“CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu
Digərləri 09 Apr 2025 15:40:00 90 0
"CineMastercard" Las-Veqasda kino istehsalı, distribusiya və texnologiyası sahəsində peşəkarlar üçün keçirilən kino sənayesinə həsr olunmuş illik "CinemaCon" konfransında Azərbaycanı təmsil etdi.
Bu xəbəri də oxu: Cahangir Atakişiyevə yüksək vəzifə verildi
2011-ci ildə təsis olunduğu gündən bəri "CinemaCon" əhəmiyyətli dərəcədə inkişaf edərək və genişlənərək qlobal kino sənayesi üçün ən böyük və ən vacib tədbirə çevrilmişdir. "CinemaCon" həqiqətən beynəlxalq miqyasda keçirilir və 80-dən çox ölkədən iştirakçıları cəlb etməklə onun önəmini və əhəmiyyətini bir daha vurğulayır.
Tədbirdə ən böyük Hollivud studiyaları, rejissorlar, aktyorlar, prodüserlər və kino ilə bağlı digər sahələrin nümayəndələri bir araya gəldi. Həmçinin film təqdimatları, texnologiya sərgiləri və kino sənayesində gələcək tendensiyaları müzakirə etmək üçün görüşlər keçirilib. Konfransda "CineMastercard" (CinemaPlus MMC) kinoteatrlar şəbəkəsinin direktoru Murat Camcı və Müşahidə Şurasının sədri Zaur Darabzadə iştirak ediblər. Onlar növbəti mövsümdə nümayiş olunacaq filmlər üçün dünyanın öndə gedən film studiyaları ilə strateji əməkdaşlıq müqavilələri imzalayıblar. Həmin şirkətlər arasında Universal Pictures, Sony Pictures, The Walt Disney Company, Paramount Pictures və Warner Bros. studiyaları da yer alır. Bundan əlavə, nümayəndələr kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla, yeniliklərlə, innovativ həllərlə tanış olub və onları təqdim edən şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçiriblər. Konfrans zamanı Murat Camcı və Zaur Darabzadə kinonun inkişaf strategiyaları, yeni texnoloji tendensiyalar, innovativ həllər və nailiyyətləri müzakirə ediblər. Kinoteatr qlobal kino sənayesində lider mövqeyini əldə etməyə çalışır, yenilikləri davamlı şəkildə tətbiq edərək tamaşaçılarına hər zaman ən yüksək keyfiyyəti təqdim etməyi hədəfləyir. Daim yeni texnologiya və innovasiyalara olan yanaşması ilə "CineMastercard" Azərbaycan kino sənayesində bir lider kimi mövqeyini gücləndirməyi planlaşdırır.
Həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rə

Sabah hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq.

Artıq bir müddətdir ki, "Starlink" internet xidməti Azərbaycanda

Azərbaycanda bakalavr və magistratura təhsil pillələrini bitirən şəxslə

Sabah ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-də keçirilən iclasınd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Instagram"

ABŞ-ın Texas ştatında yerləşən Colossal Biosciences şirkəti elmi aləmd

Bu gün bürcün bir əlaməti əsl sürpriz alacaq: vəhşi enerji artımı, v�

Teleaparıcı Mətanət Əliverdiyeva verilişnə gələn qonaqlara xəbərdarl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-dəki iclasda

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əldə edilmiş

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, Azərbay

Son dövrlərdə Azərbaycanda avtomobil almaq ciddi bir problemə çevrilib. Ba

Teleaparıcı Zaur Baxşəliyev sosial şəbəkələrdə gündəm olub.
