Kursantlar bu vəzifələri daşıyacaqlar


Digərləri 11 Apr 2025 12:58:00 89 0

Kursantlar bu vəzifələri daşıyacaqlar

Qanunvericilikdə kursantların vəzifələri müəyyənləşdirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidməti Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində kursantlara aşağıdakı vəzifələrin verilməsi təklif edilir:

Silahlı Qüvvələrin hərbi qulluqçusu kimi öz borcunu dərindən dərk etmək, Azərbaycan Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, hərbi andın və hərbi nizamnamələrin tələblərini sözsüz yerinə yetirmək, sayıq, namuslu və Azərbaycan dövlətinin mənafeyinə sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvəsini, hətta həyatını belə əsirgəməmək;

hərb işini və peşə ixtisasını vicdanla öyrənmək, müəllimlərin, komandirlərin (rəislərin) ona öyrətdiklərini səylə yadda saxlamaq;

təhsil proqramlarında (kurikulumlarda) nəzərdə tutulmuş imtahanları vermək;

öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmək;

hərbi nizamnamələrin tələblərini dərindən bilmək və vicdanla yerinə yetirmək;

üzrsüz səbəblərdən dərsdən yayınmamaq, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

komandirlərin (rəislərin) və müəllimlərin əmr, sərəncam, göstəriş və tapşırıqlarını sözsüz, dəqiq və vaxtında yerinə yetirmək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək;

igid, cəsur və intizamlı olmaq, nalayiq hərəkətlər etməmək və kursant yoldaşlarını belə hərəkətlərdən çəkindirmək;

təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin və daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

öz silahını, həmçinin ona tapşırılan döyüş və digər texnikanı mükəmməl bilmək, həmişə saz və təmiz saxlamaq;

dövlət sirrini qorumaq;

komandirlərə (rəislərə), böyüklərə və müəllimlərə hörmət göstərmək, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına riayət etmək, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektoru (rəisi) daxil olmaqla, özünün birbaşa rəislərinin vəzifəsini, hərbi rütbəsini, adını və soyadını bilmək;

AğbəndKəlalə avtomobil körpüsünün tikintisi nə vaxt tamamlanır? like
  • 11 Apr 12:51  
Digərləri AğbəndKəlalə avtomobil körpüsünün tikintisi nə vaxt tamamlanır?

Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin

arrow Ətraflı
Reklam qaydalarını pozan bu şəxslər cərimələnəcək like
  • 11 Apr 12:46  
Digərləri Reklam qaydalarını pozan bu şəxslər cərimələnəcək

Reklam haqqında qanunvericiliyin pozulmasına görə cərimələr genişləndir

arrow Ətraflı
Bakıda 16 dərəcə isti, rayonlarda 5 dərəcə şaxta olacaq like
  • 11 Apr 12:43  
Digərləri Bakıda 16 dərəcə isti, rayonlarda 5 dərəcə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi like
  • 11 Apr 12:41  
Digərləri Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiy

arrow Ətraflı
Həmin sənədi alarkən rüsum tələb edilməyəcək like
  • 11 Apr 12:38  
Digərləri Həmin sənədi alarkən rüsum tələb edilməyəcək

Daxili karantin sertifikatının verilməsinə görə dövlət rüsumu tutulmaya

arrow Ətraflı
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib  FOTO like
  • 11 Apr 12:35  
Siyasət İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 11-də Antalyada Azərba

arrow Ətraflı
100 manatlıq bu cərimə 10 minədək qaldırılır like
  • 11 Apr 12:34  
Digərləri 100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimələr genişl

arrow Ətraflı
Aysel Soltanova vəzifəsindən azad edildi like
  • 11 Apr 12:31  
Digərləri Aysel Soltanova vəzifəsindən azad edildi

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC)

arrow Ətraflı
Bu qaydaları pozan şəxslər 50 min manat cərimələnəcək like
  • 11 Apr 12:27  
Digərləri Bu qaydaları pozan şəxslər 50 min manat cərimələnəcək

Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə yeni cərimələr m�

arrow Ətraflı
Hərbi forma geyinməyə xüsusi günlərdə icazə veriləcək like
  • 11 Apr 12:24  
Digərləri Hərbi forma geyinməyə xüsusi günlərdə icazə veriləcək

Ehtiyata və ya istefaya buraxılan şəxslərin hərbi formalarını hansı gü

arrow Ətraflı
Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilib like
  • 11 Apr 12:21  
Digərləri Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilib

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib.

arrow Ətraflı
"Baş redaktor"a hökm oxundu like
  • 11 Apr 12:16  
Digərləri "Baş redaktor"a hökm oxundu

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, R

arrow Ətraflı
Pinqvin helikopter qəzasına səbəb oldu like
  • 11 Apr 12:06  
Dünya Pinqvin helikopter qəzasına səbəb oldu

Yanvar ayında Cənubi Afrikada helikopter qəzasının səbəbi məlum olub.

arrow Ətraflı
Dağıdıcı zəlzələlər gəlir  Ərazilər AÇIQLANDI like
  • 11 Apr 12:00  
Dünya Dağıdıcı zəlzələlər gəlir Ərazilər AÇIQLANDI

Pekin Seysmoloji Agentliyinin mütəxəssisləri Asiya ərazisində növbəti bi

arrow Ətraflı