“TÜRK” etnonimi və törələri YUNUS OĞUZ yazır
Kriminal 10 Apr 2025 19:27:00 124 0
YUNUS OĞUZ
Bu xəbəri də oxu: “Opera Günləri” adlı genişmiqyaslı layihəyə start verir VIDEO
DAVAMI...
l hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/587277
ll hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/588140
lll hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/588687
IV hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/589406
V hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/590709
Avarların Qara dəniz sahillərinə gəlməsi də maraqlı bir dövrü əhatə edir. Eramızın VI əsrində başda İstemi xan olmaqla göytürklər Qərbə yürüş edirlər. Göytürklərdən qaçan avarların vəziyyəti ilk baxışdan çox pis görünür. Çünki arxadan güclü bir ordu gəlirdi. Odur ki, onların əsas məqsədi göytürklərdən daha uzaq məsafədə olmaq idi. Bu zaman Orta Asiyada eftalitlər fəallaşmağa başladılar və İstemi xanın fikrini avarlardan yayındırdılar.
Göytürklərdən yayınan avarlar özlərinə müttəfiq axtarmağa başladılar. Onlar alan başçısı Sarosdan Bizansla dostluq əlaqələrinin qurulmasını xahiş etdilər. Alan başçısı Saros avarların Bizansla əlaqə qurmasına kömək etdi və avar səfirini Konstantinopola göndərdi. Amma Bizans paytaxtında Yustinianın avarlara münasibəti birmənalı olmasa da və onlara inamsız yanaşsa da, cavab olaraq imperator onların məskunlaşdığı bölgəyə müxtəlif hədiyyələrlə birlikdə səfir göndərir və təklif edir ki, avarlar, imperiyanın əzəli düşmən olan sasanilərin üzərinə hücum etsinlər. İmperiyanın düşmənləri üzərinə yerimək əvəzinə avarlar müttəfiqlərinin üzərinə hücuma keçirlər..
VI əsrin ortalarında avarların birinci qurbanı sabirlər oldu, hansı ki, sabirlər onların yeni bir xalq kimi qəbul edərək "var" adlandırırdılar. Bu anlaşılmazlıq avarların tam qələbəsini təmin etdi. Daha sonra avarlar Bizansın müttəfiqlərini bir bir sıradan çıxarmağa başladı. Qafqazda əgər avarların müttəfiqləri alanlar idisə, Qara dəniz sahilində kuturqurlar onları daim dəstəkləyirdi.
Sabirlər tərəfindən avarların "var" adlandırılmasını L.N.Qumilyov "böyük olmayan linqvistik səhv" adlandırır. Lakin bu fikirlə razılaşmamaq da olar. Belə ki, göytürklər də avarları "varxunit" adlandırır. Məsələn, L.N.Qumilyov Bizans tarixçisi Menandra istinadən yazır:
"Türksanf səkkiz əylətdən birinin knyzı idi və o, Bizans səfiri Valentini qəbul edərək deyir: "Sizin şah zamanı ələndə cəzalanacaq ona görə ki mənimlə dostluq söhbətləri etdiyiniz halda, qullarım olan varxuintlərlə... (avarları nəzərdə tuturdu - L.N.Qumilyov) müqavilə bağlayırsınız. Amma varxunitlər (türküt - LN.Qumilyov - göytürk - Y.O.) türkün təbəəsi kimi, mən istədiyim zaman yanıma gələcəklər..."
Bu zamandan başlayaraq avarlar artıq Mərkəzi Avropaya sahiblik edirlər. Avarlar o qədər güclənmişdilər ki, Bizans imperiyasından və Avropanın digər ölkələrindən bac alırdılar. Hətta birinci avar xanı Bayan 10 min kuturquru Bizansın üzərinə göndərmişdi.
