Xalq yazıçısı xanımını öpdüyünə görə kimi döymüşdü? FOTO


Kriminal 06 Apr 2025 21:54:00 65 0

Xalq yazıçısı xanımını öpdüyünə görə kimi döymüşdü?  FOTO

1 aprel Azəbaycanın mərhum Xalq yazıçısı İsa Hüseynovun (İsa Muğanna) anım günü idi.

"Yanar ürək", "Doğma və yad adamlar", "Məhşər", "İdeal", "Türfə", "Cəhənnəm", "İsahəq Musahəq" romanlarının, "Teleqram", "Saz", "Tütək səsi", "Kollu koxa" povestlərinin müəllifi, "26-lar", "Ulduzlar sönmür", "Nəsimi", "Tütək səsi", "Nizami" bədii filmlərinin ssenari müəllifi olan İsa Hüseynov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi idi.

Son.az kulis.az-a istinadən İsa Hüseynovla bağlı bir neçə maraqlı əhvalatı təqdim edir. Əhvalatlar Xalq yazıçısı İsmayıl Şıxlının "Dostum Qabilin qəribə əhvalatları" kitabındandır.

İsa Hüseynov kotletdən necə qurtuldu?

Qabillə İsa Hüseynov bir mənzildə yaşayırdılar. Dörd otaqlı mənzilin ikisində Qabil olurdu ailəsi ilə, ikisində də İsa. Bir yay mənzildə tək qalırlar. (Arvad-uşağı rayona, istirahətə göndəriblərmiş). İsa adəti üzrə oturub işləyir, Qabil də mətbəxdə kotlet qızardır ki, nahar vaxtı birlikdə çörək yesinlər. İsa xeyli işlədikdən sonra gərnəşib ayağa durur və mətbəxə keçir. Görür ki, Qabil qolsuz köynəkdə, qan-tər içində kotlet qızardır. Sapılcadakı kotletlər cızhacızla, çathaçatla qızarır. İsa kənarda dayanıb müşahidə edir. Bilmək istəyir ki, kotletlər niyə belə parta-partla bişir. Görür ki, Qabilin alnından axan tər zolaqlanıb, burnunun ucuna yığılır və orada iri damcıya çevrilib tappıltıyla sapılcaya, kotletlərin üstünə düşür və dərhal da çatıltı-partıltı başlayır.

Qabil tüstü-duman içində, burnunun-gözünün suyu axa-axa bişirdiyi kotleti çəngələ keçirib yuxarı qaldırır, diqqətlə o üz-bu üzünə baxır və İsaya yaxınlaşır.

- Əla qızarıb. Bir dadına bax.

Onsuz da vasvası olan İsa geri çəkilir.

- Toxam.

- Elə şey yoxdu. Zəhmət çəkib kotlet qızartmışam. Oturub birlikdə ləzzətlə yeyəcəyik. Əl çəkən deyiləm. Bilirəm acsan. Naz eləmə.

İsa başa düşür ki, Qabil əl çəkməyəcək, onu da başa düşür ki, nə qədər ac olsa da, kotletə yaxın dura bilməyəcək. Birdən əlac tapmış kimi dillənir:

- Qabil, onda belə eləyək. Sən kotletləri qızart, süfrə aç, mən də gedim təzə çörək alım.

- Nə olar, lap yaxşı.

İsa gedir. Qabil şövqlə süfrə açır, pomidor-xiyar doğrayır, nimçələri düzür, sapılcanı ortaya qoyur və İsanı gözləyir.

Həmin gün İsa evə gəlmir...

Qabillə İsa Hüseynovun adam döyməyi

Təzə il idi. Evimizdə oturub Yeni ili qarşılayırdıq. Gecədən xeyli keçmişdi. Təxminən, saat üç olardı. Qapımız döyüldü. Açdım. Qabillə İsa idi. Həyəcanlı idilər. Heç Yeni ili təbrik etmək də yadlarına düşmədi. İçəri keçdilər. Sözə Qabil başladı.

- Bu saat Osman Sarıvəllinin yanına gedirik.

- Niyə, Yeni ilini təbrik etməyə?

- Yox, şikayətə. Axı o bizim partkomumuzdur.

- Nə olsun, bu gecə vaxtı nə baş verib?

- İbrahim Kəbirlini döymüşük. O da mənim barmağımı dişləyib. Bir bax!

O, sarıqlı barmağını göstərdi.

- Axı niyə?

- Bilirsənmi,- deyə Qabil yenə qabağa düşdü - İsagillə bir yerdə ailəliklə süfrədə əyləşib yeyib-içirdik. Bala-bala vururduq özümüz üçün. Kefimiz kök, damağımız çağ idi. Birdən qapının zəngi çalındı. Açdıq. Dedik, yəqin, kimsə Allah qonağıdır. Amma gələn İbrahim Kəbirli idi. Görüşdük. Dedik, nə olar, gəlib xoş gəlib, qərib adamdır. Arvadlar da ayağa durub görüşdülər. O əclaf da başladı qızların əlini öpməyə. Cin vurdu başıma. Dedim: alə, bura Moskvadı bəyəm? Biz rus-zadıq ki, arvadların əlini öpürsən? Çırpdıq qapıya, sonra da pilləkən aşağı yumbalatdıq.

