“28 May” stansiyası bu tarixdən bağlanır RƏSMİ


Digərləri 09 Apr 2025 11:32:00 78 0

“28 May” stansiyası bu tarixdən bağlanır  RƏSMİ

Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" "28 May" stansiyasının təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracağı ilə bağlı məlumat yayıb. Yəni, "Dərnəgül" - "Həzi Aslanov" xətti yalnız "Nizami" stansiyasına qədər fəaliyyət göstərəcək.

Həmçinin "Həzi Aslanov" - "İçərişəhər" xətləri üzrə qatarlar "28 May" stansiyasında dayanmayacaq. Buna səbəb isə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında birləşdirici tunelin inşasıdır. 

Rəsmi məlumatın yayılması sosial şəbəkədə böyük müzakirə və narahatlıqlara səbəb olub. İddia olunur ki, təmir işləri təxminən 6 ay sürəcək. Paytaxtın ictimai nəqliyyat yükünün böyük hissəsini təşkil edən Bakı metrosunda aparıcı stansiyalardan birinin uzun müddət işləməməsi isə onsuz da iflic vəziyyətdə olan yerüstü nəqliyyatın tamamilə yararsız hala düşməsi deməkdir. Məsələn, metronun "Əcəmi" stansiyasından "Nərimanov"a getmək istəyən sərnişin bunun üçün "Nizami" stansiyasına getməli, yolunun qalan hissəsini isə bir və ya bir neçə marşrut avtobusu ilə davam etdirməlidir. 

Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların "Dərnəgül" stansiyasından "Şah İsmayıl Xətai" stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün "Cəfər Cabbarlı" stansiyasından istifadə etməli olacaqlar. "Həzi Aslanov" - "İçərişəhər" xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.

Məsələ ilə bağlı daha detallı məlumat almaq üçün "Qafqazinfo" "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, təmir işlərinə bu ilin son aylarında başlanılacaq: "28 May" stansiyasından qatarların "Dərnəgül" stansiyası istiqamətində hərəkətinə məhdudiyyət "Cəfər Cabbarlı" -"Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq. Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub. 

Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək".

Göründüyü kimi, qurum dəqiq tarix açıqlamasa da, sorğudan təmirin ilin sonuna doğru - oktyabr, noyabr və ya dekabr aylarında başlayacağını deyə bilərik.

Qeyd edək ki, metrodan istifadə edən sərnişinlərin sayı il-ildən artır. Belə ki, statistikaya görə, ötən il ərzində 229 584 259 sərnişin yeraltı nəqliyyatdan istifadə edib. Əvvəlki 2 illə müqayisədə sərnişin sayında 2023-cü ilə nisbətən 4.6%, 2022-ci ilə nisbətən 10% artım olub. 

Səfərbərlik sistemindəki korrupsiya halları: 157 həkim... like
  • 09 Apr 11:22  
Digərləri Səfərbərlik sistemindəki korrupsiya halları: 157 həkim...

Baş Prokurorluq: SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçmək

arrow Ətraflı
Yaxın 20 ilə məhv olacaq 4 peşə like
  • 09 Apr 11:20  
Digərləri Yaxın 20 ilə məhv olacaq 4 peşə

Süni intellekt texnologiyasının gələcək təsirləri ilə bağlı aparılan

arrow Ətraflı
Türkiyədə gömrükdə əməliyyat  Vəzifəli şəxslər rüşvət alarkən tutuldu  VİDEO like
  • 09 Apr 11:15  
Digərləri Türkiyədə gömrükdə əməliyyat Vəzifəli şəxslər rüşvət alarkən tutuldu VİDEO

Ədirnə Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan rüşv�

arrow Ətraflı
Prezident: Müharibədən sonrakı vəziyyətin necə inkişaf edəcəyi Ermənistandan asılıdır like
  • 09 Apr 11:14  
Siyasət Prezident: Müharibədən sonrakı vəziyyətin necə inkişaf edəcəyi Ermənistandan asılıdır

Müharibədən sonrakı vəziyyət necə inkişaf edəcək? Bu, əsasən Erməni

arrow Ətraflı
ABŞ Meksikaya hücuma hazırlaşır?  Hədəfdə bu yerlər var like
  • 09 Apr 11:13  
Dünya ABŞ Meksikaya hücuma hazırlaşır? Hədəfdə bu yerlər var

ABŞ prezidenti Donald Tramp administrasiyasının Meksikadakı narkotik kartell

arrow Ətraflı
İlham Əliyev: Trampın Prezident seçilməsi Ermənistanı ciddi şəkildə məyus etdi like
  • 09 Apr 11:07  
Siyasət İlham Əliyev: Trampın Prezident seçilməsi Ermənistanı ciddi şəkildə məyus etdi

Onlar (Ermənistan - red.) ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra dem

arrow Ətraflı
"Qız qaçırma" üstündə silahlı dava   13 nəfər yaralandı  ANBAAN VIDEO like
  • 09 Apr 11:05  
Digərləri "Qız qaçırma" üstündə silahlı dava 13 nəfər yaralandı ANBAAN VIDEO

Diyarbəkirin Kayapınar rayonunda iki ailə arasında "qız qaçırma"

arrow Ətraflı
Qəhrəman gizirimiz həlak oldu  FOTO like
  • 09 Apr 10:57  
Digərləri Qəhrəman gizirimiz həlak oldu FOTO

Azərbaycanın qəhrəman övladlarından biri 44 günlük Vətən Müharibəsin

arrow Ətraflı
Bu nazirlik işçi axtarır like
  • 09 Apr 10:27  
Digərləri Bu nazirlik işçi axtarır

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda

arrow Ətraflı
Azərbaycanda Dollar “gizlənməyə” başladı like
  • 09 Apr 10:23  
Digərləri Azərbaycanda Dollar “gizlənməyə” başladı

Mərkəzi Bankın banklara gündəlik satılan xarici valyutanın məbləğini a

arrow Ətraflı
Sarayda əl qumbaraları tapıldı  FOTO like
  • 09 Apr 10:22  
Digərləri Sarayda əl qumbaraları tapıldı FOTO

Sarayda 4 ədəd əl qumbarası aşkarlanıb.

arrow Ətraflı
Bank kartında pulu olanlar DİQQƏT  DİN təcili çağrış etdi like
  • 09 Apr 10:22  
Kriminal Bank kartında pulu olanlar DİQQƏT DİN təcili çağrış etdi

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talam

arrow Ətraflı
Bakının bu ərazisi işıqsız qalacaq like
  • 09 Apr 09:57  
Digərləri Bakının bu ərazisi işıqsız qalacaq

Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində f

arrow Ətraflı
İlham Əliyev: Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdləri birmənalı şəkildə uğursuz olacaq like
  • 09 Apr 09:53  
Siyasət İlham Əliyev: Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdləri birmənalı şəkildə uğursuz olacaq

Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalay�

arrow Ətraflı