Biz bilərəkdən VI əsrdə avarların fəaliyyəti haqqında bir qədər geniş yazdıq, hərçənd "var" və "varxunit" etnosları, onların müqayisəli analizi ilə də kifayətlənə bilərdik. Lakin bizi məsələnin başqa tərəfi daha çox maraqlandırır. Nəzərə alaq ki, L.N.Qumilyovun qeyd etdiyi "var/varxuintlər", yaxud avarlar VI əsrdə Avropada kifayət qədər möhkəmlənmişdilər. İstemi xanın əlindən qurtulan avarlar, əvvəlcə Şimali Qafqaza, sonra Don sahillərinə, daha sonra isə Qara dənizin şimal hissələrinə və Mərkəzi Avropaya qədər gedib çıxmışdılar.
Beləcə məntiqi bir sual meydana gəlir; Strabonun Avropanın qərbində yerləşdirdiyi var-avarlar nə zaman buraya gəlib çıxıb? Burada var-avarlar nəinki yaşamış, hətta Varon adlı şəhər də salıblarmış. VI əsrdə göytürklərin əlindən qurtulan, Şərqdən Qərbə böyük axın edən avarlar imperiya qurmamışdan 600 il öncə, sən demə var-avarlar Avropada yaşayırlarmış. Haradan gəlibmiş bura var-avarlar? Bəlkə onlar aborigendilər? Yaxşı dalan olsa da çıxış yolunu tapmaq çox çətindir. Amma mümkündür. Türklərin Şərqdən Qərbə axınından öncə, tarixin müəyyən qırılmış anında Qərbdən Şərqə böyük türk axınları olmuşdur.
Eramızdan çox-çox əvvəllər Avropada yaşamış var -avarların bir hissəsi hansısa səbəbdən (bu səbəblər müxtəlif ola bilər; müharibə və quraqlıq təbii fəlakət - sel, daşqın, zəlzələ və sair) Şərqə köç etmiş və sonradan bu kontekstdə olduğu kimi, göytürklərin təzyiqi nəticəsində məğlub olaraq yenidən Qərbə köç edib, bu dəfə böyük imperiya qura bilmişlər.
Bunun səbəbini L.N.Qumilyov belə göstərir:
"Bizi etnosun tarixi, etnogenezi - etnosların yaranması və yox olması maraqlandırmalıdır. Belə ki, birincisi bizə qədər etnosların yaranma və yox olma prosesi açılmamışdır, ikincisi isə bu prosesi açıb göstərmək üçün bizə o material lazımdır ki, arxiv məlumatları ondan imtina edir. Belə olduqda problemin həllinə yaxınlaşa bilərik. Beləsi isə tarixi hadisələr, onların əlaqələri və ardıcıllığıdır" .
Bu tarixi hadisələri, onların əlaqə və ardıcıllığını L.N.Qumilyov "Qədim türklər" kitabında gözəl verir,ancaq bir xətt üzrə - Şərqdən Qərbə axın üzrə. Əks proses yoxdur. O yazır:
"...Beləliklə, türkütlər (göytürklər-Y.O.) ilyarım ərzində bütün Mərkəzi Qazaxıstanı, Yeddisuarasını və Xarəzmi özlərinə tabe etdilər. Sonra da çox çətinliklər başladı. Aral dənizinin şimalında göytürklər, xuni, var və oqor tayfalarının müqaviməti ilə üzləşdilər. Yalnız 558-ci ildə bu tayfalar darmadağın edildi və türkütlər (göytürklər - Y.O.) Volqaya çıxıb, onlara tabe olmayanları bu yerlərdən qovub uzaqlaşdırırdılar. Bu var və xuni tayfalarının 20 min adamı qalmışdır ki, sonradan bu iki tayfa birləşərək avar adını aldı". Göründüyü kimi L.N.Qumilyov tarixi prosesləri, etnosların yaranmasını ardıcıllıqla versə də, bu birtərəfli olub. Ola bilməzdi ki, hörmətli professor Q.Stratanovski tərəfindən 1964-cü ildə tərcümə edilmiş "Coğrafiya" kitabı ilə tanış olmasın. Bu kitabda göstərilən türk toponimləri, hidronimləri və etnonimləri nəzərdən keçirilməsin. Sual açıqdır.
Strabondan iqtibas çəkdiyimiz sətirdə o "bermet"lərin də adını çəkir. M.Kaşğaridə "ber"dən yaranmış sözlər aşağıdakı mənaları verir:
"Ber = vermək, gəlmək
Beriqsə = vermək, istəmək
Beril = verilmək
