Suriyanın ölkəmizdəki səfirliyi nə zaman açılacaq? AÇIQLAMA


Siyasət 20 Apr 2025 15:28:00 85 0

Suriyanın ölkəmizdəki səfirliyi nə zaman açılacaq?  AÇIQLAMA

Suriyada ötən il 50 illik Bəəs rejimi devrilib. Bundan sonra Azərbaycanla Suriyanın keçid hökuməti arasında münasibətlər normallaşmağa başlayıb. Azərbaycanın Suriyadakı səfirliyi də artıq fəaliyyətini bərpa edib. Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əş Şaara bu yaxınlarda Prezident İlham Əliyevlə görüşüb.

Lakin hələ də Suriyanın ölkəmizdəki səfirliyi fəaliyyətini bərpa etməyib.

Son.az xəbər verir ki, modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Suriyanın Azərbaycandakı səfirliyinin fəaliyyətinin bərpası üçan təbii ki, zaman lazımdır:

"Hökumət yeni formalaşıb. Ölkə faktiki olaraq dağılmış vəziyyətdədir. İnfrastruktura böyük ziyan dəyib. Ölkənin yenidən normal məcraya qayıtması, büdcəsinin formalaşması üçün zaman lazımdır. Zənnimcə, Suriya bu mərhələni keçdikcə, təkcə Azərbaycanda deyil, digər ölkələrdəki səfirliklərinin də fəaliyyəti bərpa olunacaq. İndiki halda Suriyanın Azərbaycandakı səfirliyinin fəaliyyətinin bərpa olunmaması bilavasitə bununla əlaqələndirirəm. Digər mühüm faktor da mütəxəssislərlə, diplomatlarla bağlı məsələlərdir. Bəlli olduğu kimi Suriya Xarici İşlər Nazirliyində çalışan və Suriyanın başqa ölkələrdəki səfirliyində fəaliyyət göstərən diplomatlar bilavasitə Əsəd rejimi ilə bağlı olan şəxslər olublar. Yeni diplomatik korpusun formalaşması üçün də zənnimcə zamana ehtiyac var. Əsəd rejimi ilə birbaşa işbirliyində olan insanlara yenidən Suriya üçün əhəmiyyət kəsb edən ölkələrdə Suriyanı təmsil etməsinə etimad göstəriləcəyinə inanmıram. Diplomatik korpusun formalaşması, yeni insanların gəlməsi, ölkənin xarici siyasəti ilə bağlı konturları da bəlli deyil. Suriya hazırda oturuşmuş dövlət deyil ki, bu məsələlər haqda danışmaq mümkün olsun".

Deputat vurğulayıb ki, Suriya diplomatik korpusunun formalaşması prosesinə də Azərbaycan töhfə verə bilər:

"Azərbaycanda diplomatiya sahəsində çox uğurlu təhsil verən ADA Universiteti var. Suriyalı mütəxəssislərin və yaxud Suriya hökumətinin etimad göstərdiyi şəxslərin bu universitet də təhsil alması qənaətimə görə mümkündür. Bütün bu problemlərin həlli üçün zamana ehtiyac var".

Bu gün doqquzuncular imtahan verdi like
  • 20 Apr 15:21  
Digərləri Bu gün doqquzuncular imtahan verdi

Bu gün Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal və

arrow Ətraflı
Bakıda GÜCLÜ YANĞIN like
  • 20 Apr 15:12  
Digərləri Bakıda GÜCLÜ YANĞIN

Bakının Binəqədi rayonunda yerləşən obyektlərin birində baş vermiş ya

arrow Ətraflı
Ağır qəzada qabırğaları sınan aktyor kimdir? like
  • 20 Apr 14:57  
Şou-biznes Ağır qəzada qabırğaları sınan aktyor kimdir?

Türkiyənin məşhur aktyoru Berk Atan son günlər həm şəxsi həyatı, hə

arrow Ətraflı
Bu yay ən işlək aviamarşrutların adları açıqlandı like
  • 20 Apr 14:40  
Digərləri Bu yay ən işlək aviamarşrutların adları açıqlandı

2025-ci ilin yayında beynəlxalq istiqamətlər üzrə ən işlək aviamarşrut

arrow Ətraflı
Bu tarixlərlə bağlı XƏBƏRDARLIQ like
  • 20 Apr 14:27  
Dünya Bu tarixlərlə bağlı XƏBƏRDARLIQ

22 aprel 2025-ci il tarixində Yer kürəsində G1-G2 səviyyəli maqnit qasır�

arrow Ətraflı
Egey dənizində 4,1 maqnitudalı zəlzələ baş verib like
  • 20 Apr 14:10  
Dünya Egey dənizində 4,1 maqnitudalı zəlzələ baş verib

Egey dənizində 4,1 maqnitudalı zəlzələ baş verib.

arrow Ətraflı
Dördüncü səviyyəli SÜRÜCÜSÜZ TAKSİLƏR buraxılacaq like
  • 20 Apr 13:58  
Digərləri Dördüncü səviyyəli SÜRÜCÜSÜZ TAKSİLƏR buraxılacaq

Hazırda Çin bazarında təklif olunan minik avtomobillərinin əksəriyyəti �

arrow Ətraflı
Bazar ertəsindən 5 bürcün həyatı dəyişəcək  saysızhesabsız imkanlar like
  • 20 Apr 13:44  
Digərləri Bazar ertəsindən 5 bürcün həyatı dəyişəcək saysızhesabsız imkanlar

Həftəlik bürc proqnozu bu 5 bürc üçün böyük xoşbəxtlik və hətta dü

arrow Ətraflı
Yeni radarlar işə düşdü  Əlinizdəki telefonu da çəkəcək like
  • 20 Apr 13:36  
Digərləri Yeni radarlar işə düşdü Əlinizdəki telefonu da çəkəcək

Türkiyədə süni intellektlə dəstəklənən yeni nəsil radar sistemi istifa

arrow Ətraflı
İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb like
  • 20 Apr 13:31  
Digərləri İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Bu gün səhər İranın şimalında yerləşən Qəzvin vilayətində yüngül

arrow Ətraflı
Müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR like
  • 20 Apr 13:24  
Digərləri Müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

Bu il müavinət və təqaüdlərdə növbəti artımlar nəzərdə tutulur.

arrow Ətraflı
Zaqatalada doğuş zamanı körpə öldü like
  • 20 Apr 13:13  
Digərləri Zaqatalada doğuş zamanı körpə öldü

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

arrow Ətraflı
Hava yenidən pisləşir: Daşqın və sel... like
  • 20 Apr 13:00  
Digərləri Hava yenidən pisləşir: Daşqın və sel...

Ölkə ərazisində hava şəraiti yenidən pisləşəcək.

arrow Ətraflı
300 bal toplayan ŞAGİRD  Nə telefonu var, nə də sosial şəbəkələrə girir like
  • 20 Apr 12:53  
Digərləri 300 bal toplayan ŞAGİRD Nə telefonu var, nə də sosial şəbəkələrə girir

"Sosial şəbəkələrdən istifadə etmirəm, boş vaxtlarımda mental sa�

arrow Ətraflı
Braziliyada daşqınlar səbəbindən 37 mindən çox ev işıqsız qalıb like
  • 20 Apr 12:47  
Dünya Braziliyada daşqınlar səbəbindən 37 mindən çox ev işıqsız qalıb

Braziliyanın San-Paulu ştatında leysan yağışlar güclü daşqınlara səb�

arrow Ətraflı