Qayınana, qayınata və baldız birləşib gəlini döydü 50 manat cərimələndilər
Digərləri 11 Apr 2025 13:53:00 95 0
Astara rayonunda ailədaxili münaqişə qayınana, qayınata və baldızın cərimə edilməsi ilə yekunlaşıb.
Bu xəbəri də oxu: Estetik əməliyyat etmək istəyənlərə qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Rayonun Ərçivan qəsəbə sakini olan S.Hasilova (şərti) yaşadığı evdə qayınanası, qayınatası və baldızı tərəfindən döyüldüyünü bildirib.
Onun müraciəti polis tərəfindən araşdırılıb. Nəticədə S.Hasilovanın 69 yaşlı qayınatası, 66 yaşlı qayınanası və 42 yaşlı baldızı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və onlar saxlanılıblar.
Astara Rayon Məhkəməsində tərəflərin iştirakı ilə keçirilən prosesdə S.Hasilova hadisə baş verən gün evə gəldiyini və mətbəxdə baldızı ilə mübahisə etdiyini, bu zaman qayınanası ilə qayınatasının ona hücum edərək döydüklərini, təhqiramiz sözlər dediklərini və zorla otağına saldıqlarını bildirib.
Barələrində protokol tərtib edilmiş gəlinin ailə üzvləri onunla aralarında sözlü mübahisə olduğunu, S.Hasilovaya qarşı fiziki zorakılıq göstərmədiklərini deyiblər.
Məhkəmənin qərarı ilə qayınata və baldız ayrılıqda 50 manat, qayınana isə 100 manat cərimə edilərək sərbəst buraxılıb. (qafqazinfo)
Həqiqi hərbi xidmətdə olmağın son yaşı həddi müəyyən edilməyən ş�

Borcluların ölkədən getmək hüququ yeni qaydada müvəqqəti məhdudlaşdı

Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin rus dili müəlliməsi Humay Nə

Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getm

Piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən

Bəzi insanlar var ki, sanki pul onlara tərəf özü gəlir. İş qururlar - u�

ABŞ-ın Çindən başqa ölkələrə tətbiq edəcəyi əlavə rüsumlar hələ

Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulaca

Qanunvericilikdə kursantların vəzifələri müəyyənləşdirilir.

Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin

Reklam haqqında qanunvericiliyin pozulmasına görə cərimələr genişləndir

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiy

Daxili karantin sertifikatının verilməsinə görə dövlət rüsumu tutulmaya

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 11-də Antalyada Azərba
