Ombudsman Vardanyan və digərlərinə baş çəkdi
Kriminal 04 Mar 2025 18:06:00 117 0
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.
Bu xəbəri də oxu: Bakıda uşaq bağçasının həyətində qətl: Erməni qızlara görə öldürüldü
Son.az-ın xəbərinə görə, bu barədə Ombudsmanın mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Ombudsman və onun İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin iştirak etdiyi növbəti başçəkmə Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına keçirilib.
Başçəkmə zamanı bir çox təqsirləndirilən şəxs, o cümlədən R.Vardanyan, A.Arutunyan, A.Qukasyan, B.Saakyan, D.Babayan və digərləri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib.
Konfidensial qəbul zamanı həmin şəxslərin müraciətləri dinlənilib, hüquqlarının təmini vəziyyəti yerində öyrənilib.
Milli Preventiv Qrupun ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı fərdi qaydada dinlənilən və tibbi müayinə olunan şəxslər, o cümlədən R.Vardanyan və B.Saakyan saxlandıqları dövrdən onlara humanist münasibət göstərildiyini, hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını, Ombudsman və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəfələrlə qəbul edildiklərini bildirərək növbəti qəbula görə təşəkkür ediblər.
Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti - şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin, hüquqi yardıma və informasiyaya çatım imkanlarının təmin olunduğu müəyyən edilib.
Qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı qanunvericilik aktları, Ombudsmanın "916" Çağrı Mərkəzi vasitəsilə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.
Ukrayna prezidenti Vladimir Zelenski istefa verməli, neytral ölkəyə köçmə

Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən, fizik

Otuz ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış

Müğənni Bahar Lətifqızı iki ildir efirdə görünməməsinin səbəbini a�

Fikrət Əmirov görkəmli Azərbaycan bəstəkarı, musiqi mədəniyyətinin ap

Argentina Prezidenti Xavyer Miley Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir

Əməkdar artist Elnarə Abdullayevanın oğlunun müğənni ilə eşq yaşadı�

Türkiyənin ilk yerli rəqəmsal platformalarından biri olan BluTV, qlobal əy

Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu

ABŞ Prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlanması müna

Yevlaxda 32 yaşlı Əhməd Nəsibovun güllələnərək qətlə yetirilməsi i

Əhməd Vəliyev Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göst�

"Başımda ağrılar, gicəllənmələr, ürəyimdə sıxıntılar olurdu"

Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN
