Əhali bu bankdan əmanətlərini geri çəkir


Digərləri 14 Apr 2025 23:41:00 96 0

Əhali bu bankdan əmanətlərini geri çəkir

"Bank Avrasiya" ASC 2025-ci ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bankın cəmi öhdəliklər və kapitalı azalaraq ötən ilin sonunda 200 milyon 977 min manatdan 196 milyon 400 min manata düşüb. Bankın əməliyyat mənfəəti ötən ilin birinci rübündəki 1,485.77 min manatdan 1,389.03 min manata enib.

Son.az Teleqraf-a istinadla xəbər verir ki, maliyyə qurumunun kredit portfelinin həcmi azalıb. Belə ki, bankın kredit portfeli ilin əvvəlindəki 136 164.09 min manatdan aprel ayının 1-nə 131 627.41 min manata qədər geriləyib. Azalma əsasən biznes və daşınmaz əmlak kreditlərində baş verib. "Bank Avrasiya" ASC-nin biznes kreditləri üzrə portfeli yanvarın 1-nə olan 62,479.99 min manatdan aprelin 1-nə 59,196.53 min manata düşüb.

Vaxtı keçmiş kreditlərin portfeldə çəkisi 16%-ə çatıb

Bankdakı vaxtı keçmiş kreditlərin portfeldə çəkisi 16%-ə yüksəlib. Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-nə bu faiz nisbəti 13,63% (18 milyon 556 min manat) təşkil edirdi. Aprelin 1-nə olan rəqəmlərə görə, bankın ümumi kredit portfelində 20 milyon 177.16 manat kreditin vaxtı keçib. 20 milyon 177 min manat kreditin 3 milyon 336 min 73 manatı qeyri-qənaətbəxş, 1 milyon 918 min manatı təhlükəli, 15 milyon 673 min manatı ümidsizdir.

Bankın iqtisadiyyata ayırdığı vəsaitləri geri ala bilməməsi maliyyə vəziyyətini ağırlaşdırıb. Balansdan silinmiş ümidsiz kreditlərin manatla əsas məbləği 7 milyon 293 min manat, xarici valyutada 3 milyon 307 min manat olub.

Bankın aktivlər üzrə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 13 milyon 327 min manata çatıb. Zərər kimi tanınan ehtiyat xərclərinin artımı əslində bankın aktivlərinin sağlamlaşdırılması tədbirlərinin zəif effekt verməsini, eyni zamanda problemli aktivlərin artıdığını göstərir.

Əhalinin bankdakı pulları azalıb

Bu ilin yanvar-mart aylarında "Bank Avrasiya"nın öhdəlikləri 6 milyon 427 min manat azalaraq 109 milyon 905 min manata düşüb. Bankın depozit portfeli kiçilib. Ötən ilin sonunda 63,14 milyon manatdan bu ilin mart ayının sonuna 57 milyon 380 min manata enib. Azalma həm fiziki, həm də hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə baş verib. Fiziki şəxslərin əmanətlərində 2,238.67 min manat, hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə isə 3,395.91 min manat azalma baş verib.

Tramp İranla bağlı nə düşünür? like
  • 14 Apr 23:35  
Dünya Tramp İranla bağlı nə düşünür?

ABŞ lazım gələrsə, İrana qarşı sərt addımlar atmağa hazırdır və Te

arrow Ətraflı
“Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır” like
  • 14 Apr 23:31  
Digərləri “Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır”

"Kibertəhlükəsizlik - informasiya təhlükəsizliyidir. Hər kəs təhl�

arrow Ətraflı
İlqar Mikayıloğlunun oğlu evlənir like
  • 14 Apr 23:23  
Şou-biznes İlqar Mikayıloğlunun oğlu evlənir

Aparıcı İlqar Mikayıloğlu oğlu Mikayıl ailə qurur.

arrow Ətraflı
Aldığı dondurmadan ilan çıxdı  FOTO like
  • 14 Apr 23:11  
Dünya Aldığı dondurmadan ilan çıxdı FOTO

Taylandda bir kişi küçədən aldığı dondurmanın içində bütöv bir ilan

arrow Ətraflı
Dırnaqlardakı bu dəyişiklik xərçəngin xəbərçisidir like
  • 14 Apr 23:00  
Digərləri Dırnaqlardakı bu dəyişiklik xərçəngin xəbərçisidir

Dırnaqla bağlı aparılan araşdırma, dırnaqdakı qəribəliklərin xərçə

arrow Ətraflı
Dolların "evi yıxılır": Hamı artıq bu valyutanı seçir like
  • 14 Apr 22:49  
Digərləri Dolların "evi yıxılır": Hamı artıq bu valyutanı seçir

ABŞ-ın yüksək rüsumları, Avrozonada inflyasiyanın əvvəlki proqnozlara n

arrow Ətraflı
"Şadlıq saraylarında dərəbəylikdir, toyları monopoliya ediblər" like
  • 14 Apr 22:40  
Şou-biznes "Şadlıq saraylarında dərəbəylikdir, toyları monopoliya ediblər"

"Dünyada belə şey yoxdur. Toyları da monopoliya ediblər".

arrow Ətraflı
“Əlikram mənə 100 min ziyan vurub, halallıq vermirəm!” like
  • 14 Apr 22:34  
Şou-biznes “Əlikram mənə 100 min ziyan vurub, halallıq vermirəm!”

Müğənni Elnarə Ülvi duet ortağı Əlikram Bayramov haqda şok açıqlamala

arrow Ətraflı
ABŞdə güclü zəlzələ oldu like
  • 14 Apr 22:23  
Dünya ABŞdə güclü zəlzələ oldu

ABŞ-nin Kaliforniya ştatında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Laçın apreldə ağ örpəkdə like
  • 14 Apr 22:17  
Digərləri Laçın apreldə ağ örpəkdə

Laçına və ətraf kəndlərinə qar yağır. 

arrow Ətraflı
Mirzoyan: Ermənistan Türkiyə və Azərbaycanla heç vaxt bu qədər yaxın olmayıb like
  • 14 Apr 22:09  
Digərləri Mirzoyan: Ermənistan Türkiyə və Azərbaycanla heç vaxt bu qədər yaxın olmayıb

"Türkiyəli və azərbaycanlı həmkarlarım da təsdiqləyərdilər ki, b

arrow Ətraflı
Ağciyəri 2 dəqiqəyə təmizləyən üsul like
  • 14 Apr 22:00  
Digərləri Ağciyəri 2 dəqiqəyə təmizləyən üsul

Ağciyərlərinizi şar kimi təsəvvür edin. Onları nə qədər çox işlədi

arrow Ətraflı
Mərhum sənətkarların qızlarının toyudur like
  • 14 Apr 21:50  
Şou-biznes Mərhum sənətkarların qızlarının toyudur

Əməkdar incəsənət xadimləri, mərhum bəstəkarlar Nailə və Hikmət Mirm

arrow Ətraflı