Rusiya Avropanın "əlinə oynayır?" Makrondan qəribə açıqlama
Siyasət 16 Apr 2025 17:53:00 78 0
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanın Sumı şəhərinə etdiyi hücumu kəskin şəkildə pisləyib. O bildirib ki, bu müharibəni Rusiya özü başlayıb və indi də onu davam etdirmək niyyətindədir. Makronun sözlərinə görə, Moskva insan həyatını, beynəlxalq hüququ və ABŞ prezidenti Donald Trampın diplomatik səylərini açıq şəkildə görməzlikdən gəlir. O, Rusiyanın bu davranışını beynəlxalq nizam üçün ciddi təhdid kimi qiymətləndirib. Rusiyanın Sumıya hücuu nəticəsində 34 nəfər ölüb.
Bu xəbəri də oxu: İran prezidenti bu tarixdə Azərbaycana gəlir
Bəs bu danışıqla Makron nə deməyə çalışır?
Mövzu ilə bağlı Son.az-a siyasi şərhçi Kənan Novruzov açıqlama verib:
"Makronun açıqlamasında diqqət çəkən əsas məqam onun Rusiyanı Trampın səylərinə etinasız yanaşmaqda ittiham etməsidir. Fikrimcə, bu, hiyləgər addımdır. Məsələ bundan ibarətdir ki, Avropa, o cümlədən Fransa ABŞ-dən fərqli olaraq müharibənin bitməsini, o cümlədən atəşkəsi istəmir. Çünki Rusiya hələ tam zəifləməyib. Avropa məqsədinə çatmayıb. Əgər rəsmi Moskva bu savaşda qalib olsa Avropa üçün təhdid qalacaq. Rusiyanın Avropa İttifaqının (Aİ) üzvlərinə, xüsusilə özünə qonşu ölkələrə hücum etməsi müzakirə predmetinə çevriləcək. Avropa bundan narahatdır.
O baxımdan əslində Makronu düşündürən heç də Trampın səylərinin nəticəsiz qalması deyil. Üstəlik, onun Rusiyanın hücumlarından çox narahat olduğunu da düşünmürəm. Çünki belə addımlar atəşkəs ehtimalını azaldır. Bu isə savaşın davam etməsini istəyən Avropanın maraqlarına cavab verir.
Rusiyanın Sumıya hücumuna gəldikdə isə, əlbəttə, bu addım atəşkəs perspektivini azaltmaqla yanaşı, həm də gərginliyi artırır. Qarşıdakı günlərdə Ukraynanın Rusiyaya adekvat cavab verməsinin şahidi ola bilərik". O qeyd edib ki, bu proseslərin arxasında müəyyən mənada Avropanın da dayanması mümkündür. Avropada başa düşürlər ki, ABŞ-nin səyləri nəticəsində Rusiya ilə Ukrayna arasında müharibə müvəqqəti olsa da dayandırıla bilər. Odur ki, Avropa bütün imkanları ilə, o cümlədən təxtibatlar və Ukraynaya dəstəyin artırılması ilə buna qarşı çıxmağa çalışır. Proses bundan sonra da davam edəcək.
Asya Son.az
İran hökuməti İran və Azərbaycan arasında hökumətlərarası təhlükəs

Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti uzadılıb.

Müğənni Mənzurə Musayeva şəxsi həyatı barədə maraqlı açıqlamalar v

Yağışın davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artaca

Amerikalı televiziya siması, "Gambit" və "Tic-Tac-Dough"

Prezident İlham Əliyev "III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda

Bakıda yağan güclü yağışlar paytaxtın bir sıra ərazilərində ciddi f�

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəniz kənarında qəzaya uğ

Rusiyanın dövlət televiziyasında yayımlanan son veriliş beynəlxalq səviy

Xərçəng - müasir dövrün ən qorxulu xəstəliklərindən biri olsa da, onu

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaç

Bakıda və regionlarda havaların sərtləşməsi, yolların bağlanması və n

Orada - Xuzistanın qızmar təpələrində yaz küləyi tozu göyə sovurarkən

Qaraciyər orqanizmin ən vacib orqanlarından biridir. O, bədəndə toksinlər