Bergə = qamçı, qırmanc (bərkə)
Berklək = qorutdurmaq
Bert = ağanın kölədən aldığı vergi.
"Qədim türk sözlüyü"ndə "ber" sözü demək olar ki, eyni mənaları verir.
Ber = vermək, təqdim etmək, bağışlamaq.
Ber = ərə vermək (qızımin qalinsiz bertdim - qızımı ərə verəndə qan bahasını almadım).
Ber = ödəmək
Beri = bura
Berkit = möhkəmləndirmək, tutmaq
Bert = ağanın kölədən aldığı vergi
Bertü = gödəkcə
Berü = bura".
Eləcə də Strabonun qeyd etdiyi "bardul"lar da az maraq kəsb etmir. Bu sözün açmasını iki mənada vermək olar. Belə ki, "bardul" sözünü bar+dul, həm də bard+ul kimi oxumaq olar. "Bard" sözündə "a" hərfinin "o" hərfinə fonetik dəyişməsi nəticəsində "börd" kimi də oxuna bilər.
Bəllidir ki, saitlər sistemində tarixi dialektologiya baxımından gözə çarpan xüsusiyyətlərdən biri o - a səs uyğunluğu ilə bağlıdır. Müasir türk dillərində bir sıra sözlərə (avlax, çavqun, qavurma) yazılı mənbələrimizdə o - a formasında təsadüf edilir. Məsələn, "ov" sözü "Dədə Qorqud"da "av" kimi oxunur; "av ovlayıb", "ava çıxdı", "qara qavurma" (100) və s. yaxud, "Gözü can avutmağa xumar imiş" (Q.Burhanəddin), "Avlıxda bu gün avlar ikən yarə yoluxdum" (Xətai), "Əyninə geyib qırmızı, yalav-yalav yanır üzü" (Qurbani), "Avçısı olmuşam sən tək maralın" (101). Göründüyü kimi "a/o" səs əvəzləməsi nəticəsində "bard" sözü "börd" kimi də oxuna bilər. Bord/borü/buri isə qədim türk dilində "qurd" mənasını verir. Əlavə edək ki, qurd totemi "Dədə Qorqud" eposunda önəmli yerlərdən birini tutur. Məsələn, "qara başım qurban olsun qurdum sana", "Azvay qurd əniyi erkəgində bir köküm var" və s. buna bənzər ifadələr əsatir vaxtlarda ulu babalarımızın qurdu soykök-totem saymalarına işarədir.
Daha sonra Strabon Astur, Kallan, Saqobrid, Bilbilis şəhərlərinin adını çəkir.
Məlumdur ki, müasir Azərbaycan və digər türk dillərində bil-bilmək sözü çox geniş yayılıb. "Qədim türk sözlüyü"ndə "bil" sözü müxtəlif mənalar verir:
"1. Bil = bilmək
2.bil = öyrənmək, dərk etmək;
3. bil = məsuliyyət hiss etmək;
4.bil = bilmək, fikirləşmək;
5.bildür = xəbər vermək;
Bilgə = aqil, çox bilən;
Bilgə bilig = ağıllı, hər şeyi dərk edən" .
Beynəlxalq münasibətlər və ictimai rəy sahəsində fəaliyyət göstərən

Sabah Zaqatala rayonunun Muxax kəndində qaz təchizatı dayandırılacaq.

Məktəblərə "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləy

Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsind�

İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlanıb.

"Bir çox insanlar düşünür ki, ABŞ prezidenti Donald Tramp sərt tarif

Martın 2-də keçirilmiş buraxılış imtahanın iştirakçıları arasında 2

ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrə yardımı dayandırıb.

2025-2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

Azərbaycanın avtomobil yollarında, xüsusilə də rayonlarda, istismara yarar

Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kuni Azərbaycan

Xızı rayonunda iritonnajlı yük maşınlarının iştirakı ilə yol-nəqliyy

Ermənistanda aprelin 15-dən ehtiyatda olan hərbçilər üçün təlimlər tə

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərba
