İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ FOTO
Dünya 21 Apr 2025 02:02:00 70 0
XX əsrin 80-ci illərində İtaliyada, xüsusən Siciliyada mafiya ən qüdrətli çağını yaşayırdı. Ölkədə hər gün qətllər baş verir, cəmiyyət qorxu içində yaşayırdı. Hüquq-mühafizə orqanlarının gücsüz qaldığı, siyasətçilərin bəzilərinin mafiya ilə əlaqədə olduğu bir zamanda 2 prokurorluq əməkdaşı - Covanni Falkone və Paolo Borsellino mafiyaya müharibə elan etdi.
Bu xəbəri də oxu: İki milyona yaxın Qəzza sakilərin qida mənbələrindən məhrumdurlar BMT
Son.az öz mübarizələri və faciəli ölümləri ilə İtaliyada mafiyanın sonunun başlanğıcını qoyan hadisə barədə yazını təqdim edir.
Covanni Falkone və Paolo Borsellino 1980-1990-cı illərdə Siciliya mafiyası "Koza Nostra" ilə qətiyyətli mübarizəyə başladılar. Onların taleyi 20-ci əsrin sonlarında mafiyaya qarşı mübarizədə ən əsas epizod oldu. Paolo Borsellino bilirdi ki, mafiya onu hədəfə alıb və onun qətli an məsələsidir. Borsellinonun ölümü tarixə "Via D'Amelioda qırğın" (La strage di via D'Amelio) kimi düşdü. 1992-ci il iyulun 19-da prokuror həyat yoldaşı və uşaqları ilə nahar etdikdən sonra anasının yanına getdi. O, saat 16:58-də görüşə gedərkən yol kənarında dayanmış avtomobildə baş verən partlayış nəticəsində həlak olur.
Borsellinonun özü ilə yanaşı, hadisdə zamanı 5 polis əməkdaşı da həlak olur. Onlardan biri, Emanuela Loi İtaliyada xidməti vəzifələrini yerinə yetirərkən həlak olan ilk qadın polis kimi tarixə düşür. Daha sonra onun haqqında "Borsellinonun mələkləri" filmi çəkildi. Falkone və Borsellinonun ölümü İtaliya cəmiyyətində mafiyaya qarşı əsl nifrət partlayışına səbəb oldu. 23 iyul 1994-cü ildə ölən polis məmurlarının dəfn mərasimində qəzəbli izdiham İtaliya prezidenti Oskar Luici Skalfaronu geri itələyərək "Mafiya şəhərdən getsin!", deyə şüarlar səsləndirir. İctimai qınaq hakimiyyəti mafiyanın fəaliyyətinə daha sərt reaksiya verməyə məcbur etdi. "Kosa Nostra"nın rəhbəri Salvatore Riina Falkone və Borsellinonun qətlini təşkil etdiyinə görə həbs edilir və həyatının qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirir. "Koza Nostra" lideri 2017-ci ildə həbsxanada 87 yaşında ölür. Covanni Falkone və Paolo Borsellinonun o dövrdə İtaliyadakı fəaliyyəti əsl şücaət sayıla bilər.
Afrodita qədim Olimpin ən hörmətli tanrılarından biri olub, o, təkcə zah

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya 30 gün müddətinə uzadılma eh

Ekspertlər uzun müddət öz sahiblərinə xidmət edəcək 8000 dollardan aşa

Tanınmış məşqçi Kamil Zeynallı ilk dəfə Qəbələdəki villasını gös

Adananın Çukurova rayonunda, süni örtüklü sahədə futbol oynayarkən ür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Rusiyanın Buryatiya bölgəsində Okinski və Barquzinski rayonlarında səmada

Müğənni Günel Ələkbərova (Pişik Günel) şəxsi həyatı ilə bağlı s�

Bakı şəhəri Sabuçu rayonu Bakıxanov qəsəbəsində baş tutan toy məclis

Göygöl rayonunda ölümlə nəticələn ağır yol qəzası baş verib.

İran Silahlı Qüvvələri müxtəlif sərhəd bölgələri boyunca 10 diviziya

Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov yeni cərimələrin tətbiq o

Az büdcə ilə biznes qurmaq istəyirsinizsə, bu, həm ağıllı planlama, hə

Şərurlu İsfəndiyar ləqəbi ilə tanınan iş adamı, Şərur MTK-nın sahib

Dünyanın fövqəldövlətlər tərəfindən bölgüsü illərdir müzakirə ol
