ABŞ Meksikaya hücuma hazırlaşır? Hədəfdə bu yerlər var
Dünya 09 Apr 2025 11:13:43 111 0
ABŞ prezidenti Donald Tramp administrasiyasının Meksikadakı narkotik kartellərinə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə hücum planları hazırladığı bildirilir.
Bu xəbəri də oxu: “Bu həftə Rusiyadan cavab alacağıq” Tramp
Son.az xarici mediaya istinadla xəbər verir ki, mövzu ilə bağlı NBC News-a danışan ABŞ-ın hazırkı və keçmiş təhlükəsizlik rəsmiləri bildirib ki, bu əməliyyatların Meksika hökumətinin razılığı ilə həyata keçirilməsi nəzərdən keçirilir. Bununla belə, birtərəfli hərbi müdaxilə ehtimalı da masada qalır.
Mənbələrə görə, Trampın komandası kartel üzvləri və onların logistik şəbəkələrinə qarşı dron zərbələri endirməyi müzakirə edir. Hücumların hədəfinə narkotik daşıyan nəqliyyat vasitələri, anbarlar və laboratoriyalar da daxil edilə bilər.
ABŞ rəsmiləri Meksika hökumətinin razılığı olmadan hərbi əməliyyat keçirmək ehtimalının da istisna olunmadığını bildiriblər. Lakin belə bir addımın iki ölkə arasında diplomatik gərginlik yaradacağı və miqrasiya, təhlükəsizlik kimi sahələrdə əməkdaşlığa zərbə vuracağı qeyd olunur.
Xatırladaq ki, fevral ayında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Meksikadakı fentanil laboratoriyalarına qarşı gizli PUA uçuşları həyata keçirmişdi. Rəsmilər bu uçuşların öldürücü hücum məqsədi daşımadığını, yalnız məlumat toplamaq və bu məlumatları Meksika hakimiyyəti ilə bölüşmək məqsədi daşıdığını bildirib.
Fidan Son.az
Onlar (Ermənistan - red.) ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra dem

Diyarbəkirin Kayapınar rayonunda iki ailə arasında "qız qaçırma"

Azərbaycanın qəhrəman övladlarından biri 44 günlük Vətən Müharibəsin

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda

Mərkəzi Bankın banklara gündəlik satılan xarici valyutanın məbləğini a

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talam

Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində f

Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalay�

Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda yerləşən Mehmet Yüzügül

Müğənni Nərmin Kərimbəyovanın başına iş gəlib.

Aprelin 12-nə planlaşdırılan İran və ABŞ arasında danışıqların birba
