Erməniəsilli şahid: Vaxtilə Yerevandan Azərbaycanın torpaqlarına silahları Ermənistanın ordusunun baş komandanı Vazgen Sarkisyan göndərib
Kriminal 14 Apr 2025 15:31:00 75 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı ibtidai istintaq zamanı toplanmış sənədlər, o cümlədən hadisə yerinə baxış protokolları, onlara əlavə olunan fotomateriallar, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ibtidai istintaq zamanı 1990-cı illərin əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş erməniəsilli şəxslərin ifadələri, ekspert rəyləri açıqlanıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, Xocalıda, Şuşada və Xankəndidə kütləvi iğtişaş faktları ilə bağlı SSRİ Baş prokurorunun böyük köməkçisi, II dərəcəli dövlət ədliyyə müşaviri A.İ.Nikolayev tərəfindən 1988-ci il sentyabrın 19-da Azərbaycan SSR-in Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, ibtidai istintaqın aparılması SSRİ Prokurorluğunun istintaq qrupuna həvalə olunub.
Prosesdə iş üzrə şahid qismində dindirilmiş Artur Abramyanın ifadəsi elan olunub. Murad Petrosyanın sürücüsü olmuş A.Abramyan bildirib ki, M.Petrosyan Xankəndi şəhər sovetində deputat otağında Robert Köçəryanla görüşüb. R.Köçəryan Xankəndi şəhər sovetinin sədri Maksim Babayanın bir nömrəli adamı olub. DQMV-nin Partiya Komitəsinin sədri Henrik Poqosyan isə bütün erməni milli hərəkatına rəhbərlik edib.
Şahidin sözlərinə görə, Robert Koçəryan, Maksim Babayan və Henrik Poqosyan adları qeyd olunmuş erməni silahlı birləşmələrinə rəhbərlik edən bütün şəxsləri çağıraraq bildiriblər ki, tezliklə DQMV-ni Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-ə birləşdirməli, bütün qüvvələri səfərbər edərək azərbaycanlıları həmin ərazilərdən çıxarmalıdırlar. Eyni zamanda, həmin şəxsləri bu məqsədlə azərbaycanlılara qarşı döyüşməyə çağırıblar. 1991-ci il yanvarın ortalarında o, M.Petrosyanla Xankəndi şəhər sovetinin binasının yaxınlığında olarkən Akop adlı erməniəsilli şəxs onlara yaxınlaşıb, iki gün əvvəl Xankəndi şəhər polis idarəsinin rəisi Yuri Kovalyova avtomat silahla sui-qəsd etdiklərini, lakin sonuncunun ölmədiyini məruzə edib. O, söhbət zamanı həmin sui-qəsdin Murad Petrosyanın göstərişi ilə Akop, Armen və Samvel tərəfindən həyata keçirildiyini, M.Petrosyanın hər üç şəxsi silahla təchiz etdiyini anlayıb. Yerevan şəhərindən Azərbaycan torpaqlarına silahlar Ermənistanın milli ordusunun baş komandanı Vazgen Sarkisyan tərəfindən göndərilib. Silahlar helikopterlər vasitəsilə Ermənistandan Əsgəran şəhərindən başqa digər böyük şəhərlərə göndərilib, hər rayon üzrə erməni silahlı birləşmələrinə rəhbərlik edən şəxslər tərəfindən qəbul edilib, bundan sonra erməni silahlı birləşmələrinin üzvlərinə paylanıb. Erməni silahlı birləşməsinin Aşot və Qaqo adlı üzvləri 1989-cu ilin oktyabr ayının əvvəllərində Şuşa-Xankəndi avtomobil yolundan keçən avtobusu partlatmaq məqsədilə "Zərinbağ" adlanan yerin yaxınlığında yola partlayıcı qurğu quraşdırıb, avtobus gecikdiyinə görə partlayış nəticəsində həmin vaxt yoldan keçən "KamAZ" markalı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
Aktyor Cavidan Novruz "Komedixana" komandası ilə yollarını yenidə

“2023-cü il ilə müqayisədə 2024-də Çin istehsalı maşınların satış

Murad Petrosyanın qrupunda "Əfqan" ləqəbli Artur, həmçinin Sasun

Türkiyənin ekran fenomenlərindən biri olan "Avlu" serialı 6 illik

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun adı Gin

Azərbaycanda fəaliyyət göstərən "Maxim" taksi sifarişi xidməti

Bakı şəhəri, Dənizkənarı Milli Parkda bir nəfər dənizə düşüb.

Dünyanın aparıcı telekommunikasiya şirkətləri internetin qlobal miqyasda

Myanmanın paytaxtı Neypido şəhərindən 10 km qərbdə 5.3 bal gücündə z�

Azərbaycanda bu gecədən başlayaraq pisləşəcəyi gözlənilən hava şəra

Naxçıvanda iki qadının mübahisəsi dava ilə nəticələnib.

Astrologiyada bürclərin sevgi və münasibətlərə yanaşması fərqli olur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Döv

"İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da taksi sürüc

Fransanın Ermənistana öldürücü silahlar verməsi, eləcə də sülhə xidm
