Yataqda telefona baxanların NƏZƏRİNƏ
Digərləri 16 Apr 2025 07:02:00 58 0
Norveçdə 45 mindən çox universitet tələbəsi ilə aparılan kütləvi araşdırma yuxu pozğunluğunun birbaşa ekran vaxtı ilə əlaqəli olduğunu ortaya qoyub.
Bu xəbəri də oxu: Bu linklərə daxil olmayın!
Son.az xəbər verir ki, texnologiya həyatımızın əvəzsiz bir hissəsinə çevrilsə də, yuxu sağlamlığına gəldikdə rəqəmsal detoks hər zamankindən daha vacibdir.
Norveç Xalq Sağlamlığı İnstitutunun apardığı və "Frontiers in Psychology" jurnalında dərc edilən araşdırmaya görə, xüsusilə 18-28 yaş arası fərdlər arasında yatmazdan əvvəl ekranlara sərf olunan vaxt artdıqca yuxusuzluq və yuxu keyfiyyəti pozğunluqları da artır.
Araşdırmada 2022-ci ildə 45 mindən çox şagirdin cavablandırdığı anketlər araşdırılıb.
Araşdırmaya görə, yataqda ekran qarşısında keçirilən hər saat yuxusuzluq riskini yüzdə 63 artırır, eyni zamanda gecədə ortalama 24 dəqiqə daha az yuxu ilə əlaqələndirilir.
Tədqiqat ekranların yuxusuzluğun birbaşa səbəbi olduğunu qəti şəkildə söyləyə bilməsə də, yüksək korrelyasiya səviyyəsini ortaya qoyur.Araşdırmada vurğulanan digər bir məqam isə yuxusuzluqdan əziyyət çəkən insanların rəqəmsal cihazlara daha çox müraciət edə bilmə ehtimalıdır.
Nəfəs alma məşqləri, kitab oxumaq, yüngül musiqi dinləmək kimi fəaliyyətlər yuxuya getməyi asanlaşdırır.
Otaq temperaturu, işıq səviyyəsi və yataq keyfiyyəti yuxu keyfiyyətində həlledici rol oynayır. Xüsusilə yatmazdan 2-3 saat əvvəl istehlak edilən qəhvə, çay və yağlı qidalar yuxuya getməyi çətinləşdirə bilər.
Gün ərzində yüngül idman etmək gecə daha tez yuxuya getməyinizə kömək edəcək.
Fidan Son.az
Aparıcı Tarix Əliyev (Tolik) efir mədəniyyəti olmayan müğənnilləri ver

Resveratrol - bitki mənşəli güclü antioksidantdır və insan sağlamlığı

Məlum olur ki, saqqız sadəcə nəfəsi təravətləndirmək üçün deyil, h�

Alkoqol sağlamlığa əhəmiyyətli dərəcədə zərər vuraraq, xərçəng x�

Qış fəslində maddələr mübadiləsinin yavaşlaması və orqanizmin yaz ayl

Türkiyəli milyarder Ömər Sabancının gəlini, "Sen Çal Kapımı"

Yeni araşdırma 2022-ci ildə antibiotik müqaviməti səbəbilə 3 milyondan �

Aparıcı Saleh Bağırov "Söhbət var" verilişində qonaq olub.

Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 00:00-a olan məlumatı

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Kvemo

Xalq artisti Röya Ayxan mərhum Əməkdar incəsənət xadimləri Nailə və Hi

ABŞ Prezidenti Donald Tramp Harvard Universitetindəki vəsaitləri dondurmaq q

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Rusiyanın Novosibirsk vilayətində "Mavi balina" kanalının yaradı
