Tanınmış aktyor dünyasını dəyişdi
Şou-biznes 06 Apr 2025 16:40:00 84 0
Türkiyəli sənətçi, aktyor, rejissor, tərcüməçi və yazıçı Ahmet Levendoğlu 80 yaşında vəfat edib.
Bu xəbəri də oxu: Xoşqədəm: “Bu verilişi apardığıma görə peşmanam”
Son.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə onun sənət dostu Yıldırım Şahinler məlumat yayıb.
Aktyorun ölüm səbəbi bəlli deyil. O, 8 aprel çərşənbə günü saat 11.00-də Atatürk Mədəniyyət Mərkəzi Teatr Salonunda keçiriləcək mərasimdən sonra Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq.
AHMET LEVENDOĞLU KİMDİR?
Təlimatçılıqdan aktyorluq və rejissorluğa, teatr rəhbərliyindən tərcüməçiliyə və jurnalistliyə qədər teatrın hər sahəsində fəaliyyət göstərən Levendoğlu Robert Kollecindən məzun olub. Robert Kollecdə oxuduğu illərdə səhnə tozu udmaq onu İngiltərənin Royal Academy of Dramatic Art məktəbinə təqaüd almış tələbə olaraq aparıb. Bu, eyni zamanda Türk hökumətinin xaricdə teatr təhsili alan bir tələbəyə verdiyi ilk təqaüd olub.
Teatr karyerasına Londrada başlayan Levendoğlu İngiltərənin önəmli şəhər teatrlarından "Exeter"dəki "Northcott Theatre"da bir mövsüm aktyorluq edib.
Levendoğlu, Türkiyədə ilk dəfə "Gen-Ar" teatrında səhnəyə çıxıb. 1971-1976-cı illər arasında Ankara Dövlət Teatrında aktyor olaraq yer alıb. Quruluş dövründə müdir müavini olduğu İstanbul Dövlət Teatrında 1978-1980-ci illərdə aktyor və rejissor olaraq çalışıb.
Zuhal Olcay və Haluk Bilginer ilə birlikdə "Tiyatro Stüdyosu" adlı xüsusi bir təşkilat qurub; bir çox səhnələr təqdim etməklə yanaşı, teatr təhsili də verib. 1995-1998-ci illər arasında Akademi İstanbulda təlimatçılıq edib.
Kənan Son.az
Mümkün müharibəyə tab gətirmək üçün bizə böyük ordu lazımdır.

Alma ən sağlam meyvələrdən biri hesab olunur, lakin düzgün olmayan istehl

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün əvvəlki illərin məzunları

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 2023-cü il

Cənubi Koreyanın Tequ şəhəri ətrafında meşə yanğınının söndürülm

Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 15:00-a olan məlumatın

Dünyanın bir çox ölkələrində vəfat edən insanların cəsədi və ya yan

Paytaxtın Nərimanov rayonu "Montin" yaşayış massivinə aid (Əlö

ABŞ tarixində ilk dəfə bir ölkənin vətəndaşlarına verilən bütün viz

Musiqi, incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası

İranda Fars əyalətinin Lamerd şəhərində yerli vaxtla saat 10:17-də 4 maq

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı nəticəsində uşaq

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri S
