"Məktəblər bağlanmasa da, dərslər faktiki olaraq keçirilmir"


Digərləri 16 Apr 2025 16:23:36 86 0

"Məktəblər bağlanmasa da, dərslər faktiki olaraq keçirilmir"

Bakıda və regionlarda havaların sərtləşməsi, yolların bağlanması və nəqliyyatın iflic olması ilə bağlı olaraq tədris prosesində yaranan çətinliklər təkrarən gündəmə gəlib. Son günlərdə müşahidə olunan pis hava şəraiti bir daha göstərdi ki, Azərbaycan təhsil sistemi bu cür fövqəladə hallara hazır deyil. Məktəblər və universitetlər rəsmi olaraq bağlanmasa da, müəllim və tələbələrin dərsə çata bilməməsi nəticəsində dərslər faktiki olaraq keçirilmir.

Son.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib:

"Bu vəziyyət artıq təsadüfi yox, sistemli problemin təzahürü kimi qiymətləndirirlər. Onların fikrincə, hər dəfə yağan qar və yağış təhsilin dayandırılmasına səbəb olmamalıdır. Təhsil hava şəraitinə, logistika imkanlarına və digər təsadüfi amillərə tabe olmamalı, fasiləsizliyi təmin edən çevik və rəqəmsal tədris modelləri ilə dəstəklənməlidir.

Xatırladaq ki, pandemiya dövründə ölkədə onlayn tədris modeli tətbiq olundu və müəyyən nəticələr əldə edildi. Lakin bu model sonradan strukturlaşdırılmadı və davamlı sistemə çevrilmədi. Bu isə bu gün üçün təhsilin qarşısında duran ən ciddi çağırışlardan biri olaraq qalır.

Fövqəladə hallarda dərslərin ləğv edilməsi əvəzinə onların dərhal onlayn və ya hibrid rejimə keçirilməsi üçün məktəblər və universitetlər müvafiq rəqəmsal platformalar, ehtiyat dərs planları, texniki təminat və hazırlıqlı pedaqoji heyətə malik olmalıdır. Bu yalnız texnologiya ilə bağlı məsələ deyil, eyni zamanda təhsilin məzmunu, təşkilati mexanizmi və hüquqi çərçivəsinə yenidən baxılması tələb olunur. Hazırda isə bir çox ali təhsil müəssisəsində bu imkanlar ya mövcud deyil, ya da yalnız simvolik səviyyədədir. Ümumtəhsil məktəblərinin əksəriyyətində isə bu barədə heç düşünülmür. Bu da xüsusilə regionlarda yaşayan şagird və tələbələrin daha çox əziyyət çəkməsinə, təhsildə sosial və coğrafi fərqlərin dərinləşməsinə səbəb olur. Estoniya, Finlandiya, Sinqapur və Kanada kimi ölkələr artıq illərdir ki, istənilən fors-major vəziyyətdə dərhal hibrid və ya onlayn tədrisə keçid edə bilən sistemlər qurublar. Bu ölkələrdə bu cür hallara hazır olmaq ehtimal yox, real ehtiyac kimi qəbul olunur və infrastruktur, hüquqi baza, pedaqoji yanaşma da buna uyğunlaşdırılıb".

Tarkana ağır itki  FOTO like
  • 16 Apr 16:15  
Şou-biznes Tarkana ağır itki FOTO

Türkiyənin popstarı Tarkanın anası Neşe Tevetoğlu vəfat edib.

arrow Ətraflı
Uçurumun kənarında: İran və ABŞ müharibə kölgəsində like
  • 16 Apr 16:04  
Siyasət Uçurumun kənarında: İran və ABŞ müharibə kölgəsində

Orada - Xuzistanın qızmar təpələrində yaz küləyi tozu göyə sovurarkən

arrow Ətraflı
Qaraciyərin düşməni hesab edilir  Hər kəsin evində var like
  • 16 Apr 15:52  
Digərləri Qaraciyərin düşməni hesab edilir Hər kəsin evində var

Qaraciyər orqanizmin ən vacib orqanlarından biridir. O, bədəndə toksinlər

arrow Ətraflı
İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı like
  • 16 Apr 15:41  
Dünya İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı

Hind Okeanında yerləşən məşhur turizm məkanı olan Maldiv adaları İsra

arrow Ətraflı
Ağsuda seldə ölən şəxs rəis imiş like
  • 16 Apr 15:29  
Digərləri Ağsuda seldə ölən şəxs rəis imiş

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi ol

arrow Ətraflı
Azərbaycanda güclü sel: ölən və xəsarət alanlar var  Adlar açıqlandı like
  • 16 Apr 15:14  
Digərləri Azərbaycanda güclü sel: ölən və xəsarət alanlar var Adlar açıqlandı

Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alanların kimliy

arrow Ətraflı
Yağış bu tarixdən tam kəsəcək  AÇIQLAMA like
  • 16 Apr 15:10  
Digərləri Yağış bu tarixdən tam kəsəcək AÇIQLAMA

Hazırda ölkədə yağıntılı hava şəraiti davam edir. 

arrow Ətraflı
Həmin serialın çəkilişində növbəti faciə: Ölən var  FOTO like
  • 16 Apr 15:00  
Şou-biznes Həmin serialın çəkilişində növbəti faciə: Ölən var FOTO

Şakir Paşa Ailəsi" serialının çəkilişləri zamanı növbəti faciə

arrow Ətraflı
Günəşdə 2 PARTLAYIŞ: Yerə doğru irəliləyir like
  • 16 Apr 14:52  
Dünya Günəşdə 2 PARTLAYIŞ: Yerə doğru irəliləyir

Elm adamları Günəşdə nadir görünən iki partlayışın baş verdiyini bil

arrow Ətraflı
Azərbaycan və Gürcüstan prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub like
  • 16 Apr 14:46  
Siyasət Azərbaycan və Gürcüstan prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 16-da Azərbaycan Respublika

arrow Ətraflı
Yağışla bağlı zərər görən vətəndaşlara pul veriləcək?  AÇIQLAMA like
  • 16 Apr 14:40  
Digərləri Yağışla bağlı zərər görən vətəndaşlara pul veriləcək? AÇIQLAMA

Ekoloji tarazlığın pozulması respublikamızın ərazisində il ərzində bir

arrow Ətraflı
I kurs tələbəsi vəfat etdi like
  • 16 Apr 14:39  
Digərləri I kurs tələbəsi vəfat etdi

ADPU-nun Kimya və biologiya fakültəsinin "Kimya müəllimliyi" ixti

arrow Ətraflı
Azərbaycanlı müğənni Amerikada  2 il polis işləyibmiş like
  • 16 Apr 14:30  
Şou-biznes Azərbaycanlı müğənni Amerikada 2 il polis işləyibmiş

Müğənni İlhamə Qasımova həyatı ilə bağlı bilinməyən faktları açı

arrow Ətraflı
"Bağırov" körpüsündə yol açıldı like
  • 16 Apr 14:22  
Digərləri "Bağırov" körpüsündə yol açıldı

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nə

arrow Ətraflı