"30 ildir yada düşməyən adamı birdənbirə Milli Məclis yada salır" Cahangir Novruzovla


Şou-biznes 12 Apr 2025 19:46:00 91 0

"30 ildir yada düşməyən adamı birdənbirə Milli Məclis yada salır"  Cahangir Novruzovla

"Əgər mənim gücüm, bacarığım, istedadım Azərbaycan mədəniyyəti üçün az da olsa xeyirli olacaqsa, bundan ancaq xoşbəxt ola bilərəm".

Bunu Oxu.Az-a müsahibəsində Xalq artisti Cahangir Novruzov deyib.

- Cahangir müəllim, ötən gün Milli Məclisdə sizin ölkəyə qayıtmanız təklif olunub. Bu xəbəri necə qarşıladınız?

"Bu məsələ mənim üçün nəinki xoş, hətta gözlənilməz bir fəxrdir. Əgər Vətənimin, millətimin Milli Məclisində haqqımda danışılırsa, bu, mənim xalqım üçün, millətim üçün, Azərbaycan mədəniyyəti üçün bir anlam kəsb etməyim deməkdir. Bundan ancaq qürurlanmaq, fəxr etmək olar. Hətta xəbəri birinci dəfə oxuyanda yoldaşım dedi, sən niyə qızardın belə? Dedim, əsəbiləşmədim, utandım. Təsəvvür edin ki, 30 ildir yada düşməyən bir adamı birdən-birə Milli Məclis yada salır. (gülür)

Həmişə dediyim bir söz var - mən də Azərbaycanın bir əsgəriyəm. Harada lazımamsa, Vətənim məni istəyirsə, oraya getməyə, baş qoymağa hazıram. Bu gün həqiqətən lazımamsa, rəsmən müraciət edərlər, oturub ciddi söhbət edərik. Əgər Vətənimdə mənə ümid bəsləyirlərsə, demək ki, gələndə orada nələrsə etməliyəm. Mən vəzifə həvəskarı olmamışam, deyiləm də. Amma bəzi reallıqlar var.

- Məsələn, hansı reallıqlar?

- Məsələ burasındadır ki, zamanla dağılanları birdən-birə tək adam qura bilməz. Əgər mənim ağlıma inanırlarsa, istər media, istər Mədəniyyət Nazirliyi və digər bu işə məsul strukturlar, hətta lazım olarsa, dövlətimizin, Prezidentimizin də dəstəyi ilə əl-ələ verib Azərbaycan teatrının inkişaf proqramını hazırlamalıyıq.

- Cahangir müəllim, belə anladım ki, əgər sizinlə bu məsələləri danışsalar, sizi yenidən səhnəmizdə görə biləcəyik. Düz anladım?

- Bilirsiniz ki, artıq 30 ildir Türkiyədəyəm. Demək olar burada kök salmışam. Nəvələrim burada oxuyurlar, yaşayırlar, işləyirlər. Özümün burada qurduğum bir sistem var. Yəni bildiyiniz-bilmədiyiniz bir çox şeylər var ki, bunların hamısını düşünməliyəm, götür-qoy etməliyəm. Əgər bu söhbətimiz 20 il bundan əvvəl olsaydı, mən yəqin ki, bu qədər dərinə getməyə ehtiyac bilməzdim.

Ərdoğan Kobaxidze ilə görüşdü like
  • 12 Apr 19:34  
Digərləri Ərdoğan Kobaxidze ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Antalya Diplomatiya Forumu üçü

arrow Ətraflı
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb like
  • 12 Apr 19:26  
Siyasət İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar

arrow Ətraflı
Fidanla Lavrov nələri müzakirə etdi? like
  • 12 Apr 19:19  
Digərləri Fidanla Lavrov nələri müzakirə etdi?

Türkiyənin Antalya şəhərində işgüzar səfərdə olan Rusiyanın xarici i

arrow Ətraflı
Türkiyədə ağır qəza  onlarla yaralı var like
  • 12 Apr 19:10  
Digərləri Türkiyədə ağır qəza onlarla yaralı var

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.

arrow Ətraflı
"WhatsApp"da problem yarandı like
  • 12 Apr 19:04  
Digərləri "WhatsApp"da problem yarandı

Populyar "WhatsApp" mesencerinin işində problemlər yaranıb.

arrow Ətraflı
Trumpın tariflərlə beş hədəfi – Onlardan hansı gerçəkləşdi? like
  • 12 Apr 18:56  
Dünya Trumpın tariflərlə beş hədəfi – Onlardan hansı gerçəkləşdi?

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trump keçən həftə dünya iqt

arrow Ətraflı
Ceyhun Bayramov Burkina Faso XİN rəhbəri ilə əməkdaşlıq potensialını müzakirə edib  FOTO like
  • 12 Apr 18:50  
Siyasət Ceyhun Bayramov Burkina Faso XİN rəhbəri ilə əməkdaşlıq potensialını müzakirə edib FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Burkina Faso xarici işl�

arrow Ətraflı
Uşaqlar arasında kütləvi virus yayılıb  SİMPTOMLAR like
  • 12 Apr 18:48  
Digərləri Uşaqlar arasında kütləvi virus yayılıb SİMPTOMLAR

Hazırda yalnız mövsümə xas olan kəskin respirator virus infeksiyalarına y

arrow Ətraflı
Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən son görüntülər like
  • 12 Apr 18:46  
Digərləri Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən son görüntülər

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan və İran nümayəndə heyətl�

arrow Ətraflı
Zaur Xalq artistini biabır etdi like
  • 12 Apr 18:39  
Şou-biznes Zaur Xalq artistini biabır etdi

Aparıcı Zaur Baxşəliyev bir Xalq artistinin digəri həmkarı haqqında xoş

arrow Ətraflı
Ailə lotereya uddu  arvad "dəli"yə döndü like
  • 12 Apr 18:32  
Dünya Ailə lotereya uddu arvad "dəli"yə döndü

Qəfil lotereya uduşu bir ər-arvad üçün ciddi sınaq olub.

arrow Ətraflı
300 bal yığan Sumqayıt məktəbliləri like
  • 12 Apr 18:26  
Digərləri 300 bal yığan Sumqayıt məktəbliləri

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart tarixində keçirilmiş bu

arrow Ətraflı
AzərbaycanSuriya Parlamentlərarası İşçi Qrupu bərpa ediləcək like
  • 12 Apr 18:19  
Siyasət AzərbaycanSuriya Parlamentlərarası İşçi Qrupu bərpa ediləcək

Suriyadakı vətəndaş müharibəsi zamanı bu ölkənin Azərbaycanla diplomat

arrow Ətraflı
Alkoqolun ən tez zədələdiyi 5 orqan like
  • 12 Apr 18:11  
Digərləri Alkoqolun ən tez zədələdiyi 5 orqan

Alkoqol çox vaxt rahatlanmaqla assosiasiya olunsa da, onun sağlamlığa təsir

arrow Ətraflı