat etmək məqsədi daşıyır.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq edilən innovativ yen

Türk musiqisinin İmperatoru İbrahim Tatlısəs uzun illər birgə filmlərd�

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərə

Saray qəsəbəsi Mühit Qasımov və Canpolad Orucov küçələrinin birləşm�

Genişmiqyaslı koronal dəlik səbəbindən Günəşdə formalaşan maqnit qas�

Bakı şəhərinin Nəsimi rayonunda bir dam altında tikilən ümumi sahəsi 25

Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasil

Stanford Universitetinin Tibb Məktəbində aparılan son elmi araşdırmalar g�

"Gün ortası" verilişində maraqlı anlar yaşanıb.

Astroloqların proqnozlarına görə, qarşıdakı həftələrdə üç bürcün

Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) apa

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

XXI əsrin kontur xəritəsində yeni geosiyasi fault line-lar - köhnə düzən
