Yeni radarlar işə düşdü Əlinizdəki telefonu da çəkəcək
Digərləri 20 Apr 2025 13:36:00 84 0
Türkiyədə süni intellektlə dəstəklənən yeni nəsil radar sistemi istifadəyə verildi. Qırmızı işıqda keçid, təhlükəsizlik kəmərindən istifadə etməmək, sükan arxasında telefonla danışmaq... Artıq bütün qayda pozuntuları bir-bir qeydə alınır. "Bir şey olmaz" dövrü başa çatdı.
Bu xəbəri də oxu: Tiktokerlər Nuh və "Xan"dan xəbər var
Son.az avtosfer.az-a istinadən xəbər verir ki, Türkiyənin Təhlükəsizlik Baş İdarəsinin yol nəzarət bölmələri Müdafiə Sənayesi Başqanlığının koordinasiyası ilə yerli və milli imkanlarla hazırlanan yeni nəsil süni intellekt dəstəkli radar sistemlərini tətbiq etməyə başlayıb.
Bu cihazlar magistral yollarda tripod üzərində və ya nəqliyyat vasitələrinə quraşdırılaraq istifadə olunur.
Yeni radar sistemi eyni anda dörd zolaqda hərəkət edən nəqliyyat vasitələrinin sürətini müəyyən edə bilir. Süni intellektlə təchiz olunmuş cihazlar avtomobillərin dövlət nömrə nişanlarını və sürət göstəricilərini oxuyaraq məlumatları dərhal Elektron Təhlükəsizlik Sistemi (PolNet) şəbəkəsinə ötürür. Sürət pozuntusu aşkarlandıqda, sistem avtomatik şəkildə aidiyyəti yol patrul qruplarına məlumat verir və qanunamüvafiq tədbirlərin görülməsini təmin edir.
Antalya Regional Trafik Nəzarəti Şöbə Müdiri Önder Kavak bildirib ki, yeni texnologiyanın tətbiqi sürət pozuntularının və bu səbəbdən baş verən yol qəzalarının qarşısını almaqda mühüm rol oynayacaq. Onun sözlərinə görə, bu cihazlar gecə-gündüz, istənilən hava şəraitində dəqiq ölçmə imkanı verir və operator müdaxiləsi olmadan tam avtomatik rejimdə çalışır.
Bu gün səhər İranın şimalında yerləşən Qəzvin vilayətində yüngül

Bu il müavinət və təqaüdlərdə növbəti artımlar nəzərdə tutulur.

"Sosial şəbəkələrdən istifadə etmirəm, boş vaxtlarımda mental sa�

Braziliyanın San-Paulu ştatında leysan yağışlar güclü daşqınlara səb�

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

Ermənistanın paytaxtı İrəvanda baş verən silahlı qarşıdurma faciə il�

Aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

"Gönül Dağı" serialında Taner obrazını canlandıran məşhur ak

ADU-nun Təhsil fakültəsinin dekanı Fikrət Cahangirov Bakı Slavyan Universi

Bu gün rəqəmsal təhlükəsizlik gündəlik həyatımızın ayrılmaz bir his

Əgər heç nə sevinc gətirmirsə, enerjiniz tükənibsə və yeni gün fikri

Əhalinin məişət xərclərinin önəmli bir hissəsini kommunal xərclər tut

Sumqayıt şəhərində hündürlükdən yıxılan kişi ölüb.