Gülümsündüm.

- Yaxşı eləməmisiniz. Adam qonağı evdən qovmaz.

Türkiyədə bu platformaya giriş bloklandı like
  • 06 Apr 21:44  
Digərləri Türkiyədə bu platformaya giriş bloklandı

Türkiyədə Rusiyanın "Rutube" videohostinqinə giriş bloklanıb.

arrow Ətraflı
Efirdəki bu hərəkəti hamını təəccübləndirdi like
  • 06 Apr 21:13  
Şou-biznes Efirdəki bu hərəkəti hamını təəccübləndirdi

Xalq artisti Mələkxanım Eyubova bu dəfə qarmon ifa edib.

arrow Ətraflı
İranda mədən çökdü: Ölən və yaralanan var like
  • 06 Apr 21:01  
Digərləri İranda mədən çökdü: Ölən və yaralanan var

İranın Qərbi Azərbaycan əyalətinin Mehabad şəhərindəki mədənlərdən

arrow Ətraflı
Hakan Fidan onu günahlandırdı  Artıq həddini bil! like
  • 06 Apr 20:52  
Digərləri Hakan Fidan onu günahlandırdı Artıq həddini bil!

Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan, millətimizdən aldığı dəstə

arrow Ətraflı
"Uzak şehir"in aktyorları eşq yaşayır? like
  • 06 Apr 20:38  
Şou-biznes "Uzak şehir"in aktyorları eşq yaşayır?

"Uzak şehir" serialında "Nare" obrazını canlandıran Sah

arrow Ətraflı
"Mən onun köləsi deyiləm, şükür Allaha, 19a yaxın..." like
  • 06 Apr 20:16  
Şou-biznes "Mən onun köləsi deyiləm, şükür Allaha, 19a yaxın..."

"Əvvəl məqsədim rol almaq, daxilimdəkini göstərmək idi ki, sən bun

arrow Ətraflı
Sabah bu ərazilərdə işıq olmayacaq like
  • 06 Apr 20:04  
Digərləri Sabah bu ərazilərdə işıq olmayacaq

Binəqədi rayonunda yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik

arrow Ətraflı
ABŞdə Trampa qarşı kütləvi like
  • 06 Apr 19:25  
Dünya ABŞdə Trampa qarşı kütləvi

ABŞ-də Prezident Donald Trampa qarşı kütləvi etirazlar başlayıb. 

arrow Ətraflı
"Nüvə yaratmalıyıq ki, Qərblə danışa bilək" like
  • 06 Apr 19:12  
Digərləri "Nüvə yaratmalıyıq ki, Qərblə danışa bilək"

İran nüvə silahı hazırlamaq yolunu tutmalıdır ki, Qərblə bərabər şə

arrow Ətraflı
"Avtomobillər sıradan çıxır"  Sürücülər keyfiyyətsiz yanacaqdan ŞİKAYƏT EDİRLƏR like
  • 06 Apr 18:59  
Digərləri "Avtomobillər sıradan çıxır" Sürücülər keyfiyyətsiz yanacaqdan ŞİKAYƏT EDİRLƏR

"Avtomobilimin yeni olmasına baxmayaraq, məhz benzinin keyfiyyətsizliyi

arrow Ətraflı
Salyanda “Kia” yandı like
  • 06 Apr 18:48  
Digərləri Salyanda “Kia” yandı

Salyan şəhərində "Kia" markalı minik avtomobilinin mühərrik his

arrow Ətraflı
Azərbaycanda aktyorlara hücum oldu: bığlarını qırxdılar və… like
  • 06 Apr 18:46  
Şou-biznes Azərbaycanda aktyorlara hücum oldu: bığlarını qırxdılar və…

Etirazlardan sonra "Ayıq sürücü" filmində dəyişikliklər edilib

arrow Ətraflı
"Tənqidlərə görə verilişi dayandırdıq" like
  • 06 Apr 18:35  
Şou-biznes "Tənqidlərə görə verilişi dayandırdıq"

Aparıcı Elgiz Əkbər evlilik verilişinin bağlanmasının səbəbini açıql

arrow Ətraflı
Azərbaycana 1 ayda 69 kq insan saçı gətirildi  Qiymətlər like
  • 06 Apr 18:28  
Digərləri Azərbaycana 1 ayda 69 kq insan saçı gətirildi Qiymətlər

Bu ilin ilk ayında Banqladeş, Çin və Türkiyədən toplamda 69.4 kq insan sa

arrow Ətraflı
AnkaraBakıTiflis yeni əməkdaşlıq mexanizmi yaradır like
  • 06 Apr 18:11  
Siyasət AnkaraBakıTiflis yeni əməkdaşlıq mexanizmi yaradır

Türkiyə-Azərbaycan-Gürcüstan parlamentləri arasında üçtərəfli əməkd

arrow Ətraflı