Paşinyan İrana söz verdi


Digərləri 05 Mar 2025 11:33:00 100 0

Paşinyan İrana söz verdi

Ermənistanın Qərblə münasibətləri İran üçün təhlükə yarada bilməz.

Son.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İran Dövlət Televiziyasına müsahibəsində deyib.

"Bizim digər ölkələrlə münasibətlərimizdə İran üçün heç bir təhlükə yoxdur və mən əminəm ki, İranın üçüncü ölkələrlə münasibətlərində Ermənistan üçün təhlükə yoxdur", - deyə erməni baş nazir qeyd edib. 

Paşinyan bildirib ki, iki ölkə arasında münasibətlər təbii maraqlara əsaslanır və strateji məntiqə uyğun inkişaf edir.

O vurğulayıb ki, Ermənistan İranın maraqlarına həssasdır. Ermənistan hakimiyyətinin qərbyönlü mövqeyinin İranla münasibətlərə mane olub-olmaması ilə bağlı suala Paşinyan cavab verib ki, İrəvan balanslaşdırılmış və ədalətli xarici siyasət yürüdür. O, rəhbərlik etdiyi illərdə Ermənistan-İran münasibətlərinin dinamikasının əvvəlki illərdən heç də aşağı olmadığını, üstəlik, yaxşılaşdığını vurğulayıb.

Eyni zamanda, Paşinyan qeyd edib ki, 2018-ci ildən sonra İrəvan region ölkələri ilə bağlı siyasətə böyük diqqət yetirməklə yanaşı, Aİ ilə fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, Ermənistan hökuməti bu ölkələrin hər birinə hörmətlə yanaşır.

"Amma regional müxtəliflik təkcə Qərblə deyil, Şərqlə də inteqrasiya imkanı yaradır. Biz şərti Şərqlə münasibətlərimizin zəifləməsini istəmirik, əksinə, onları dərinləşdirmək istəyirik. Bu kontekstdə İranla əlaqələr çox vacibdir. Biz İslam dünyası ilə də əlaqələrimizi dərinləşdirmək istəyirik", - deyə o qeyd edib.

İran Qərb tərəfindən təhdid olunarsa, Ermənistanın necə hərəkət edəcəyi ilə bağlı suala cavab olaraq Paşinyan bildirib ki, İrəvan İslam Respublikasına qarşı yönəlmiş hərəkətlərdə iştirak etməyəcək. Onun sözlərinə görə, məhz təbii maraqlara əsaslanan əməkdaşlıq "bizi bir-birimizin maraqlarına həssas edir. İranın inkişafı və təhlükəsizliyi bizim üçün son dərəcə vacibdir".

Ermənistan və ABŞ arasında bu yaxınlarda imzalanmış strateji əməkdaşlıq müqaviləsi və onun həyata keçirilməsi imkanlarına gəlincə, Paşinyan bu sənədin həm qonşular, həm də region ölkələri üçün niyyətlərin şəffaflığını nümayiş etdirmək baxımından ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.

"Ümid edirik ki, bu razılaşma həyata keçiriləcək və regionda nəinki təhlükələr artmayacaq, həm də imkanlar önə çəkiləcək", - deyə o bildirib.

Jurnalistin "ABŞ, bir qayda olaraq, öhdəliklərini yerinə yetirmir" fikrinə cavab olaraq, Paşinyan cavab verib ki, İrəvan həmişə regional maraqları nəzərə alır və bundan sonra da bu prinsipi rəhbər tutacaq. "Unikal" 

Ashgabattimes portalında Azərbaycanın turizm potensialı haqqında məqalə dərc edilib like
  • 05 Mar 11:25  
Digərləri Ashgabattimes portalında Azərbaycanın turizm potensialı haqqında məqalə dərc edilib

Türkmənistanın ashgabattimes.com portalı Azərbaycanın turizm potensialın�

arrow Ətraflı
Şəhriyar Əbilov əməliyyat olundu  VİDEO like
  • 05 Mar 11:23  
Şou-biznes Şəhriyar Əbilov əməliyyat olundu VİDEO

Aparıcı Şəhriyar Əbilov əməliyyat olunub. 

arrow Ətraflı
Bakıda bu tunel hər an uça bilər  VİDEO like
  • 05 Mar 11:15  
Digərləri Bakıda bu tunel hər an uça bilər VİDEO

Bakı şəhərinin şimal girişində yerləşən və "Şamaxinka" kim

arrow Ətraflı
Qoyun oğruları tutuldu  FOTO like
  • 05 Mar 11:10  
Kriminal Qoyun oğruları tutuldu FOTO

Cəlilabad rayonu ərazisində müxtəlif vaxtlarda 3 yaşayış evinin həyəti

arrow Ətraflı
Xalq artistinin geyimi müzakirələrə səbəb oldu   FOTO like
  • 05 Mar 11:08  
Şou-biznes Xalq artistinin geyimi müzakirələrə səbəb oldu FOTO

Xalq artisti Röya Ayxanın fotosessiyası birmənalı qarşılanmayıb.

arrow Ətraflı
Rüşvət alan vəzifəli şəxslər saxlanıldı like
  • 05 Mar 11:01  
Kriminal Rüşvət alan vəzifəli şəxslər saxlanıldı

Bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırı�

arrow Ətraflı
"Heç kim Rusiya ilə müharibə apara bilməz" like
  • 05 Mar 11:00  
Dünya "Heç kim Rusiya ilə müharibə apara bilməz"

"Nə Avropa, nə ABŞ, nə də Ukrayna Rusiya ilə konflikti davam etdirə

arrow Ətraflı
Zelenski, Tramp və Putini danışıqlara dəvət ETDİ like
  • 05 Mar 10:59  
Dünya Zelenski, Tramp və Putini danışıqlara dəvət ETDİ

Belarus prezidenti Aleksandr Lukaşenko Minskin Rusiya prezidenti Vladimir Putin

arrow Ətraflı
3 BÜRCÜN həyatı tezliklə dəyişəcək like
  • 05 Mar 10:50  
Digərləri 3 BÜRCÜN həyatı tezliklə dəyişəcək

Astroloqlar əminliklə bildirirlər ki, yaxın 5 gündə 3 bürc əlaməti nəz

arrow Ətraflı
İş adamı biabırçı şəkildə öldü like
  • 05 Mar 10:49  
Dünya İş adamı biabırçı şəkildə öldü

İş adamı biabırçı şəkildə ölüb.

arrow Ətraflı
Bakıda zavod YANIR: əraziyə 3 təcili tibbi yardım gedib like
  • 05 Mar 10:48  
Digərləri Bakıda zavod YANIR: əraziyə 3 təcili tibbi yardım gedib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 r

arrow Ətraflı
İlkin izləyicisinə əsəbiləşdi  FOTO like
  • 05 Mar 10:30  
Şou-biznes İlkin izləyicisinə əsəbiləşdi FOTO

Aparıcı İlkin Həsəni izləyicilərindən birinin ona yazdığı tənqidi ya

arrow Ətraflı
Bu tibb müəssisəsində həkimlər "kurtkada" müayinə aparır like
  • 05 Mar 09:55  
Digərləri Bu tibb müəssisəsində həkimlər "kurtkada" müayinə aparır

Bakı şəhəri, Yasamal rayonu Zivər bəy Əhmədbəyov ünvanında yerləşə

arrow Ətraflı
Bakıda bu məkandan dönərxanalara at əti satıblarmış  FOTO like
  • 05 Mar 09:52  
Digərləri Bakıda bu məkandan dönərxanalara at əti satıblarmış FOTO

Buzovnada fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsind�

arrow Ətraflı