Rüşvət alan vəzifəli şəxslər saxlanıldı
Kriminal 05 Mar 2025 11:01:00 121 0
Bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında deyilir
Bu xəbəri də oxu: 16 minlik oğurluq etdi
Vətəndaşdan rüşvət alan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib.
.
Qeyd olunub ki, hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Şükürov Ramin Aydın oğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Əzimov Xalid Valik oğlu və zabiti Nəbiyev Emil Ramiz oğlunun qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa "hərbi bilet əvəzi arayış" verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Şükürov Ramin Aydın oğlu və Nəbiyev Emil Ramiz oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma), Əzimov Xalid Valik oğluna isə həmin Məcəllənin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.
"Nə Avropa, nə ABŞ, nə də Ukrayna Rusiya ilə konflikti davam etdirə

Belarus prezidenti Aleksandr Lukaşenko Minskin Rusiya prezidenti Vladimir Putin

Astroloqlar əminliklə bildirirlər ki, yaxın 5 gündə 3 bürc əlaməti nəz

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 r

Aparıcı İlkin Həsəni izləyicilərindən birinin ona yazdığı tənqidi ya

Bakı şəhəri, Yasamal rayonu Zivər bəy Əhmədbəyov ünvanında yerləşə

Buzovnada fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsind�

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

Vladimir Zelenskinin ABŞ-dan silah tədarükünün dayandırılmasından sonra

Elgiz Əkbərin "Elgizlə izlə" verilişində qalmaqal yaşanıb.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə tapılan kokainin Co Baydenə və ya oğl

"Qumralı sevib, ailə qurmuşam. Sevgi olmasaydı bu iş olmazdı. Yaşa d

Türkiyədə məsciddə namaz zamanı xoşagəlməz hadisə baş verib. Namaz q�
