“Jasmine Park”ın sakinləri "kupça" ala bilmirlər "Şərurlu İsfəndiyara inandıq"


Digərləri 09 Apr 2025 15:45:49 89 0

“Jasmine Park”ın sakinləri "kupça" ala bilmirlər  "Şərurlu İsfəndiyara inandıq"

Xırdalan şəhər "Jasmine Park" yaşayış kompleksinin sakinləri əmlak hüquqlarının təmin edilmədiyini deyirlər. 

Son.az xəbər verir ki, qafqazinfo.az-a müraciət edən vətəndaşların sözlərinə görə, illər öncə ödənişini edib aldıqları mənzilin çıxarışı hələ də verilməyib.

Sakinlər bu kompleksin tikintisinin 2020-ci ildə başladığını və həmin vaxt da buradan mənzil aldıqlarını əlavə ediblər: "Jasmine Park"dan mənzili alarkən inşaat işləri katlavan mərhələsində idi. Baxmayaraq ki, ortada nə bina, nə də mənzil var idi, biz Şərurlu İsfəndiyara inanıb sərmayə qoyduq və mənzil aldıq. O zaman satış meneceri bizi əmin etdi ki, binalar hazır olan kimi bütün kommunal xidmətlər və daşınmaz əmlakın dövlət reyesterindən çıxarış təmin ediləcək. 2022-ci ildə binalar tam hazır idi. Elə biz də həmin il yeni mənzilimizə köçdük. Baxmayaq ki, ev üçün 5 il əvvəl ödəniş etmişik, bizim hələ də əmlak hüququmuz təmin edilməyib. Mənzillərimizin çıxarış alması üçün müvafiq dövlət qurumuna müraciət edilmir ki, əmlakımız qeydiyyata alınsın". 

Şikayətçilərin əllərində olan sənəd isə yalnız "Şərur MTK"dan mənzil almaq barədə müqavilə və maliyyə arayışıdır: "Bu vəziyyətlə bağlı "Şərur inşaat"ın məsul şəxslərinə müraciət etsək də, sualımız cavabsız qalır. Onlar "kupça"ların nə vaxt veriləcəyini demirlər. İsfəndiyar Axundov isə mövzu ilə bağlı sakinləri nə qəbul edir, nə də ki, şikayətlərini dinləyir. Köməkçisi vasitəsilə sakinlərə deyir ki, kompleks tam hazır olduqdan sonra çıxarışlar veriləcək. Bu kompleksin inşaatı, yuxarıda da qeyd etdiyimiz kimi 2020-ci ildə başlayıb. Deyilənə görə, ümumilikdə 12 bina tikintisi nəzərdə tutulub. 5 il ərzində 4 bina tikilib. Qalan 8 binanın isə nə zaman tikiləcəyi bəlli deyil. Hazırda cəmi üç əlavə binanın inşaat prosesi davam edir. 5 il ərzində 4 bina tikiblərsə, əlavə 8 binanın tikintisi üçün ən yaxşı halda 10 il tələb oluna bilər. Həmin vaxta qədər sakinlərin əmlak hüquqlarının pozulması davam edə bilməz. Çünki insanlar nağd şəkildə ödəniş edərək evlərinin çıxarışını almalıdırlar. Bu onların konstitusion hüquqlarıdır". 

Belə bir vəziyyətdə sakinlər təbii olaraq aldıqları evlərə qeydiyyyata da düşə bilmirlər: "Bəzi sakinlər övladlarını məktəbə və ya uşaq bağçasına yazdırmaqdan ötrü polis idarəsində qeydiyyata düşürlər. "Jasmine Park"da evləri olduğu halda ora qeydiyyata düşə bilmirlər. Sənəd məsələsinin həll olunmaması şirkətin maraqlarına uyğundur. Çünki mənzillərini satmaq istədikdə məcburən şirkətə müraciət edirlər. Alqı-satqı müqaviləsinin dəyişdirilməsi şirkətdə həyata keçirilir. Müqavilənin dəyişdirilməsi üçün şirkət sakinlərdən qeyri-qanuni şəkildə 3000 manat vəsait tələb edir. Mənzilin çıxarışı olacağı təqdirdə, daha az dövlət rüsumu ödəməklə alqı-satqı ola bilərdi. Lakin şirkət çıxarışları verməməklə özü üçün əlavə qazanc yeri təmin edir. Belə ki, hər alqı-satqı prosesindən əlavə 3 min manat qazanır ki, bu da qanunsuzdur. Həmin 3 min manatın qeydiyyatı aparılmır və heç bir vergi prosesinə cəlb edilmir. 

