Bu gün 51 min şagird imtahan verəcək


Digərləri 13 Apr 2025 09:21:00 81 0

Bu gün 51 min şagird imtahan verəcək

Aprelin 13-də Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

DİM-dən Son.az-a bildirilib ki, imtahanda 51 min 237 şagirdin iştirakı nəzərdə tutulur.

Bu imtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 60 şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 212 imtahan binası, 3816 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 620 imtahan rəhbəri və ümumi rəhbər, 4762 nəzarətçi, 685 buraxılış rejimi əməkdaşı (mühafizə) və 212 bina nümayəndəsi ayrılıb.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan verəcək şagirdlər buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından aprelin 3-dən etibarən çap edib götürə bilirlər.

Lavrovun Türkiyədəki çıxışı böyük səsküyə səbəb oldu like
  • 13 Apr 09:07  
Digərləri Lavrovun Türkiyədəki çıxışı böyük səsküyə səbəb oldu

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatik Forumunda ç

arrow Ətraflı
Banklarda əmanət faizləri niyə yüksəlir? like
  • 13 Apr 08:53  
Digərləri Banklarda əmanət faizləri niyə yüksəlir?

Azərbaycanda mövcud olan 22 bankdan 9-u pulu əhalidən ən yüksək faizlə,

arrow Ətraflı
Həyatını ağ vərəqə çəkib, göz yaşı axıtdı like
  • 13 Apr 08:47  
Şou-biznes Həyatını ağ vərəqə çəkib, göz yaşı axıtdı

Müğənni Rahidə Baxışova efirdə göz yaşlarına qərq olub.

arrow Ətraflı
DİNdən növbəti xəbərdarlıq: Onlayn alışveriş edərkən... like
  • 13 Apr 08:39  
Kriminal DİNdən növbəti xəbərdarlıq: Onlayn alışveriş edərkən...

Daxili İşlər Nazirliyi vətəndaşlara onlayn alış-veriş edərkən bank ka

arrow Ətraflı
Tramp: Yeni rüsumlar ABŞyə gündəlik bu qədər qazandırır like
  • 13 Apr 08:32  
Dünya Tramp: Yeni rüsumlar ABŞyə gündəlik bu qədər qazandırır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yeni idxal rüsumları ölkəyə günd

arrow Ətraflı
“Taksi sürücülərinə yalvarırdın ki, səni bura gətirsinlər” like
  • 13 Apr 08:25  
Şou-biznes “Taksi sürücülərinə yalvarırdın ki, səni bura gətirsinlər”

"Bu şəhərdə" yumoristik estrada teatrının üzvü, Əməkdar arti

arrow Ətraflı
Nigeriyada avtobus minaya düşüb: 8 ölü, 20dən çox yaralı var like
  • 13 Apr 08:17  
Dünya Nigeriyada avtobus minaya düşüb: 8 ölü, 20dən çox yaralı var

Nigeriyanın şimal-şərqində avtobusun minaya düşməsi nəticəsində azı

arrow Ətraflı
Daha bir təyyarə qəzası  ölən var like
  • 13 Apr 08:10  
Dünya Daha bir təyyarə qəzası ölən var

ABŞ-ın Nyu-York ştatında altı nəfərin olduğu yüngülmühərrikli təyya

arrow Ətraflı
Həmin taksi sürücüsünə yeni maşın hədiyyə ediləcək like
  • 13 Apr 07:57  
Digərləri Həmin taksi sürücüsünə yeni maşın hədiyyə ediləcək

Bir neçə gün öncə aprelin 10-da Nizami rayonu, Heydər Əliyev prospekti il

arrow Ətraflı
Makiyaj vasitələrində mikrob riski like
  • 13 Apr 07:49  
Digərləri Makiyaj vasitələrində mikrob riski

London Metropolitan Universitetinin müəllimləri makiyaj məhsullarının gigi

arrow Ətraflı
Gümrahlıq verən içki  Çay və ya kakao deyil like
  • 13 Apr 07:40  
Digərləri Gümrahlıq verən içki Çay və ya kakao deyil

Araşdırmalar göstərir ki, artıq qəhvə yerini başqa bir təbii içkiyə v

arrow Ətraflı
"Trampın siyasəti yeni maliyyə böhranı yaradacaq" like
  • 13 Apr 07:28  
Dünya "Trampın siyasəti yeni maliyyə böhranı yaradacaq"

Almaniyanın gələcək kansleri Fridrix Merts hesab edir ki, ABŞ prezidenti Do

arrow Ətraflı
Yay başlamamış iki bürc cekpot udacaq like
  • 13 Apr 07:15  
Digərləri Yay başlamamış iki bürc cekpot udacaq

Bununla belə, diqqətli olmaq lazımdır, çünki böyük və gözlənilməz s�

arrow Ətraflı