İşin maraqlı tərəfi budur ki, "Şərur inşaat"ın inşa etdiyi binaların əksəriyyətində 10 illər keçməsinə baxmayaraq, çıxarışlar təqdim olunmayıb".

İddialarla bağlı Şərur MTK ilə əlaqə saxladıq. Şirkətin Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova şikayətlər haqda bunları dedi: "Tikinti kompleksi 11 girişdən ibarətdir, 4 girişi hazırdır. Qalanlarının tikintisi isə davam etdirilir. Tikinti tam başa çatdıqdan sonra istismara veriləcək". 

Mirzoyan Türkiyəyə gedəcək like
  • 09 Apr 15:43  
Digərləri Mirzoyan Türkiyəyə gedəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfəri gözlən

arrow Ətraflı
“CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu like
  • 09 Apr 15:40  
Digərləri “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu

"CineMastercard" Las-Veqasda kino istehsalı, distribusiya və texnolo

arrow Ətraflı
Generalın bacısı oğlu çimərlik fotoları ilə şantaj edildi like
  • 09 Apr 15:28  
Digərləri Generalın bacısı oğlu çimərlik fotoları ilə şantaj edildi

Həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rə

arrow Ətraflı
Meteohəssas insanların DİQQƏTİNƏ like
  • 09 Apr 15:26  
Digərləri Meteohəssas insanların DİQQƏTİNƏ

Sabah hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq.

arrow Ətraflı
“Starlink” qurğuları ölkəyə buraxılmır? like
  • 09 Apr 15:23  
Digərləri “Starlink” qurğuları ölkəyə buraxılmır?

Artıq bir müddətdir ki, "Starlink" internet xidməti Azərbaycanda

arrow Ətraflı
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq  RƏSMİ like
  • 09 Apr 15:21  
Digərləri Bu şəxslər hərbi xidmətə çağırılmayacaq RƏSMİ

Azərbaycanda bakalavr və magistratura təhsil pillələrini bitirən şəxslə

arrow Ətraflı
Yollarda görünüş məsafəsi məhdudlaşacaq like
  • 09 Apr 15:16  
Digərləri Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq.

arrow Ətraflı
“O gənclərin həyatını qaraldan sizsiniz” like
  • 09 Apr 15:10  
Siyasət “O gənclərin həyatını qaraldan sizsiniz”

Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-də keçirilən iclasınd

arrow Ətraflı
Tarixdə bir ilk: Elm adamları nəsli kəsilmiş bu heyvanı həyata qaytardı like
  • 09 Apr 15:02  
Digərləri Tarixdə bir ilk: Elm adamları nəsli kəsilmiş bu heyvanı həyata qaytardı

ABŞ-ın Texas ştatında yerləşən Colossal Biosciences şirkəti elmi aləmd

arrow Ətraflı
Günün ən şanslı BÜRCÜ: Əsl sürpriz olacaq like
  • 09 Apr 14:52  
Digərləri Günün ən şanslı BÜRCÜ: Əsl sürpriz olacaq

Bu gün bürcün bir əlaməti əsl sürpriz alacaq: vəhşi enerji artımı, v�

arrow Ətraflı
"Mən ucuz şey geyinirəm, siz min hoqqadan çıxırsınız..." like
  • 09 Apr 14:41  
Şou-biznes "Mən ucuz şey geyinirəm, siz min hoqqadan çıxırsınız..."

Teleaparıcı Mətanət Əliverdiyeva verilişnə gələn qonaqlara xəbərdarl

arrow Ətraflı
Güclü qasırğa gəlir  Ərdoğandan "iqtisadi böhran" şərhi like
  • 09 Apr 14:40  
Siyasət Güclü qasırğa gəlir Ərdoğandan "iqtisadi böhran" şərhi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-dəki iclasda

arrow Ətraflı
Bu ərazilər Azərbaycanın nəzarətinə keçir like
  • 09 Apr 14:31  
Digərləri Bu ərazilər Azərbaycanın nəzarətinə keçir

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əldə edilmiş

arrow Ətraflı
Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri ABAnın 35 illiyini təbrik edib like
  • 09 Apr 14:30  
Digərləri Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri ABAnın 35 illiyini təbrik edib

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, Azərbay

arrow Ətraflı